Damar tıxanmasından bizi qoruya biləcək məhsullar

İldən ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı artır.
Düzgün olmayan qidalanma damar problemlərinin əsas səbəblərindən biridir.
Alimlərin fikrinə görə, damarların əsas düşmənləri şəkər və trans-yağlardır (marqarin və s.). Şəkərın çoxlu miqdarda istehlakı damarlarda xroniki iltihaba səbəb olur. Trans-yağlar isə orqanizmdə pis xolesterinin səviyyəsini artırır. Xolesterin iltihablaşmış damarlarda yığılır, damarları daraldır, onları zəif və kövrək edir. Belə damarlar tıxana, partlaya bilər ki, bu da infarkt və insulta gətirib çıxardır.

Davamı →

Damarların funksiyalarının pozulması

Arterial hipertenziyalar.

Yüksək arterial təzyiq dəqiq həkim müayinəsi və müalicəsi tələb edən bir xəstəlik və ya simptom olub, hazırda dünya əhalisinin hər dördüncü nəfərində rast gəlinir. Hipertonikləri ən çox narahat edən əlamətlər baş ağrıları, zəiflik və ürək nahiyəsində ağrılardır. Əmək qabiliyyəti azalır, xəstənin ümumi əhval-ruhiyyəsi getdikcə pisləşir. Müalicə olunmadıqda miokard infarktı, ürək çatmamazlığı, insult, böyrək çatışmazlığı və s. kimi ağırlaşmalara gətirib çıxarır.

Əgər arterial təzyiq ən azı 2 dəfə təkrar-təkrar 140/90 mm c. s.-dan yüksək olarsa o zaman arteiral hipertoniya haqqında düşünmək olar. Arterial təzyiq sakit vəziyyətdə oturaq halda ölçülməlidir.Arterial hipertenziya-  arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir.


Ardı →

Ürəyiniz üçün bunlardan uzaq durun

Doymuş yağ nisbəti yüksək yağlarla çıxarılan qidaların ürək və damar xəstəlikləri riskini artırdığı ifadə edildi.Yağdan başqa turşu ehtiva edən yağların doymuş yağ nisbətinin olduqca yüksək olduğunu ifadə edən qidalanma mütəxəssisləri, bir çox restoranda və yemək fabrikində bu yağların istifadə edildiyini ifadə etdi.Yağdan əlavə turşu tərkibli qidaların ürək və damar sağlamlığı üçün yeyilməməsi lazım olduğuna diqqət çəkən mütəxəssislər, sağlam qidalanmaq üçün bəzi xəbərdarlıqlar verdi.


Ardı →

Ürək və qan damarları

Ürək-əzələdən təşkil olunmuş, içi boş orqandır. Ürəyin daxili hissəsi 2 qulaqcığa və 2 mədəciyə ayrılır. Qan qulaqcıqdan mədəciyə xüsusi axar vasitəsilə tökülür. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar vardır ki, bu da mədəciyə tökülən qanın qulaqcığa geri qayıtmasına mane olur. Ürəyin sol hissəsində 2 ədəd, sağ hissəsində 3 ədəd qapaq olur.
Ürəyin sol mədəciyindən çıxan aorta və sağ mədəciyindən çıxan ağ ciyər arteriyası arasında isə aypara qapaqları olur. Aypara qapaqları mədəciklərdən çıxan qanın geri axmasının qarşısını alır. Ürək qapaqcıqları qanın qulaqcıqdan mədəciyə, mədəcikdən isə aorta və arteriyaya birtərəfli axmasını təmin edir.
Ürəyin yuxarı genişlənmiş hissəsi əsası, nisbətən daralmış aşağı hissəsi isə təpəsi adlanır. İnsan ürəyinin kütləsi təqribən 250-360q arasında dəyişir.


Ardı →