Bu Həftənin Filmləri! (Fevral 8-14)

Bu həftə Bakının kinoteatrlara 4 film daxil olur. Filmlərdən üçü ABŞ, biri isə Türkiyə istehsalıdır. Şəhərin bütün böyük kinoteatrlarında nümayiş olunacaq «Deadpool» filmi ilin ən gözlənilən filmlərindən sayılır.
Bu yazıda filmlər haqqında məlumat əldə edə və mənim subyektiv fikirlərimlə tanış ola bilərsiniz.

 Posters

Davamı →

KİNO: KÖRPƏ (THE KID, 1921)

 

The kid poster

Təbəssüm və bəlkə göz yaşı da doğuran bir film


«Körpə» (1921) dahi kinomatoqraf Çarli Çaplinin rejissyor kimi ilk uzunmetrajlı filmidir. Filmin qəhrəmanı Çaplinin məşhur “Avara” personajıdır. «Körpə» əsasən Avara və onun qəyyumluq etdiyi 5 yaşlı Conun (Körpə) həyatından bəhs edir.

Əsasən komediya janrına aid edilən “Körpə” primitiv, lakin səmimi və öz dövrü üçün olduqca yaradıcı olan komik səhnələrlə zəngindir. Dövrünün bütün filmləri kimi səssiz olmasına baxmayaraq,  rahatlıqla anlaşılan süjet və maraqlı aktyor ifası sayəsində Körpə kino klassikası hesab edilir.

 


Ardı →

KİNO: 8-Cİ MİL (8 MILE)

Əgər küçələrin səsi olsaydı… Onlar sizə bu əhvalatı danışardı.

8-ci Mil (2002)

Rejissyor: Curtis Hanson
Baş rollarda: Eminem, Kim Basinger, Mekhi Phifer, Britanny Murphy.

1995-ci il, ABŞ. Keçmiş qüdrətini itirmiş Detroit. 8-ci Mil adlanan yol şəhəri iki hissəyə bölür. Bir tərəfdə ağların yaşadığı treylerlər (səyyar, daşınan evlər), digər tərəfdə isə qaraların yaşadığı layihə evləri (minimal şəraitli mənzillər). Onları birləşdirən yalnız bir faktor var, rəngləri seçməyən kasıbçılıq.

Əksəriyyətin bu ağ-qara izolyasiya ilə barışdığı vaxt bir nəfər 8-ci Milin əks tərəfinə keçmək istəyir. Lakin hamı onu gülər üzlə qarşılamağa hazır deyil. Burada ağlar azlıq təşkil edir və dilənçilik səviyyəsində yaşayır. Treylerlərdə yaşayan kasıblara qarşı işlənilən xüsusi təhqiramiz ifadə də var: “white trash” – ağ zibil.

8 mile


Ardı →

KİNO: Kapitan Fillips

Captain Phillips (2013)
Film real hadisələr əsasında lentə alınıb.
Rejissyor: Paul Greengrass
Ssenari: Kapitan Riçard Fillips, Billy Ray
Baş rollarda: Tom HanksBarkhad Abdi

"İndi iş tapmaq əvvəlki qədər asan deyil. İşəgötürənlər olduqca tələbkar olub, gələcəkdə iş tapmaq övladımız üçün çox çətin olacaq, o gərək indidən bu barədə düşünsün".

Dənizçi Riçard Filips ticarət gəmisinin kapitanıdır. Onun işi qiymətli konteynerlərlə yüklənmiş gəmini bir limandan digər limana idarə etməkdir. Nadir hallarda onun iş öhdəliklərinə əlavə maddələr əlavə olunur, lakin gəmini silahlı dəniz quldurlarından özbaşına müdafiə etmək onların arasında deyil.

Poster


Ardı →

KİNO: Diana (2013)

Şahzadə Diana 1997-ci ilin avqustunun son günündə faciəvi şəkildə vəfat etmişdi. Bu barədə xəbərlərdə eşidəndə mən Lady D'nin kim olduğunu bilmirdim, əslində heç indi də bilmirəm. Yalnız ona əminəm ki, o kral ailəsinin digər üzvləri kimi deyildi və öz statusundan istifadə edərək başqalarına kömək etməyə can atırdı.

«Doğru və səhv addımların olmadığı yerdə bir bağ var. Biz orada görüşəcəyik.»
Cəlaləddin Rumi.

Diana 2013

Ardı →

KİNO: Amerika Möhtəşəmliyi (American Splendor)

"Əgər siz burada romantika, reallıqdan uzaqlaşma və ya fantastika axtararaq gününüzü yola vermək istəyən bir adamsınızsa… siz baxmağa səhv film seçmisiniz."

American Splendor cover

Üçüncü arvadı onun haqqında deyir: " O yalnız depressiv deyil, həm də depressiya yoluxdurucusudur". O isə bunu heç vaxt gizlətmir: «Başa düşün mən bədbin birisiyəm. Mənim həyata baxışım belədir, mənim üçün hər şey bədbin və qorxuludur.»


Ardı →