Arıqlamaq istəyirsənsə, bunları yemə

Yetkin kişinin gündəlik enerji ehtiyacı 2200-2500 kalori, qadının gündəlik ehtiyacı isə 1800-2000 kaloridir. Nəticə etibarı ilə hər kalori artıq çəkilərin yaranmasına gətirib çıxarır.

Artıq çəkidən əziyyət çəkməmək üçün ən yaxşı çıxış yolu əlbəttə ki, ac qalmaq deyil. Əksinə, artıq çəkidən xilas olmaq üçün daim hərəkətdə olmaq ən optimal çıxış yoludur. Əksəriyyətimiz daha az hərətək edib daha çox kalori qəbul edirik. Amma hər gün 100 kalori azaltmaqla bir ildə 5 kq arıqlaya bilərsiniz. Ağır pəhriz yerinə qidalanma rejimini dəyişin. Nə yediyinizə baxıb artıq çəkilərə «stop» deyin!
Ardı →

Qreypfrut


Vanderbilt Universitetinin (Nyu-York, ABŞ) tədqiqatçıları belə hesab edirlər ki, qreypfrut
və ya təzəçəkilmiş qreypfrutun şirəsi artıq çəkini yığmağa mane olur və hətta arıqlamağa kömək edir.

Alimlər çəkisi artıq olan insanların iştiraki ilə tədqiqatlar apardılar.
Nahardan əvvəl qreypfrutun yarısını yeyən və ya onun şirəsinin ½ stəkan içən insanlar çəkisini azalda bildilər. Tədqiqatın 14 həftəsindən sonra iştirakçılar təxminən 7 kq çəki azaltdılar.   


Davamı →

Artıq çəkidən azad olmaq | 8 qızıl qayda

1. Mərhum Turqut Ozal deyirdi ki, hər problemin bir zamana ehtiyacı var. Odur ki, hər məqsədimizə, hətta bizə asan görünən adi hədəflərə tez çatmaq üçün sağlam qidalanmaq lazımdırtələsmək lazım deyil. Məsələn, çox tez arıqlamağa çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq etməkdənsə, həftələrlə şübhəli və mübahisəli dietalara əməl etməkdənsə, çox gəzməyə və az yeməyə çalışsanız, doğrudur daha gec, amma daha real nəticə əldə edə bilərsiniz. Axşamlar daha az və sulu yemək, ya da sadəcə olaraq, yüngül salatlarla, meyvə, tərəvəzlə kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat səkkizdən sonra isə yemək, ümumiyyətlə, məsləhət deyil.
Davamı →

Arıqlamaq: tövsiyələr

Hər bir qadın gözəl olmaq istəyir. Lakin bəzi hallarda güclü iştaha buna mane olur. Belə olduqda, bu iştahanın öhdəsindən gəlmək haqqında düşünməli olursan. Əlbəttə, bunun üçün müxtəlif dərman vasitələri var, lakin ən yaxşısı xalq  təbabətinə üz tutmaqdır.  Yeri gəlmişkən, bu üsullar iştahanı azaltmağa və düzgün qidalanmağa imkan yaradır. Təəssüf ki, valideynlərin çoxu uşaqlarda «canavar iştahası»nı həvəsləndirir. Onlar hesab edirlər ki, belə olduqda uşaqlar sağlam böyüyəcək. Lakin adət halını almış iştahanın qarşısını almaq sonradan çətin olur. Bir çox qadınlar müxtəlif üsullar və ciddi pəhrizdən istifadə etsələr də, arıqlama böyük problemə çevrilir.

Unutmayın ki, heç zaman səhər yeməyindən imtina etmək olmaz. Məhz birinci qida qəbulu orqanizm üçün çox gözəl oyanışdır. O, maddələr mübadiləsini gücləndirir və yağlar daha tez əriyir. Səhər yeməyinə gəldikdə isə yulaf yarmasından yaxşısını düşünmək çətindir. Bu qida asanlıqla mənimsənilir və orqanizmi tez doydurur. Belə səhər yeməyindən sonra uzun müddət aclıq hiss etməyəcəksiniz.
Ardı →

Arıqlamaq üçün 20 yol

Arıqlamaq üzrə mütəxəssis Susi Burrellin “tarazlıq pəhrizi” adını verdiyi və kilolardan xilas olmaq üçün təklif etdiyi 20 qızıl qaydanı İngiltərənin “Daily Mail” qəzeti nəşr edib. Ariqlamagin yollari ilə siz də tanış olun:

1. Hər şeyi eyni anda etməyin. Qeyri-mümkün hədəflərin əsiri olmayın. Çox tez kilo verməyi hədəfləyib, yorucu iş günlərindən sonra saatlarla məşq etməyə, ailənizə vaxt ayırıb kiçik paylarla bəslənməyə çalışsanız, uğur əldə edə bilərsiniz. Halbuki gündəlik həyatınızda axşamlar daha az yemək, ya da meyvə, tərəvəz meyvə yemək kifayət edə bilər.
2. Mətbəxinizdəki şkafları “təmizləyin” — şokolad, keks, şirniyyat, çərəz, cips kimi qidaları evdən uzaqlaşdırın.
Ardı →

Artıq çəkidən necə xilas olmalı? | 8 qızıl qayda

«Saçları necə qorumalı?» yazısında demişdik ki, insanı şəxsi problemləri ictimai problemlərdən çox maraqlandırır. Hətta məşhur alman yazıçısı Remarkdan bir misal da gətirmişdik ki, insanı adi diş ağrısı I Dünya müharibəsindən daha çox narahat edir. 
Remarkın fikrini yoxlamağı oxucuların öhdəsinə buraxırıq, kim inanmırsa, yaxınları, dostları arasında bir sosial sorğu aparsın. Biz isə «şəxsi problemlər» istiqamətində araşdırmalarımızı davam etdiririk. Hesab edirik ki, saçların erkən tökülməsi qədər hər bir insanı maraqlandıran ikinci problem artıq çəkidən necə xilas olmaqdır. Bu istiqamətdə mövcud qaydaları şəxsi təcrübəmizin ələyindən keçirib oxucuların ixtiyarına veririk.
Ardı →

Alma pəhrizi

Sizlərə çox sadə və asan başa gələn bir öəhriz barədə danışmaq istəyirəm. Bu alma pəhrizidir, alma ye və arıqla prinsipi nəzərdə tutulur. Gün ərzində yaşıl çay için. Səhərlər iki dilim çörek, pamidor, xiyar, zeytun, bir ədəd qaynadılmış yumurta, az yağlılığı olan pendir yeyə bilərsiniz.S əhər yeməyindən iki saat sonra isə alma yeyin. Axşam təxminən 7.30-dan sonra heç nə yeməyin. Alma pəhriziylə 1 həftəyə 5 kilo arıqlaya bilərsiniz.


Ardı →

Arıqlamaq üçün nə yeməli?

Qreypfrut


Tədqiqatlar göstərir ki, qreypfrut pəhrizi artıq piylərin ərinməsi ilə mübarizədə real vasitədir. Bu metodun əsas mahiyyəti hər qida qəbulundan əvvəl qreypfrutun yarısının yeyilməsindən ibarətdir… Əgər siz şam yeməyindən həddindən artıq qida qəbul etmisinizsə, o zaman qreypfrut yeyə bilərsiniz. Mədədə hiss etdiyiniz ağırlıq tez bir zamanda keçib gedəcək. Meyvənin yarısında cəmi 39 kalori vardır. Əgər tam nəticə almaq istəyirsinizsə, o zaman qreypfrutdan sonra kalorisi 800-dən artıq olan qida qəbul etməyin. Deyirlər ki, bu meyvənin fermentləri məhz bu qədər kalorini parçalaya bilir.


Ardı →

Arıqlamağın sirləri

Arıqlamaq məqsədilə tətbiq edilən və müsbət nəticə ilə yekunlaşan bütün proqramlarda 2 əsas qanunauyğunluq mövcuddur: əlavə əziyyətlər olmadan həyat tərzinin və qidalanma xarakterinin dəyişilməsi. Lakin dəyişilmək üçün müəyyən vaxt tələb olunur ki, bu dövr ərzində tədricən köhnə vərdişlərdən yaxa qurtarmaq lazımdır. Bu zaman səbirli olmaq və tez bir zamanda inanılmaz dəyişikliklər gözləmək mənasızdır.Arıqlamaq üçün dieta və idman hərəkətləri əsas üsullardır.


Ardı →