İntiqam və düşmənçilik hissi

Allahın insanlara haram bildiyi bir çox sifətlər var ki, onlar içimizdəki qəzəb nəticəsində yaranır.O sifətə malik olan mömin bəndə Xaliq və məxluqdan uzaq olub həmişə əzablar içində yaşayır. Bədxassiyyətli olan bu insanlar haqqında hədislərdə deyilir: ''Pis xasiyyətlər insanı cəhənnəmin ən aşağı qatına aparar''. Bunlardan ikisi intiqam və düşmənçilik hissidir.

İntiqam — sənə edilən pisliyin həcmi qədər pislik, yaxud ondan da çox pislik etməkdir. Bu, din baxımından haram sayılır. Məsələn, qeybət müqabilində qeybət, böhtan müqabilində böhtan və s. bunlar kimi haram işlər.


Davamı →

Bağışlamaq

Dəyər verdiyiniz bir insan sizi incitdikdə siz ya qəzəb, kin və qisas hissinə qapılmalı ya da həmin insanı bağışlamalı və həyatınıza qaldığınız yerdən davam etməlisiniz.

Demək olar ki, hər birimiz başqalarının hərəkətləri və sözlərindən incimişik. Bu yaralar sizdə daimi qəzəb, kin və ya hətta qisas almaq hissi yarada bilər,  lakin siz əgər həmin insanı bağışlamasanız, bundan ən çox siz zərər görəcəksiniz. Siz bağışlamaqla rahatlıq və ümid üçün də qucaq açmış olursunuz. Başqasını bağışlamağın sizi fiziki, emosional və mənəvi cəhətdən necə sağlamlaşdıracağını nəzərə alın.

Bağışlamaq nədir?
Ümumilikdə, bağışlama dedikdə qəzəb və qisas fikrindən çəkinmək nəzərdə tutulur. Sizi incidən və ya qəlbinizə toxunan hərəkətlər yaddaşınıza həkk oluna bilər və ya hərəkətləri yaddan çıxara bilməzsiniz, amma onları bağışlamaqla siz özünüzü sakitləşdirə və həyatınızdakı daha müsbət məsələlərə fikrinizi yönəldə bilərsiniz. Sizi incidən birini bağışlamaq həmin insana qarşı sizdə mərhəmət və anlayışlılıq hissləri doğura bilər.

Siz bağışlamaqla həmin insanın sizi incitməsinə haqq qazandırmır, əksinə həmin insanın buna görə cavabdeh olduğunu qəbul edirsiniz. Sizin həmin insanı bağışlamağınız o demək deyil ki, siz onun etdiyi hərəkəti doğru hesab edir və qəbul edirsiniz. Həmin insanı bağışlamaq sizin mənəvi rahatlıq tapmağınıza kömək edir.
Ardı →

Bağışlamaq və sevmək

Bir gün bir adam qatarla səyahət edirdi. Adam bir gəncin yanında oturmuşdu. Ancaq gənc, çox narahat idi. Bir qədər söhbətdən sonra gənc neçə illər həbsdə olduğunu və həbsdən yeni çıxdığını dedi. Buna səbəb isə, gəncin illər əvvəl çox pis bir hərəkət etməsi idi. Üstəlik, onun bu hərəkəti ailəsinə də çox pis təsir etmişdi. Hətta, o qədər pis təsir etmişdi ki, nə biri bir görüşə gəlmiş, nə də biri bir məktub yazmışdı. Ancaq gənc, hələ də, ailəsinn yoxsul olduqları üçün görüşə gəlmədiklərini, savadsız olduqları üçün məktub yazmadıqlarını düşünürdü. Çünki nə qədər pis hərəkət etmiş olursa-olsun, ailəsi, yəqin ki, onu çoxdan bağışlamışdı. Buna görə də, ailəsinin «işini asanlaşdırmaq» üçün onlara bir məktub yazmış və onlardan qatar qəsəbələrinin yanındakı dağın ətəyindən keçəndə bir işarə qoymağı xahiş etmişdi. Yəni, əgər ailəsi onu bağışlasa, relsə yaxın bir alma ağacına ağ bir lent bağlayacaq, yox əgər bağışlamasa, heç bir şey etməyəcəkdi. O da qatarda qalıb üzü qərbə gedəcək və bəlkə də ömrünün sonuna kimi səfil bir həyat sürəcəkdi…


Ardı →

Kartof

Bir müəllim bir gün dərsdə şagirdlərinə belə bir təklif edir.
— Bir həyat təcrübəsinə qatılmaq istəyərdinizmi?
Şagirdlər çox sevdikləri müəllimlərinin müəllimlərinin təklifini tərəddüdsüz qəbul edirlər. Müəllim deyir:
— Onda bundan sonra nə desəm edəcəyinizə dair söz verin.
Şagirdlər də razılaşırlar. Müəllim:
— İndi sabahkı tapşırığına hazır olun. Sabah hamınız bir torba və beş kiloqram kartof gətirəcəksiniz.
Şagirdlər bu işdən heç nə anlamamışdılar. Amma ertəsi gün sabah hamısının partalarında torbalar və kartoflar hazır idi. Özünə maraq dolu gözlərlə baxan uşaqları görən müəllim :
— İndi bu günə qədər bağışlamağı rədd etdiyiniz hər bir insan üçün bir kartof götürün və üzərində həmin insanın adını yazın. Sonra isə o kartofları torbalara qoyun.
Ardı →

Bağışlamaq ürəyə xeyirlidir

ABŞ-da aparılan araşdırma nəticəsində qəlbi qıran şəxsləri bağışlamağın ürəyə xeyri olduğu və sağlamlığa müsbət təsir göstərdiyi məlum olub.Bu araşdırmanı ABŞ-ın Kaliforniya ştatının San Dieqo Universiteti reallaşdırıb.Araşdırma 200 nəfər üzərində aparılıb. Tədqiqatçılar onlardan özlərini üzən hadisələri xatırlamalarını istəyib.
Ardı →

Bağışlamağı bacarırsınızmı?

" Sizi incidən insanları əfv edin, dostlarınızı sevin, pisliyə yaxşılıqla cavab verin" — bu fikirlər müqəddəslərdən bizlərə miras kimi qalıb. Əgər bağışlamağı bacarmaq müqəddəslik, alilik hesab olunursa, o zaman fikrimcə bizlər arasında bu cür insanlar çox azdır. Çünki həqiqətən də bizləri incidən, əziyyət verən insanı bağışlamaq çox çətindir. Bunun üçün uzun mənəvi yol keçmək lazımdır.Çox zaman bizlərə elə gəlir ki, pisliyə yaxşılıqla cavab vermək ədalətli deyil. Həm də kim deyir ki, həyat ədalətlidir? Bəziləri bağışlamanı cəsarətli addım, bəziləri isə  zəiflik hesab edirlər — hansı ki, onlar intiqam almağa üstünlük verərdilər. Bəs siz bu barədə nə düşünürsünüz? Bağışlamağı bacarırsınızmı? Hansı hərəkəti heç zaman bağışlamazsınız? Qəlbdə inciklik saxlamaq lazımdırmı? 
Davamı →