İntellektual mənasızlıqda ezoterika

  • Esse
I dünya müharibəsindən sonra 1916-ci ildə İsveçrədə sənət adamları sənətin heç nəyə vasil olmadığını, əsrlərdən bəri yol gələn, fəqət hansı səbəbə olduğu bilinməyən bu məna boxçasının müharibələrin — amansızlıqların — faciələrin qarşısında sadəcə susmuş məfhum olduğunu, nəyisə dəyişdirmək ixtiyarında olmadığını anlayıb sənət üçün ya tam zamanı olan ya da gecikən, klassikadan modernizmə addımlayan, modern sənətin başlanğıcını qoyan dadaizm (1916-1922) cərəyanını yaratdılar. Bu cərəyan dünyada adət-ənənə, qayda-qanun adı altında gizlənən hər şeyə etiraz idi.

Davamı →

Axmaqlama ədəbiyyatı

Romantizmlə birgə, eyni universal hadisənin nəticəsi sayılan dadaizm (“dada”- fransızca “zövq üçün minilən oyuncaq taxta at”, “at” — yıxılış, ümidsizliyə qapanmaq); italyanca “ana və kübe”; rusca və rumınca “taxta at və süd ana (baxıcı)”; “mənası olmayan söz”, “xobbi” və s.) dini inancları, ictimai bağları, etik dəyərləri olmayan, həyatdan bezən, “hirsi ruh halına gələn” gəncliyin duyğularının üsyanıdır. Dadaçı gəncliyin əllərində itirəcək bir şey qalmadığından “vətən duyğusu”, “etika”, “mühakimə” kimi anlayışlardan vaz keçərək, yaşamaq arzusunda olan insanları böhrandan çıxarmağa, onlar üçün tamamilə fərqli bir dünya qurmağa səslənişidir. Gənc dadaistlərin bildiyi, inandığı və hər zaman söylədiyi tək bir həqiqət var ki, o da həyatın etibarsızlığı ilə bağlıdır. “Heç bir şey möhkəm və davamlı ola bilməz” fəlsəfəsinə istinad edən dadaçılar üçün, əslində “bütün fəlsəfələr, buraxılmış köhnə bir diş fırçasından daha az qiymətlidir”.

Davamı →