Gəldi zambaq zamanı...

Bir vaxtlar qərənfillər dəbdə idi, sonra qızılgüllər. İndi zanbaq dövrü başlayır, həm də necə başlayır. O qədər təravətlidirlər ki… Bir az da ürəyə bənzəyir, hələ sözü deyilməmiş, sevgisi açılmamış, oxunmamış ürəyə. Təzə-tərdir, o saat da solmaz, güldanda üç gün saxlaya bilərsən. Bəlkə, dibçəkdə də hədiyyə vermək olar.
Əvvəllər ağsaqqallar may ayına iydə ayı deyirdilər, çünki bu ayın ortalarında ölkəmizdə iydələr çiçək açmağa başlayır. Hardasa üç gün tez, hardasa üç gün gec, nə fərqi var ki, iydələr mayda çiçəkləyir, bir həftə boyunca hər tərəfi o xoş qoxu bürüyür, sonra da çəkilib gedir. Amma o bir həftənin iydə yaddaşı il boyu burnumuzdan getmir. 
Ardı →

İtburnuda nələr varmış...

Dədə-babadan görmüşük ki, qan təzyiqinin endirilməsində və böyrək xəstəliklərində itburnudan geniş istifadə edilir. Hətta itburnu çayını bir neçə gün dalbadal içmək normal insanın təzyiqini o qədər aşağı sala bilir ki, göz qapaqlarını belə qaldırmağa əziyyət çəkirsən.
Ardı →

Gövdə,zoğ,tumurcuq

Gövdə: Bitkinin ən mühüm vegetativ orqanlarından biri gövdədir.Yerləşdiyi mühitdən asılı olmayaraq üzərində normal və ya şəkil dəyişmiş  yarpaq və tumurcuqlar yerləşən bitki orqanına gövdə deyilir.Əsas funksiyası bitkilərin digər orqanları arasında əlaqə yaratmaqdır.
Gövdənin yarpaqla örtülü cavan hissəsinə zoğ deyilir.Yarpağın zoğa birləşdiyi yer buğum, zoğun iki qonşu buğumu arasındakı hissəsi isə buğumarası adlanır.
Ardı →

Bitkilər aləmi

Təbiət və cəmiyyətin inkişafında bitkilərin əhəmiyyəti böyükdür. Onlar daim Günəş enerjisini müxtəlif yanacaq enerjisinə və yüksək kalorili qida maddələrinə çevirir. Bitkilərin insanlara xidməti misilsizdir, bu xidmətdə onların havatəmizləyici rolu, insanların sağlamlığı keşiyində durması xüsusi yer tutur.
Planetin bitki örtüyü zəngin və müxtəlifdir. Dün­yada 560 min bitki növü mövcuddur ki, onların 300 350 mini mədəni bitkilərdir.Bitkilərin əmələ gəlməsi görkəmli alim K.A. Timiryazevin kəşf etdiyi fotosintez prosesinin nəticəsidir. Fotosintez prosesində günəş enerjisinin köməyi ilə atmosfer havasındakı karbon qazı, torpaqdakı su və mineral maddələr yaşıl kütləyə çevrilir. Fotosintez zamanı ilk maddə kimi qlükoza və oksigen qazı alınır.
Yayın isti günlərində yer səthi çoxlu günəş enerjisi alır.


Ardı →

Botanikanın tarixi

Botanika biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. öyrənir, tədqiq edir.
Botanika elmi öz inkişafına qədim dövrlərdən başlamışdır. Elmin meydana gəlməsi insan cəmiyyətinin bitkilərdən istifadə etməsi ilə əlaqədardır. Təxminən bizim eradan 20 min il əvvəl mağaralarda yaşayan insanlar bitkilərdən qida və dərman kimi istifadə etməyi, faydalılarla zərərliləri fərqləndirməyi bacarmışlar.


Ardı →

Bitkilər də danışır

  • Flora
Görəsən, bitkilər söhbət edirlər? Qısa cavab versək, hə. Hollandiyanın Radboud Universitetinin tədqiqatçısı Yozef Ştauffer bitkilərin söhbət sistemini İnternet şəbəkəsinə oxşadır. O, bu nəticəyə gəlib ki, çiyələk və yonca kimi bitkilər öz aralarında yaratdıqları şəbəkə vasitəsilə informasiya mübadiləsi aparırlar.

Ancaq onlar bu zaman klaviaturadan yox, öz zoğlarından istifadə edirlər. Söhbət belə baş verir. Məsələn, çiyələk və yonca kimi bitkilər öz zoğlarını Yerin səthi boyunca və Yerin dibinə doğru inkişaf etdirirlər. Nəticədə onların zoğlarının uclarında yeni bitkilər yaranır. Ancaq bu yeni bitkilər həmin zoğ vasitəsilə öz valideynləriylə əlaqədə olurlar. Maraqlıdır, görəsən, onlar nədən danışırlar.
Davamı →