Uşaq tərbiyəsində dayələrin rolu

Hər doğulan körpə valideynlər üçün bir sevinc və sevgi qaynağı olmanın yanında bəzi məsuliyyətləri də özü ilə bərabər gətirir. Valideynlər doğulan körpələrinin sağlam və qüsursuz olduğunu görüncə rahatlanır, lakin uşağı necə böyütmək və tərbiyə etmək mövzusunda zərrə qədər narahatçılıq keçirmirlər. Əslində, körpənin ən təhlükəsiz və etibarlı yeri ana bətnidir. Körpə dünyaya göz açdığı gündən etibarən isə artıq onun maddi, mənəvi və ruhi inkişafı üçün diqqətli baxıma və doğru tərbiyə edilməyə ehtiyaci var.

Uşaq tərbiyəsində ən mühüm iş, tətbiq ediləcək metod və prinsipi düzgün seçməkdir. Uşaq ata-anasına əmanətdir. Onun təmiz qəlbi hər cür əyrilik və şərdən uzaq, saf və bərraqdır. Uşaq xeyrə alışdırılar, yaxşılıq təlqin edilərsə, xeyirli bir nəslin nümayəndəsi olaraq yetişər. Əksinə, ətraf mühitdən gördüyü mənfi xislətlər və davranışlar onun gələcək inkişafı üçün təhlükə yarada bilər. Bunda əsas faktorun ata-ana və dayələrin üzərinə düşdüyünü vurğulamaq lazımdır. 
Davamı →

Uşaqlarımıza dayə seçərkən nələrə diqqət etməliyik?

Ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğrunda işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara çox zaman isə dayələrə etibar edilir.
 
Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan səmimi, dürüst, etibarlı insan tapmağa çalışır. Əslində uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirilməsi, yuxu zamanı yatırdılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil. Belə ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də, lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.
Davamı →

Bunları dayədən tələb etməyin

Müasir dövrdə demək olar ki, anaların əksəriyyəti işləyir. Sözsüz ki, hər kəs uşağını bağçaya qoymur. Çoxları evdə dayə tutmağa üstünlük verir. Ana üçün dünyada ən qiymətli varlığını başqasına təslim etmək asan deyil. Bir neçə saat onlardan xəbərsiz qalmaq da ananı narahat edir. Mütəmadi evə və ya dayəyə zəng edib uşağı soruşsa da, evdə baş verənlərdən xəbərsiz qalır. Əmin olun ki, dayənin sizi narahat etməmək üçün dilə gətirmədiyi məqamlar var. Amma digər tərəfdən unutmayın ki, onun xoşbəxtliyi və dincliyi körpənizlə maraqlanma formasına də təsir edəcək.

 1. Dayələr ev işləri ilə maraqlanmaq məcburiyyətində deyil
Onlardan uşağınızın dağıtdığı evi yığışdırmasını, ya da qab-qacaqları yumasını gözləyə bilməzsiniz. Əgər bu mövzularda da köməyə ehtiyacınız varsa, başqa bir köməkçi tutmaq məcburiyyətindəsiniz. Dayə yalnız körpəyə baxmaq üçün oradadır, başqa heç bir şey üçün yox.

2. Evə dediyiniz vaxtda gəlməlisiniz
Dayənin zamanı sizinkindən daha az qiymətli deyil. Onun vaxtında gəlməsini gözlədiyiniz kimi, siz də razılaşdığınız saatda evə dönməlisiniz. Əgər 20 dəqiqədən çox gecikməli olsanız, mütləq ona zəng vurub bunu bildirin və üzr istəyin.
Davamı →

Dayəlik

Heç bir valideyn öz «sərvətini» təsadüfi insana etibar etməz. Yaxşı, ixtisaslı dayə tapmaq isə o qədər də asan iş deyil. Dayə axtarışları adətən, qohum və tanışlar ilə soraqlaşmadan başlayır. Onlardan kim isə lazımlı, etibarlı insan məsləhət görə bilsə, bu, çox yaxşıdır. Lakin bəzi hallarda onlar öz xidmətlərini də təklif edir ki, bu da hər zaman  problemin həllinə kömək etmir. Yaxın adamlardan iş cədvəlinə dəqiq riayət etməyi və uşağa qulluğa aid bütün öhdəliklərin yerinə yetirilməsini tələb etmək asan deyil. İstər-istəməz yaxşı münasibətlərdən istifadə edilərək sizin maraqlarınıza zərər yetiriləcək. Tələb olunan işçini elan ilə də tapmaq mümkündür. Bu zaman seçimi 30-55 yaş arasında, övladları olan (yaxşı olardı ki, uşaqlar artıq böyümüş olsun)  qadınlar arasında aparmağa dəyər. İddiaçı ilə şəxsi görüş zamanı onun haqqında mümkün qədər çox məlumat (İlk növbədə- təhsili haqqında) toplamaq lazımdır.
Ardı →

Dayə seçimi

Son zamanlar işləyən qadınların sayının artması onların ev, uşaq saxlamaq kimi işlərdə köməkçiyə ehtiyac duymalarına səbəb olub. Bağçaların azlığı, onların keyfiyyətli xidmətinə inamın olmaması valideynlərin dayələrə üz tutmasına səbbə olur. Amma hər uşaq baxan dayədirmi? Tarixən dayəlik daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarına baxan elmi, savadı ilə seçilən bir insan olub.

Amma dövr keçdikcə bu sahəyə olan münasibət dəyişməyə başlayıb. Artıq dayəlik iş tapa bilməyən və ya işdən qovulan orta yaşlı qadınların yeni qazanc yeridir. Yəni, onlar öz övladlarını böyütdükləri üçün bu sahədə yetərincə təcrübəli olduqlarını düşünürlər. Çünki bizim kimi cəmiyyətlərdə dayə sadəcə uşağın yeməyinə, geyiminə nəzarət edən, vaxtında yatıb durmasını təmin edən, və bəzən də ev işlərində köməkçi olan biridir. Əgər bir qadın bunları bacarırsa, deməli o normal dayə hesab oluna bilər. Əlbəttə, bu düşüncələr dayəlikdən daha çox xidmətçi peşəsinə uyğun gəlir. Ona görə də, illərdir bu sahədə inkişaf yox əks proses yaşanır. Yəni, dayəliyə hər kəsin görə biləcəyi bir iş kimi baxılır.


Ardı →