Dırnaq boyalarından məişətdə istifadə

Hər bir evdə dırnaq boyaları var. Əllərimizi gözəl və baxımlı etməkdən əlavə dırnaq boyaları bizə bir çox işlərdə kömək edə bilər.
1. Bunu hamı bilir. Kolqot və ya qolfilərin cırılmış yerini lakla yaxşı bərkidin. 1 lay çəkin, bir az gözləyin ki, lak qurusun, sonra yenə bir-iki lay çəkin.
2. Parıltısız bijuteriyanı, düymələri, sancaqları şəffaf parıltılı lakla boyamaq olar. Onlar təzə kimi görünəcək və parıldayacaq.                    
 

Davamı →

Dəri rənginizə görə dırnaq boyası seçimi

Qadınlar detallara daha çox fikir verir. Bu başlıq belə bunu çox aydın göstərir. Dırnaq boyası çəkərkən belə bir çox detallar qarşımıza çıxır və dəri rəngimizin bu detallardan biri olduğunu da qeyd etmək lazımdır.

Təsadüfi bir rəng seçimi etmək əvəzinə siz də dəri rənginizə uyğun bir rəng seçərək daha diqqət çəkici görüntü yarada bilərsiniz.

Açıq rəngli qadınlar üçün rəng seçimi
Əgər açıq rəngli bir qadınsınızsa daha canlı və rəngli tonlar istifadə etməlisiniz. Ən bilinən olan qırmızı rəng ilə başlayaq. Bu rəng sizi bir addım daha önə daşıyacaq və əllərinizin də ön planda olmasına kömək edəcək. Açıq rəngli qadınların tünd rəng istifadə etməsi tövsiyyə edilmir, ancaq bəzən pastel tonlarına yer verə bilərsiniz.
Davamı →

Gel - şellak tipli dırnaq boyalarının zərərləri

Bu gün gel-lak tipli dırnaq boyaları haqda eşitməyən qalmayıb. Dəblə ayaqlaşmaq istəyən hər bir xanım il ərzində bir neçə dəfə də olsa, bu məhsullardan istifadə edir. Bu tip boyalar 3-4 həftə boyunca dırnağa yapışıb, qalır. Vaxt tamam olanda isə gel boya yenisi ilə əvəzlənir.

Boyadan imtina edəndə, dırnaqlar sürətlə zəifləyib qırılmağa, parlaqlığını itirməyə başlayır. Gel, öz-özünə quruya bilən boya deyil. Onu mütləq ultrabənövşəyi şüaların altında qurutmaq lazımdır. Qurutma prosesi zamanı boya ilə sədəfin üst qatı bir-birinə qarışır və dırnaq tərkibini itirir.

Dermotoloqlar düşünür ki, gel-boya və bu tip manikur növləri çox zərərlidir. İki dəfə ardıcıl gel, şellak və s. manikur prosesindən sonra, dırnaqlar ən az 3 ay müddətində dincəlməlidir.

Gel boyaların zərəri tək sədəfin tərkibinin itməsi ilə bitmir. Onu qurudan ultrabənövşəyi şüalar da, dəriyə olduqca zərərlidir. Bu proses zamanı dərini qorumaq üçün xüsusi əlcəklərdən istifadə edilməlidir.
Davamı →

Payız-Qış mövşümünün dırnaq boyaları

Bu mövsüm dırnaqlar tünd rənglərə bürünəcək. Tanınmış markalar bir-birinin ardınca payız üçün hazırladığı kosmetika kolleksiyalarını təqdim edir.

Dırnaq boyalarının yeni kolleksiyaları çıxan kimi qadınlar öz seçimi edib. Belə ki, qadınlar tünd bənövşəyi, xardal, zoğalı və tünd mavi rənglərə daha çox üstünlük verib.

Tünd rənglər çox dəbdə olsa da, qısa dırnaqlara çox da yaraşmaya bilər. Tünd tonlar barmaq ucunu bir az keçən dırnaqlarda daha zərif görünür. 
 


Ardı →