Ləziz Pip dolması

Bildiyiniz kimi Azərbaycan kulinariyası ləzzətli olmasıyla yanaşı həm də faydalı təamlarla zəngindir. Hər bölgəsində fərqli ləzzətə sahib olan mətbəximizin ləziz yeməklərindən biri də Pip dolmasıdır. Azərbaycan mətbəxində 381 çeşid dolma var. Fərqli dadlara və görünüşə sahib olan bu dolmalar,
Davamı →

Əncir dolması

Lazım olanlar:
• 500 qram quru əncir
• 2 yemək qaşığı zeytun yağı
• 2 yemək qaşığı başqa duru yağ
• 1 ədəd orta boy baş soğan
• 100 qram düyü
• şam qozasınını toxumu
• 1 çay qaşığı duz
• 1 çay qaşığı istiot
• 1 çay qaşığı darçın
• 1 stəkan su. 
Davamı →

Macar kələm dolması

Ərzaqlar:
  • 0,4 kq donuz ətinin qiyməsi (yarısı danaəti ola bilər),
  • 0,15 kq hisə verilmiş donuz bekonu,
  • 0.1 kq düyü, 
  • 0,2 kq duzlu kələm yarpaqları,
  • 1 kq duzlu kələm,
  • 3 qaşıq bitki yağı,
  • 0.03 kq un,
  • 140 g pomidor sousu,
  • 1 orta soğan,
  • 1 ədəd yumurta,
  • zövqə görə duz,

Davamı →

Toyuq dolması

Lazım olanlar:
1 ədəd toyuq
 
İçi üçün:
1 stəkan yarım düyü
2 ədəd soğan
2 stəkan isti su
2 yemək qaşığı kərə yağı
1 yemək qaşığı dolmalıq fıstıq
1 çay qaşığı darçın
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Davamı →

Qiyməli kabak dolması

Ərzaqlar:
Orta ölçülü kabak – 1 kq.
Düyü – 1 st.
Qiymə — 300 q.
Tomat – 2 x.q.
Duruyağ – 0,5 st.
Duruyağ və ya kərə yağı – 1 x.q.
Duz, qara istiot, nanə
İsti su

Hazırlanması:
Yuduğunuz kabakları soyub, 2 hissəyə bölün və içini oyun.
Düyünü bol su ilə yuyub, süzün.
Pomidoru sürtgəcdən keçirib, bir qabda qiymə, düyü, yağ, nanə, tomat, duruyağ, duz, istiotla qarışdırın.

Kabakları doldurub, tavaya yığın. 1 stəkan isti su ilə 1 yemək qaşığı tomatı qarışdırın, düzdüyünüz kabakların üzərinə gəzdirin.
Gözəyarı 1 ya da 2 stəkan isti su əlavə edin. Dolmanı vam odda düyü şişənə qədər bişirib. Sarımsaqlı qatıq ilə servis edə bilərsiniz.


Davamı →

Yarpaq dolması resepti

4-6 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar:yarpaq dolması
  • 450g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
  • 1 orta baş xırda doğranmış soğan
  • ½ stəkan yumru düyü
  • ½ stəkan xırda doğranmış keşniş
  • ½ stəkan xırda doğranmış şüyüd
  • ½ stəkan xırda doğranmış nanə
  • 1 çay qaşığı duz
  • ¼ çay qaşığı və yaxud zövqə görə istiot
  • 80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
  • 3 xörək qaşığı ərinmiş kərə yağı
  • ½ stəkan su
Hazırlanması:
1. Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər  yoğurun.
2. Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə:  Qazanda su qaynadın. Yarpaqları hissə-hissə qaynayan suda təxminən 2 dəqiqə ərzində tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Saplarını kəsin.
Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə:  Yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları suda 1-2 dəqiqə qaynadıb, süzün.
Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün.
3. Hər yarpağın ortasına təxminən 1-2 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı yumruvari bükün.
4. Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay lay düzün. Əgər təzə yarpaqdan istifadə etmişsinizsə, layların arasına azacıq duz əlavə edin.
5. Dolmaların üstünə yağı və suyu tökün. Axırıncı layın üstünə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar. Qazanın qapağını qoyun. Dolmanı əvvəlcə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirin. Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.
6. Dolmanı süfrəyə sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçünI qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.
Nuş Olsun!

Mənbə: azcookbook.com 
Davamı →