Dırnaqlarda soyulma və qırılma səbəbi

Dırnaqlarımızdakı problemlərin səbəbləri vitamin çatışmazlığından tutmuş müxtəlif tibbi vəziyyətlərə qədər dəyişə bilər. Endokrinoloq Aleksandr Yuroçkinin sözlərinə görə, bəzən insanın kifayət qədər su içməməsi səbəbindən dırnaqları soyulub nazikləşərək, qırıla bilər. Həm də daha ciddi səbəblər dırnaqların artan kövrəkliyinin və onların delaminasiyasının arxasında gizlənə bilər.


Davamı →

Dırnaq göbələkləri

Dırnaq göbələkləri başqalarından gizlətmək çətin olan və estetik narahatlıq gətirən ümumi bir xəstəlikdir. Onikomikoz dermatomisetlər, maya və ya kif göbələklərinin səbəb olduğu mantar etiologiyasının dırnaqlarının yoluxucu bir xəstəliyidir.
Dırnaq göbələklərin simptomları:
Dırnaq plitəsinin forma və rəngindəki patoloji dəyişikliklər; sarımtıl və ağartıcı ləkələrin meydana gəlməsi; periungual rulonun iltihablı lezyonu; dırnağın qalınlaşması və aşınması; dırnaq boşqabının ayrılması ilə tirnoq boşqabının ölümü.
Davamı →

Gel - şellak tipli dırnaq boyalarının zərərləri

Bu gün gel-lak tipli dırnaq boyaları haqda eşitməyən qalmayıb. Dəblə ayaqlaşmaq istəyən hər bir xanım il ərzində bir neçə dəfə də olsa, bu məhsullardan istifadə edir. Bu tip boyalar 3-4 həftə boyunca dırnağa yapışıb, qalır. Vaxt tamam olanda isə gel boya yenisi ilə əvəzlənir.

Boyadan imtina edəndə, dırnaqlar sürətlə zəifləyib qırılmağa, parlaqlığını itirməyə başlayır. Gel, öz-özünə quruya bilən boya deyil. Onu mütləq ultrabənövşəyi şüaların altında qurutmaq lazımdır. Qurutma prosesi zamanı boya ilə sədəfin üst qatı bir-birinə qarışır və dırnaq tərkibini itirir.

Dermotoloqlar düşünür ki, gel-boya və bu tip manikur növləri çox zərərlidir. İki dəfə ardıcıl gel, şellak və s. manikur prosesindən sonra, dırnaqlar ən az 3 ay müddətində dincəlməlidir.

Gel boyaların zərəri tək sədəfin tərkibinin itməsi ilə bitmir. Onu qurudan ultrabənövşəyi şüalar da, dəriyə olduqca zərərlidir. Bu proses zamanı dərini qorumaq üçün xüsusi əlcəklərdən istifadə edilməlidir.
Davamı →

Dırnaq batmasının qarşısını necə almalı?

Dırnağın ətə batması əksər hərəkətlərə mane olan ağrılarla müşahidə edilir. Dırnaq batması adətən ayağın baş barmağında müşahidə edilir. Bu, dırnağın böyüdükcə eninə doğru inkişaf etməsindən irəli gəlir. Dırnaqlar düz qabağa doğru uzandığına görə onu tutarkən qaydalara düzgün əməl olunmalıdır. Belə ki, uşaq yaşlarında uşağın dırnaqlarının yalnız qabaq tərəfindən kəsmək lazımdır.

Dırnağın ətə batması həmin nahiyədə ağrıya, qızartıya səbəb olur. Gigiyena qaydalarına əməl eləmədikdə isə həmin nahiyədə iltihablaşma əmələ gəlir və xəstənin fiziki hərəkətini məhdudlaşdırır. Dırnağın ətə bataraq iltihablaşması xəstənin vəziyyətinin ağırlaşmasına və dırnağın çıxarılmasına səbəb olur. Çünki iltihablaşma irəliləyərək sümüyə qədər çata bilir. Buna görə də əksər hallarda dırnağın ətə batdığı zaman vaxtında ehtiyat tədbirləri görülür.
Davamı →

Dırnaqların sınmaması üçün bunları edin

Dırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər. Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməyi və ya dırnaqlarınızı boyamağı sevirsinizsə, bu problemlər sizin əhvalanızı korlaya bilər. Lakin narahat olmayın, dırnaqlarınızı zəiflədən səbəbləri aradan qaldıra və onların yenidən sağlam olmalarını təmin edə bilərsiniz.

İlk növbədə onu bildirək ki, dırnaqları gücləndirmək üçün ən əhəmiyyətli iki maddə biotin və zülallardır. Ona görə də bu maddələri kifayət qədər qəbul etmək lazımdır. Yaş artdıqca dırnaqlar zəifləməyə başlayır. Ancaq zəifləmənin yeganə səbəbi təkcə yaş deyil.
Davamı →