Mirzə Ələkbər Sabir və uşaq ədəbiyyatı

Mirzə Ələkbər Sabir yalnız böyük satirik deyildir, həm də uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərdən biridir. «Beynəlmiləl» kimi son dərəcə ciddi şeiri yazan qələmdən incə ruhlu uşaq şeirləri də çıxmışdır. O, məktəbdarlıqla yanaşı, «Dəbistan» və «Rəhbər» jurnallarında, «Birinci il», "İkinci il", «Yeni məktəb» dərsliklərində, həmçinin «Səda», «Həqiqət», «Günəş» və s. qəzetlərdə əsərləri ilə daim iştirak etmiş, «Yaz günləri», «Uşaq və buz», «Qarınca», «Cütçü», «Molla Nəsrəddinin yorğanı», "Əskik alıb, artıq satan tacir", «Yalançı çoban», «Uşaqlara», «Analar bəzəyi» kimi şeir və mənzum nağılları, həmçinin İ. Krılovdan tərcümə etdiyi «Qarğa  və  Tülkü» təmsilini qələmə almışdır.

Davamı →

Ədəbi Kəpənək effekti - Avanqard nəzəri gücün və mövqenin göstəricisi kimi

Mətanət Vahid mədəniyyətlərin dialoqunun xüsusi forması sayılan intermediallıq movzusunun Azərbaycan ədəbiyyatında ilk araşdırıcılarındandır. Müstəqillik illərində klassik irsimizin, bu sırada Seyid Əzim Şirvani poetikasının yeni gözlə oxunmasında, incələnməsində müstəsna rolu olan ədəbiyyatşünaslardandır. Amma nə üçünsə ondan tənqidçi kimi bəhs etmək mənə daha rahatdır. Çünki ədəbi prosesdəki xidməti bu sahəyə ömür adamasının yaşı, sanbalı qədər çoxdur. Şərəfli sözün və sözün şərəfinin keşiyində dayananlardandır Mətanət Vahid.

Davamı →

XXI əsrin ədəbi tənqidi - düşüncə zamanı

Müstəqillik illərində hər sahədə olduğu kimi, incəsənət sahəsində də aparıcı olan demokratik düşüncə belə bir fikri aktuallaşdırdı ki, müəllif həmişə azaddır, yaradıcı potensialını hansı şəkildə reallaşdıracağı yalnız onun öz işidir. Belə olduğu halda, istənilən tənqidi fikir öz təsir qüvvəsini itirir. Müstəqillik illərində ədəbi tənqid Sovet dövründəki bədii yaradıcılığı arxasınca aparan lokomotiv, ona yol göstərən mayak statusunu itirdi. Zamanla ədəbi tənqidin lazımlılığı məsələsi sorğulandı. Bu gün obyektivliklə subyektivliyi, elmiliklə bədiiliyi daha çox özündə birləşdirmək imkanına malik esseistika daha populyar, daha tələbolunandır. Yəqin, bunun nəticəsidir ki, əsrimizin əvvəllərində aktiv fəaliyyəti ilə seçilən bəzi tənqidçilər yavaş-yavaş tənqid səhnəsindən çəkildilər; kimi esseistikaya meyilləndi, kimisi daha çox ədəbiyyat tarixini araşdırmağa üz tutdu.

Davamı →

Böyük ədib, xalq müəllimi və görkəmli dramaturq - Nəriman Nərimanov

Doktor Nəriman Nərimanov (1870-1924)… Böyük ictimai-siyasi xadim, maarifçi, pedaqoq, yazıçı və dramaturq… Onun adı Azərbaycanın ictimai fikir və mədəniyyət tarixində mühüm yerə malikdir. O, bir tərəfdən ədəbiyyat tariximizdə görkəmli nasir, böyük dramaturq, digər tərəfdən də fəal milli ziyalı və publisist kimi tanınıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu görkəmli ictimai-siyasi xadim və yazıçının fəaliyyətini yüksək qiymətləndirərək demişdir:

Davamı →

Əmanət saxlamaq haqqında | Qabusnamə

Ey oğul, bir adam sənə əmanət versə, qətiyyən götürmə, elə ki, götürdün, möhkəm saxla. Əmanət saxlamaq bəladır, çünki onun nəticəsində üç haldan başqa bir şey ola bilməz. Əgər bu əmanəti ona geri qaytarmalı olsan, Allah-Taalanın nazil etdiyi: “Əmanətləriyiyələrinə qaytarın” hökmünü yerinə yetirmiş olarsan. Comərdlik vəkişilik odur ki, əmanəti qəbul etməyəsən, qəbul etsən, qoruyub sağ-salamat sahibinə qaytarasan.

Hekayət.Belə eşitmişəm, bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir: “Mənimlə hamama getmək istəyirsənmi?” Yoldaşı deyir: “Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm, lakin hamama gedə bilmərəm, işim var”. Hamamın yaxınlığına qədər bir yerdə gedirlər. Yol ayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb başqa tərəfə gedir.
Davamı →

Mal-dövlət toplamaq qaydaları haqqında | Qabusnamə

Ey oğul, bir şey ələ gətirmək mümkünsə, fürsəti fövt etmə, lakin şey üstündə özünü təhlükəyə də vermə. Səy et, hər şeyi özünə layiq, ən yaxşı üsulla ələ gətir. Elə ki gətirdin, möhkəm saxla, heçə-puça xərcləmə, əldə saxlamaq, ələ gətirməkdən çətindir. Xərcləmək lazım gəldikdə çalış, onun əvəzini tez yerinə qoy, əgər hey götürüb əvəzini yerinə qoymasan, Qarun dövləti də olsa, qurtarar. Lakin ona çox da könül salma, əbədi hesab etmə ki, bir gün sona çatdıqda kədərlənməyəsən.

Deyiblər ki: ”Bir şeyi düşmənə qoyub getmək, onu dostdan xahişlə istəməkdən yaxşıdır”. Bir şeyi bərk-bərk saxlamaq onu bərk axtarmaqdan məsləhətlidir. Azda olsa, hər şeyi saxlamağı vacib bil, çünki azı saxlamağı bacarmayan, çoxu da saxlaya bilməz. Öz işini başqalarının işindən üstün tut, kahıllıqdan utan, kahıllıq bədbəxtliyin şagirdidir. Zəhmətdən əmələ gəlir. Görmürsənmi, əmək nemət yaradır, tənbəllik isə dövlət dağıdır?!
Davamı →

Döyüş haqqında | Qabusnamə

Ey oğul, döyüş meydanında olsan, orada yavaş tərpənib süstlük göstərmək yaramaz. Düşmən sənə üstün gəlib axşam xörəyi yeməmişdən əvvəl, sən ona qələbə çalıb səhər çayını iç. Döyüşün ortasına düşmüş olsan, özünü itirib canından qorxma, gorda yatmalı olan adam heç bir vəchlə evdə yata bilməyəcək, necə ki, təbəri dilində mən demişəm:

Heç qorxusu yoxdur düşmən olsa şir,
Bilmərəm dünyada mən qorxu nədir.
Nə gözəl demişdir o ağıllı pir:
“Öləsi adama ev olar qəbir!”

Həmin mənanı farsca da deyirəm ki, hamıya məlum olsun:

Açıq ya da gizli şir olsa düşmən,
Şirə sən şəmşirlə cavab ver həmən.
Gorda tək yatmağa məhkum olsan sən,
Evdə nigarınla yata bilməzsən!
Davamı →

Eşqbazlıq və onun qaydaları haqqında | Qabusnamə

Aşiq olmaq barədə bil, ey oğul, kimin təbiəti zərif olmasa, o aşiq ola bilməz. Eşq təbiətin zərifliyindən doğur, zəriflikdən doğan hər şey isə, şübhəsiz, zərif olar. Odur ki, deyiblər:Təbiət lətif olduqda, məlum şeydir ki, o, zərif təbiətə qoşulmağa meyl göstərəcəkdir.

Bu eşqdir, incəlik, lətiflik istər,
Hər yerdə özü tək zəriflik istər.

Görürsənmi, cavanlar qocalara nisbətən daha tez aşiq olurlar. Çünki cavanların təbiəti qocalarınkına görə daha incədir. Kobud təbiətli bədniyyət adam aşiq ola bilməz. Bu elə bir xəstəlikdir ki, ona yalnız incə ruhlu adamlar tutular. İstər kobud təbiətli ol, istərsə incə təbiətli, çalış aşiq olma. Aşiqlik çox başıbəlalı bir işdir, xüsusilə, yoxsulluqda. Aşiq olan yoxsul canına qəsd etmiş olar. Bil ki, yoxsulluq olan yerdə aşiqlik can vermək kimibir şeydir, xüsusilə, qocalıq vaxtı, çünki qoca pul xərcləməsə, məqsədə nail ola bilməz.
Davamı →