Ramazan ayının 2013-cü il təqvimi

Əziz kayzençilər! Əvvəlcə Ramazan ayınin hamımız üçün xeyirli və bərəkətli olmağını Allahdan  diləyirəm. Oruc tutanların sayının inşAllah daha da çox olacağını nəzərə alaraq sizlərə Ramzan Ayının bu il üçün təqvimini paylaşıram. Onu da qey edim ki təqdim edəcəyim təqdim Qafqaz Müsəlmanları İdarəsinin 2013-cü il üçün hazırladığı Ramazan təqvimidir. Qeyd edildiyi kimi İmsak vaxtının son həddi sübh namazından 20 dəqiqə əvvəldir.   


Ardı →

Allaha şükr edək...

Allahın əmri gəldiyi vaxt əzrail heç nəyə baxmadan insanın canını ala bilər. Hər şey Allahın əmr verdiyi vaxtdan nə 1 saniyə gec, nə də 1 saniyə tez ola bilməz. Fərqi yoxdur biz yol gedərkən, yemək yeyərkən, yatarkən, tv-yə baxarkən bəlkə də elə oturduqumuz yerdə bu baş verə bilər. Ona görə də hal-hazırda nəfəs aldığımıza görə, yaşadığımıza, sağlam hərəkət edə bilməmizə görə hər bir an şükür etməliyik. 

Məs: Bir insanın barmağı əzilir,oof ,Allah, niyə bəs mənim barmağım əzildi deyərkən – heç düşünürmü ki, bir barmağın əzildi deyə şükür elə. Bundan da pisi ola bilərdi, bundan da bədbəxt hadisə baş verə bilərdi, sənin əlin əzilib çolaq qalsaydın nə olacaqdı?
Bax, əziləcək barmağın var deyə şükür etməlisən.

Məs: Bir çox insanlar yaşadığı evləri ilə kifayətlənmirlər, belə şərait olar? Qaz yox, işıq yox və bir çox problemləri misal gətirərək naşükürlük edirlər. Düşünmürlər ki, heç onların evləri də olmaya bilərdi, bəs onda necə olacaqdı? Onların yerində bir çox olmaq istəyən insanlar var, deyirlər ki, heç nə istəmirik bir evimiz, gecə qalacağımız yer olsun bizə yetər. Sadəcə, əgər 1 evimiz varsa, içində rahat nəfəs ala bilirksə, şükür etməliyik. Şükür eddək ki, Allah biz istədiklərimizi bizə versin.

Özümüz də bilərəkdən-bilməyərəkdən naşükürlük edib günaha batırıq. Pis də olsa, yaxşı da olsa ,gəlin ŞÜKR edək, çünki bizim bildiyimiz pisi də,yaxşını da Allah bizə məsləhət buyuyur. Bəlkə o pisə görə naşükürlük edirik, amma heç düşünmürük ki, nə vaxtsa etdiyimiz günahın cəzasıdır bu.
Ona görə ayağımızı yorğanımıza görə uzadıb Allaha şükr edək
Allahım, bizi naşükürlüyümüzə görə bağışla… AMİN!!!
İmam Hüsеyn (ə.): -“Кеçmiş nеmət üçün şükür еtmək, yеni nеmət üçün yol açır.”

Davamı →

Quranda şeytandan qorunmaq üçün oxunan dualar

Peyğəmbərimiz hər insanın yanında mələk olduğu kimi,şeytanın da olduğunu vurğulamışdır.Quranda şeytandan qorunma yollarının ən yaxşı vasitəsi təmiz ürəklə,qəlbdən oxunan dualardır.Dilucu,boş ürəklə oxunan dualar bir fayda verməz.Quranda cin və şeytanın şərindən qorunmaq üçün ən çox İxlas,Fələk və Nas sürələri oxunur.

İxlas surəsi.
Bismillahir-rəhmanir-rəhim
«Qulhuvəllahu əhəd.Allahussəməd.Ləm yəlid vələm yuləd.Və ləm yəkun ləhu kufuvən əhəd.


Ardı →

Dua-Rəhmət qapıların açarı

Biz bu dünyaya imtahan edilmək üçün göndərilmişik. İmtahanın səbəbi isə hər şey ola bilər.


Bir neçə gün əvvəl 14 ildir ailəli olan bir dostum evlilik təcrübələrindən danışarkən: «Bax - dedi, - mənim nə vaxt həyat yoldaşımla bir problemim olsa, Allaha təvəkkül edir və belə deyirəm: Allahım! Sənin yaratdığın hər şeydə bir hikmət vardır. Hər halda yenə də bir səhv etmiş, yenə də haradasa Səninlə olan münasibətlərimi lazımi səviyyəyə qaldıra və ya lazımi səviyyədə qoruya bilməmişəm.


Ardı →

Gözəl dua...

Qaldıra bilməyəcəyimiz yükü,
Daşıya bilməyəcəyimiz dərdi,
Gedə bilməyəcəyimiz yolu,
Aşa bilməyəcəyimiz əngəlləri,

Yaşaya bilməyəcəyimiz canı,
Sevə bilməyəcəyimiz yarı,
Verə bilməyəcəyimiz cavabı,
Yeyə bilməyəcəyimiz tikəni,

Danışa bilməyəcəyimiz sözü,
Girə bilməyəcəyimiz ürəyi,
Qovuşa bilməyəcəyimiz sevgini
Bizlərə nəsib etmə Ya Rəbbim.
AMİN
Davamı →

Səfər duası

[Allahu əkbər, Allahu əkbər, Allahu əkbər. Subhanəl-ləzi səxxara lənə həzə və mə kunnə ləhu muqrinin. Və innə ilə Rabbinə ləmunqalibun. Allahummə innə nəs'əlukə fi səfərinə həzə əl-birra vət-təqva, və minəl aməli mə tərda. Allahummə həvvin aleynə səfəranə həzə vətvi annə bu'dəhu. Allahummə əntəs-sahibu fis-səfəri vəl-xalifətu fil-əhli. Allahummə inni əuzu bikə min və'sais-səfəri və kəabətil-mənzari və suil-munqaləbi fil-mali vəl-əhl]
Davamı →