Gül suyunun faydaları

Gül suyunun faydaları
Təbii gül yarpaqlarından hazırlanan və hər hansı bir kimyəvi maddədən istifadə edilmədən hazırlanan gül suyunun faydası olduqca çoxdur.
Gül suyu - tibbi, kosmetik vasitələrdə, mətbəx kimi həyatımızın bir çox sahəsində istifadə edilir. O, gül yarpaqlarından damladılaraq əldə edilir və bir çox məhsulların tərkibində var.
Gül dünya üzərindəki bir çox millət üçün sonsuz gözəlliyi və eşqi təmsil edən müqəddəs bir çiçəkdir. Qırmızı və ya sarı, çəhrayı və ya ağ olan bütün güllər çox zərif görünür və xoş bir ətir yayır.

Davamı →

Ovşala (gül suyu şərbəti)

Azərbaycanımızın bir birindən dadlı və faydalı şərbətləri vardır. Bunlardan biri də ovşala şərbətidir. Xatırladım ki, ovşala şərbəti Azərbaycanın dilbər guşələrindən biri olan Şəki mətbəxinə aiddir. Əgər qanuni qaydası ilə hazırlanılsa çox faydalı bir şərbətdir. Şərbət ürəyi rahiyyələndirir, yəni ürək zəifliyi olanlar üçün faydalıdır. Köpdən əziyyət çəkənlər üçündə faydalıdır. Əgər yağlı yemək yeyəcəksinizsə üstündən ovşala şərbətini içilməsi yeməyin rahat həzm olunmasına səbəb olur.
Davamı →

Gülabın faydaları

Gülab gül ləçəklərindən və ya müxtəlif bitki yarpaqlarından əldə edilən içkidir. Gülabın hazırlanma tarixi qədimlərə qədər gedib çatır. Gülabdan alkohollu içkiləri, mineral suları, siropları, müxtəlif meyvələrdən hazırlanan içkiləri dadlandırmaq üçün istifadə edilir. Giləmeyələri qaynatdıqdan sonra suya gülab və şəkər tozu əlavə etdikdə dadlı şərbət əldə edilir.

Gülabın hazırlanma texnologiyası ilə sərt dərman miksturaları, tinktura və dərman maddələri də hazırlanır. Müalicəvi tərkibli bitkilərdən hazırlanan gülabdan az miqdarda suya damızdıraraq içmək orqanizmə müalicəvi təsir göstərir. Gülab hazırlamaq üçün xüsusi qazandan istifadə edilir. Qazan mütləq misdən hazırlanmalıdır. Bu qazan iki hissədən ibarət olur. Alt hissəyə istənilənn bitki və ya gül ləçəkləri tökülür və qazanın üst hisəəsi qapanır. Qazanın ikinci hissəsi isə xüsusi quruluşa malik olur. Onun aşağı hissəsi dairəvi və qabarıq, üstündə isə su tökmək üçün yer olur.
Davamı →

Gül suyu maskası

gul suyu maskasıSağlam, parlaq və hamar bir dəriyə sahib olmaq istəyirsinizsə; dərinizi təmiz tutmaq ilk növbədə olmalıdır. Bunun sayəsində dəri məsamələri nəfəs alar, sızanaq və qara nöqtələrə səbəb olan bakteriyalar ortadan qalxar və dəri yaşlanmasının qarşısı alınar.

Dərinizdəki sızanaqları dəf etmək üçün gül suyu və körpə pudrasından edilən maskadan istifadə edə bilərsiniz.

Lazım olanlar:
2 xörək qaşığı uşaq kirşanı (pudrası)
1 xörək qaşığı gül suyu
Davamı →

Gözəllik üçün gül suyu

gul suyuTəbii gül yarpaqlarından hazırlanan və hər hansı bir kimyəvi maddədən istifadə edilmədən hazırlanan gül suyunun faydası olduqca çoxdur. Qızılgül dünya üzərindəki bir çox millət üçün sonsuz gözəlliyi və eşqi təmsil edən müqəddəs bir çiçək hesab olunur. Qırmızı və ya sarı, çəhrayı və ya ağ olan bütün güllər çox zərif görünür və xoş bir ətir yaymaqdan əlavə, gözəlliyi qorumağa da xidmət edir.

Keyfiyyətli gül suyu qədim İran və Misirdə çox dəyərli hesab olunurdu. Deyilənlərə görə, gül suyu Kleopatranın da ən çox istifadə etdiyi gözəllik məhsulu olub.
Davamı →