Yalan demə, heç kim ölmək istəmir…

Bir gün Qayğı (cura) bir çaydan keçərkən palçıq yığını görür. Palçıqdan bir az götürüb ona forma verməyə başlayır. İşi başa çatdıranda Yupiter gəlib çıxır. Qayğı, Yupiterdən düzəltdiyi yaradılmışa ruh verməsini istəyir. Yupiter, onun istəyini yerinə yetirir. Fəqət Qayğı yaratdığına ad qoymaq istəyəndə Yupiter mane olur, “adını mən qoymalıyam” deyir. Qayğı və Yupiterin mübahisəsinin üstünə bu dəfə Torpaq (dünya) gəlib çıxır və mübahisəni kəsir. Qayğının forma, Yupiterin ruh verdiyi yaradılmışın maddəsinin ondan olduğunu söyləyərək “adını da mən qoymalıyam” deyir. Uzun mübahisədən sonra üçlük, Saturndan məsləhət almağa qərar verir. Saturn hakim seçilir.

Davamı →

"Fatalist" | İsaak Başevis Zinger

Balaca şəhərlərdə adamların biri-birinə qoşduğu ləqəblər adətən sadəliyi ilə seçilirlər: Göbək Haim, Qoğal İekel, Çərənçi Sarra, Ördək Gitl və s. Amma müəllim işləməyə gəldiyim balaca bir Polşa şəhərində Fatalist ləqəbli adam haqqında eşitdiyimdən, əlbəttə, dərhal bu barədə maraqlandım, sual ünvanladım, bu cürə ləqəb belə balaca şəhərdə kimin ağlına gəlib və bu ləqəbə layiq olmaq üçün nələri etmək lazım idi? İrvit dilindən dərs keçdiyim Sionist Gənclər Təşkilatının katibi bunları dedi:
-Bu qəribə ləqəbin sahibi yerlilərdən deyildi. Haradasa Kurlandiyada doğulmuşdu. 1916-cı ildə Polşaya gələrək, yerli qəzetlərdən birində alman dilindən dərs deməsiylə bağlı elan vermişdi. O zamanlar Polşa Avstriya tərəfindən işğal olunduğundan, alman dilini bilmək hər kəs üçün vacib idi. Sonra Fatalist ləqəbli, əsl adı Benyamin Şvars olan bu adamın çoxlu tələbələri ortaya çıxdı.
Elə bu yerdə Katib pəncərəyə işarə edib, ucadan dedi:
— Adını çək, qulağını bur, budur, gəlir!
Bu balacaboy adamın burma bığları, qara saçları, başında yumru şlyapası, əlində portfeli vardı.
Ardı →