Avtomobili cərimə meydançasına aparan qayda pozuntuları

Hansı hallarda avtomobiliniz cərimə meydançasına aparılacaq ? 
Bunun qarşısını necə almaq olar ?

  • Dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda;
  • Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri

Davamı →

Şahı uyudan, bizi oyadan nağıllar

«Min bir gecə» nağıllarında hansısa həyat hekayəti nəql olunur, sonra dərhal Şəhrizad şaha deyir ki, nağılın qalanını, yaxud yenisini sabah danışacağam. Beləcə, hər gecə bir nağıl tamamlanmır. Belə olan təqdirdə həmin gecə mütləq Şəhrizadın, yaxud şahın adı xatırlanır, adətən, onların arasında qısa dialoq olur. Nağıl, yaxud gecə bitəndən sonra şahın və Şəhrizadın adı çəkilən kimi oxucu, sanki fikrən dərhal nağıllar aləmindən qopub real həyata qayıdır. Bununla da daim şahın əmri ilə öldürülmək təhlükəsində olan Şəhrizadın aqibəti tam olaraq bilinmir. Bu məqam bir qədər detektiv mahiyyət kəsb edir. Bu cür ədəbi gediş oxucunu «ayıq» saxlayır, onu nağıl mürgüsünə aludə olmağa qoymur. Sanki Şəhrizad danışdığı nağılla dinləyicini yatızdırır, öz nağılı — həyat hekayət iləsə oxucunu oyadır.

Davamı →

Vicdanını dinlə və xilas ol!

Sonsuzluq içindəki bir aləmdə yaşayırıq. Doğuluruq, yaşlanırıq və ölürük. Elə bilirik ki, artıq hər şey bitdi. Öldük və son… Lakin elə deyil. İnsanın doğulduğu andan etibarən onun üçün sonsuzluq başlayır. Həyat bu dünyada başlayır və əbədi axirət yurdunda sonsuza qədər davam edir.  İnsan bu dünyada orta hesabla 60-70 il yaşayır. Bundan sonra isə axirət həyatı başlayır. Çoxları axirətin varlığına inanmasa da, bu mövcuddur və axirət həyatının necə olacağı bu dünyadakı həyat tərzimizdən asılıdır. 60-70 illik zaman ərzində insan vicdanının səsini dinləyib-dinləməməsi mövzusunda müxtəlif imtahanlardan keçir.

İnsan bu qısa, lakin çox mühüm zamanı özünü aldadaraq keçirərsə, imtahandan keçə bilməz. Axirət həyatının olmadığına, həyatın təkcə bu dünyadan ibarət olduğuna, güclülərin hər zaman qalib, zəiflərin, məzlumların isə məğlub olduğuna özümüzü inandırmaq nə həqiqəti dəyişdirə bilər, nə də ki, Allah və vicdanımız qarşısındakı məsuliyyətlərdən bizi xilas edər.

İnsanın həqiqətlərdən qaçması onun öz əleyhinədir. Vicdanını örtərək həqiqətləri görməzdən gələn, Allah qarşısındakı məsuliyyətlərdən qaçan insan daha sonra bu ağılsızlığına görə çox peşman ola bilər. Buna görə də, insan şüuru açıq bir şəkildə və diqqətlə bu həyatdakı insanlıq vəzifələrini yerinə yetirməlidir. Bunlar insana çətin gələ bilər. Çünki biz azad və sərbəst, çərçivələrsiz həyat yaşamaq istəyirik. Amma bunu da bilməliyik ki, azad olmaq heç də düşüncəsiz olmaq deyil.

Hər an vicdanımızın səsini dinləməliyik. Hər keçən saniyə ölümə və hesab gününə bir az da yaxınlaşırıq. Bütün davranışlarımızın və ağlımızdan keçən bütün düşüncələrin yox olmadığını, hər şeyi görən Allah tərəfindən yazıldığını bilmək və buna uyğun hərəkət etmək  ən gözəl və ən doğru yoldur.

Bunu da bilməliyik ki, hər insanda vicdan eynidir. Lakin vicdanını istifadə etməsinə görə insanlar müxtəlifdir. Bəziləri vicdanından istifadə edir, bəziləri isə etmir, qulaqlarını tıxayır, gözlərini yumur.


Ardı →

Cəza

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsində cəzanın anlayışı verilmişdir. Həmin maddəyə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət — hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Qanunu ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Cəza, digər dövlət məcburiyyəti tədbirlərindən (inzibati, mülki-hüquqi) aşağıdakı mühüm əlamətləri ilə fərqlənir:
1) Cəza, yalnız cinayət qanunu ilə müəyyən olunur.
2) Cəza, cinayət qanununa uyğun olaraq yalnız məhkəmənin ittiham hökmünə əsasən tətbiq olunur.
3) Digər inzibati, intizam, mülki — hüquqi sanksiyalar ayrıca hakimiyyət, idarəetmə orqanları və yaxud vəzifəli şəxsin adından tətbiq edildiyi halda, cəza yalnız dövlət adından məhkəmə tərəfindən tətbiq olunur. Bu, cəzaya ictimai xarakter verir.
4) Cəza törədilən cinayətə görə tənbehdir.
5) Cəza məhkumluq yaradır; digər dövlət məcburiyyəti tədbirləri belə nəticələr əmələ gətirmir.
6) Cəza, törədilən cinayətin hüquqi nəticəsidir.


Ardı →