"Süpürgə" salatı

Bu ad ona bağırsaqları çox yaxşı təmizlədiyi, bədəndən zəhərli maddələri çıxardığı və nəticədə də artıq kilolardan azad etdiyi üçün verilib. Bir sözlə, bədəninizdə olan artıq nə varsa “süpürgə” salatı onları süpürüb atacaq.

Bol vitaminli bu salat çox doyumlu olmasına baxmayaraq, kalorisi çox azdır. Ona görə onu rahatlıqla istədiyiniz qədər yeyə bilərsiniz. Həmçinin, həftədə bir dəfə, bir gün yalnız “Süpürgə” salatını yeməklə detoks günü edərək bədəninizi toksik maddələrdən təmizləyə bilərsiniz.

Tərkibi:
Bir ədəd çuğundur
Bir ədəd yerkökü
Ağ kələmin bir neçə yarpağı
Bir az göyərti (istədiyinizi əlavə edə bilərsiniz,
Davamı →

Dietik ispanaq salatı

Ərzaqlar:
— 1/2 kq ispanaq yarpağı
— 3-4 dənə təzə soğan
— 1 dənə quru soğan
— Cəfəri
— Şüyüd
— 1 ədəd qaynadılmış və didilmiş toyuq filesi
— 2-3 şorba qaşığı zeytun yağı
— Duz, qırmızı istiot

Davamı →

Dietik ispanaq salatı

Ərzaqlar:
Yarım kilo ispanaq
Yarım çay stəkanı küftəlik bulqur
Yarım çay stəkanı isti su
Yarım dəstə şüyüd
1-2 ədəd təzə soğan
Yarım çay stəkanı doğranmış qoz

Sous üçün:
Yarım xörək qaşığı soya sousu
1 xörək qaşığı sirkə
2-3 xörək qaşığı nar şərab
Davamı →

Gözəllik salatı

Gözəllik salatını 2-3 həftə ərzində hər gün yemək lazımdır. Bu salat orqanizmi toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən təmizləyir, insanı daha gümrah edir, arıqlamağa kömək edir, üz dərisinin və saçların vəziyyətini yaxşılaşdırır.

Lazım olan məhsullar:
— 3 xörək qaşığı yulaf yarması (qerkules)
— 1/2 stəkan qaynar su
— 1 yaşıl alma
— 1 xörək qaşığı kişmiş
— 2 qara qavalı qurusu
— 3 qaşıq qatıq
— 2 qoz ləpəsi.

Davamı →

Dadlı pəhriz salatı

Göbələklər – tanınmış pəhriz məhsuludur. Kalori dəyəri aşağı olduğu üçün dieta zamanı rahatlıqla istifadə oluna biləcək ərzaqlar sırasındadır. 
Göbələkdən dadlı salat hazırlamaqla zövqlə arıqlaya bilərsiniz.

İnqrediyentlər:
  • təzə göbələklər (150 qram)
  • bitki yağı (10 qram)
  • limon şirəsi 
  • qara istiot
Hazırlanma üsulu:
Göbələkləri təmizləyib, duzlanmış suda yaxşıca qaynatmaq lazımdır. Süzgəcə boşaldırıq və xırda tikələrlə doğrayırıq. İstiotlayırıq, bitki yağıyla və limon şirəsiylə suyuyla qarışdırırıq. Salat qabına əlavə edib göyərtiylə (cəfəri, şüyüd) bəzəyirik.
Nuş olsun! 
Davamı →

Dietik salat - Fantaziya

İnqrediyentlər:
  • kərəviz (300 qram)
  • alma (250 qram)
  • yerkökü (1 ədəd)
  • xama az kalorili 100 qram
  • portağal (yarsı)
  • tikələrə doğranmış fındıqlar.
Hazırlanma üsulu:
Sürtkəcdən almaları və yerkökünü, qaynadılmış kərəvizi keçirdirik.

Xırdalanmış fındıqları əlavə edib, bir az şəkər, duz vurub qarışdırırıq. Xama vurub porsion boşqablara tökükrük Portağal tikələriylə üstünü bəzəyirik.
Davamı →