İnteryer dizaynında nələrə diqqət etmək lazımdır?

Rəngin xüsusiyyətlərindən bacarıqla istifadə edərək, rəng qammasını düzgün seçərək, mənzili həqiqətən gözəl etmək olar.
Hər rəng çalarlarının bütün qamması ilə birlikdə öz xarakteri var, müəyyən əhval-ruhiyyə yaradır.
Qırmızı rəng — isti, şən rəngdir. Qırmızı rəngin çalarları çoxdur: zərif çəhrayıdan tünd bordo rənginə kimi. Çəhrayının solğun çalarları bir çox solğun çalarlarla uyğundur. Məsələn: solğun yaşılla, yaşılımtıl mavi ilə, solğun sarı ilə.
Davamı →

Xərcə düşmədən evi necə yeniləmək olar?

Yeni il öncəsi ev əşyalarını yeniləmək çoxdankı ənənədir. Təəssüf ki, bayramdan öncə onsuz da artan xərclər bu ənənəyə əməl etməyə bəzən imkan vermir. Amma büdcəni düzgün planlayaraq, xərclərin istiqamətini öncədən müəyyənləşdirərək hər kəs qənaət edə, eyni zamanda istədiyi bayram hədiyyəsini özünə icazə verə bilər.

Bu məqalədə məişət texnikasının alışı zamanı xərclərə qənaət etməyin üsullarını araşdırmışıq.

Ev əşyası aldıqda, onun uzunömürlü xidmət edəcəyinə diqqət yetirin.


Davamı →

İnteryer dizaynının əsasları

Dəhliz
Mənzilə daxil olan adam ilk olaraq dəhlizə girir. Çox vaxt qonağın ev sakinləri haqda ilkin təəssüratı məhz elə dəhlizdən yaranır. Başlıca rollardan birini naxış materiallarının rəngləri oynayır. Balaca və qaranlıq dəhlizdə açıq materiallardan istifadə etmək yaxşı olardı, əksinə, geniş dəhlizdə daha çox tünd rənglər yarayar, məsələn: dolğun qırmızı və qəhvəyi rənglər. Dar dəhlizi zahiri genəltmək üçün divarların bəzəyində soyuq rənglərdən istifadə etmək lazımdır.

Dəhlizi təchiz edəndə onun ölçülərini nəzərə almaq lazımdır və buna müvafiq olaraq, mebel seçmək lazımdır. Dəhlizi həddindən artıq doldurmaq lazım deyil, mebelin miqdarını maksimal məhdudlaşdırmaq lazımdır. Bu, paltarasan, ayaqqabı şkafı və güzgüdür, digərlərinə yer yoxdursa, yaxşısı budur başqa otaqda yerləşdirəsiniz. Yaxşı variant divarlarda qurulmuş güzgülü şkaf ola bilər. Bu halda dəhlizdə nə başqa şkaf, nə də güzgü yerləşdirməyə ehtiyac olmur. Dəhliz isə çox səliqəli və müasir görünür.
Davamı →

Yataq otağı

Yataq otağı əsasən rahat istirahət, yatmaq üçün nəzərdə tutulmuşdur, bu da mənzildə yataq otağının yerini qabaqcadan müəyyən edir. Yataq otağını iş kabineti ilə birləşdirmək məsləhət deyil, çünki sakitlik atmosferini yaradan boğuq tonlarda, seyrək işıqda işləmək çətindir. Kabinet üçün ən əlverişlisi neytral rənglər, mebelin aydın konturları və yönəldilmiş işıqdır.

Yataq otağının əsas təyinatı – istirahət və yatmaq yeridir, ona görə də onun əsas atributu çarpayıdır. Çarpayı mütləq rahat olmalıdır. Döşəyin codluğunu onun üstündə yatan adamın istək və fiziki xüsusiyyətlərinə uyğun tənzimləmək lazımdır. Məsələn: uşağa və yaşlı adama kifayət qədər möhkəm döşək lazımdır.
Davamı →

Daha müasir ev dekorasiyası üçün 4 məsləhət

Evinizdə müasir ab-hava yaratmağa nə deyirsiniz? Üstəlik bunun üçün köklü dəyişikliklərə ehtiyacınız yoxdur. Bir neçə xırda toxunuş evinizin qüsursuz görünməsi üçün bəs edəcək.

Müasir klassik mebellər
Qəribə səslənsə də, bir məkanı yeniləmək üçün atılacaq ilk addım onu zamansız əşyalarla doldurmaqdır. Müasir klassik mebelləri evin ən sevdiyiniz otağında qoruyun.

Dekorunuza metal əşyalar da əlavə edin
Metal toxunuşlar müasir dekorasiyanın əvəzedilməzidir. Mis, ya da qızılı rəngdə metal əşyalar dekorunuzda fərq yaratmanız üçün bəs edəcək. Ən yaxşı nəticə üçün hamısını birdən istifadə edə bilərsiniz.

Keçmiş naxışlı parçaları qarışdırın
Keçmişə dair parçaları müasir mebellərlə qarışdırın. Üstəlik bu parçaları almaq elə baha deyil.
Davamı →

Hamam otağı üçün bitkilər


Ağ divarlar arasında soyuq duş almaq yəqin ki, sıxıcıdır. Elə isə təbiətlə əlaqə qurmaq vaxtıdır. Bu fikir sizi həvəsləndirəcək. Nəzərə alın ki, hər cür ev çiçəyini hamam otağında yaşada bilməzsiniz. Ona görə də seçiminizdə diqqətli olmalısınız.

Aloe vera
Bir ev klassiki olan aloe vera hamam otağınızda da yaşaya bilər. Yanıqlar, kəsiklər, zədə, böcək dişləməsi kimi bir çox dəri probleminə yaxşı təsir edən tibbi bitkidir. Mövsümi olaraq suvarılan, işıqlı və isti məkanlarda yetişən bitki növdür. Qulluq edilməsi olduqca asan, solması bir o qədər çətindir.

Azalea
Həm özü, həm də qoxusu gözəl olan azalea hamam üçün ən uyğun bitkilərdən biridir. Rəngli çiçəkləri ilə hamam otağınıza rəngarənglik qatacaq. Saxsıda yetişən azaleaya qulluq etmək də olduqca sadədir, yalnız gözəl və baxımlı görünməsi üçün bir az səy tələb edir. Qismən kölgədə böyüyür, ancaq yenə də bir az günəş işığına ehtiyacı var.
Davamı →

Mətbəx dizaynı

Mətbəx dizaynlarında estetikadan daha əhəmiyyətli bir məqam var. Bu, mətbəxin rahatlığıdır. Əlbəttə, mətbəxin funksionallığı baxımından ən əhəmiyyətli ünsürlərdən biri kifayət qədər geniş sahəsi olmasıdır. Mətbəx dolabları və rəflər bu baxımdan mətbəx dizaynlarının əsasını təşkil edir. Lakin mətbəxinizdən daha rahat istifadə etmənin və mövcud dolab, rəflərdən çox funksiyalı, effektiv istifadə etmənin asan yolları da var. 

1. Köhnə mətbəx əşyalarından xilas olun!
Mətbəxinizdəki sahədən daha rahat və effektiv istifadə etmənin ən asan yolu əşyaları ehtiyacınız olduğu miqdarda saxlamaqdır. Təbii ki, bəzən evimizdən bəzi əşyaları əskik etmək, bəzən də heç atmaq istəmirik. Bəzi əşyaları istifadə etməsək də, nə vaxtsa lazım olacağını düşünürük. Ancaq daha rahat və axtardığınızı asanlıqla tapa biləcəyiniz bir mətbəx istəyirsinizsə, mütləq köhnə və istifadə edilməyən əşyaları çıxarmalısınız. Bunu etmənin ən asan üsullarından biri də mətbəxinizdəki bütün əşyaları gözdən keçirmək və hamısını ən son bir il ərzində istifadə edib-etməyəcəyinizə qərar verməkdir. Son bir ildə heç istifadə etmədiyiniz qazan, tava, qab və s. əşyaları zibil deyilsə belə, evin anbarına yığmaq və ya daha yaxşısı ehtiyacı olanlara verməkdir.
Davamı →

Dekorasiyada abajur necə istifadə olunur?


Qonaq otağı dekorasiyasında yumşaq və romantik bir hava yaratmaq üçün işıqlandırma olaraq abajurlardan faydalana bilərsiniz.

Dekorasiyada işıqlandırma ən mühüm məsələlərdən biridir. Evin işiqlandırılmasında daha çox təbii işıqdan istifadə etməyə çalışın.


Ardı →