Fotosintez - Təbiətin nəfəsi

Fotosintez nədir? Fotosintez necə baş verir?

Yaşıl yarpaqlı bitkilərdə üzvi qida maddələrinin yaradılması prosesinə fotosintez deyilir. Yaşıl yarpaqlı bitkilər fotosintez edərkən işıq enerjisinə ehtiyac duyurlar. Bu səbəbdən günəş enerjisi yaşıl yarpaqlı bitkilər üçün çox vacibdir. Bitkilər də heyvanlar və insanlar kimi canlı varlıqlardır. Yeməklərini özləri istehsal edirlər. Bu istehsal mərhələsində fotosintez işə düşür. Fotosintez işıq enerjisi ilə baş verən bir fəaliyyətdir.

Davamı →

Bitkilərin havadan qidalanması. Fotosintez

  • Flora
Fotosintez. Bitkinin havadan qidalanmasında iştirak edən əsas orqanı yarpaqdır. Ağızcıqlardan yarpağa hava daxil olur ki, onun da tərkibində olan karbon qazından bitki qida kimi istifadə edir. Yarpaq hüceyrələrindəki xloroplastlarda günəş enerjisini udma xüsusiyyətinə malik xlorofil olur. Әmici tellərlə torpaqdan su və mineral maddələr udulur və kökün ötürücü boruları ilə gövdəyə, oradan yarpaqlara ötürülür.
Davamı →

Bitkilər aləmi

Təbiət və cəmiyyətin inkişafında bitkilərin əhəmiyyəti böyükdür. Onlar daim Günəş enerjisini müxtəlif yanacaq enerjisinə və yüksək kalorili qida maddələrinə çevirir. Bitkilərin insanlara xidməti misilsizdir, bu xidmətdə onların havatəmizləyici rolu, insanların sağlamlığı keşiyində durması xüsusi yer tutur.
Planetin bitki örtüyü zəngin və müxtəlifdir. Dün­yada 560 min bitki növü mövcuddur ki, onların 300 350 mini mədəni bitkilərdir.Bitkilərin əmələ gəlməsi görkəmli alim K.A. Timiryazevin kəşf etdiyi fotosintez prosesinin nəticəsidir. Fotosintez prosesində günəş enerjisinin köməyi ilə atmosfer havasındakı karbon qazı, torpaqdakı su və mineral maddələr yaşıl kütləyə çevrilir. Fotosintez zamanı ilk maddə kimi qlükoza və oksigen qazı alınır.
Yayın isti günlərində yer səthi çoxlu günəş enerjisi alır.


Ardı →