Evdəki gülün gec solması üçün 9 məsləhət

Masanın üzərindəki bir dəstə gül hansımızı xoşbəxt etmir ki? Onlara baxanda, ətrini qoxlayanda özümüzü gözəl hiss edirik. Heyf ki, həmin güllər tez xarab olaraq solurlar. Amma Ailem.az-ın verəcəyi məsləhətlərə əməl etsəniz, güldanınızdakı güllərin ömrü bir xeyli uzanacaq.

1. Güllərinizi güldana qoymazdan əvvəl saplağının suyun içində qalacaq hissəsindən yarpaqları təmizləyin. Saplağın boyu mütləq güldandan uzun olsun.

2. Gülün ehtiyac duyduğu suyu ala bilməsi üçün güldanın ən az dörddə üçünü su ilə doldurun. Amma bu su nə çox isti, nə də çox soyuq olsun. Suyu hər gün dəyişdirin. Əks halda gülünüz ona lazım olan qida maddələrini həmin sudan ala bilməz.

3. Güllərin saplağını 2 gündən bir kəsin. Uclarında olan kif və yosunları bitki fırçası ilə təmizləyin.
Davamı →

Gəlin buketi

Gəlinin toy günü ən önəmli aksesuarlarından biri də güllərdir. Qızların toy günü əlində tutduğu güllərin kökü zəngin mədəni və tarixi adət ənənələr ilə bağlıdır. Qədim dövlərdə bu güllərlə bağlı ən maraqlı adətlər olub.
Ardı →