Qayınananız sizi sevmirsə, belə edin

Sevgilinizin, nişanlınızın və ya həyat yoldaşınızın anası sizi sevmirsə, nə etməlisiniz?
Atalar qızlarının sevgilisinə qarşı sərt mövqe nümayiş etdirdikləri kimi, analar da oğullarının sevgilisi, nişanlısı və həyat yoldaşına qarşı eyni cür davranırlar. Oğulları üçün ən yaxşısını istəyirlər. Bəs bu vəziyyətdə qızlar necə davranmalıdırlar?

Bəzi analar açıq fikirli olduğu halda, bəziləri oğlunun sevdiyi xanımda ilk olaraq pis xüsusiyyətləri görür. Əgər sevdiyiniz kişinin anasının sizi sevmədiyini müəyyən etsəniz, bunun fərqinə varmamış kimi davranın. Onun səbəbləri çox ola bilər. Hətta bu səbəblərin sizinlə əlaqəsi olmaya bilər.
Davamı →

Qayınana gəlin münasibətləri


İnsanlıq yaranandan bəri qayınana gəlin münasibətləri və mübahisələri yaranıb. Ana gəlini, gəlin isə ananı şikayət edir...

Ana oğlunu, gəlin isə həyat yoldaşını paylaşa bilmir. “Qızım sənə deyirəm, gəlnim sən eşit” cümləsi və digər məsləhətlər gəlinləri qıcıqlandıran səbəblər sırasındadır. Belə hallarda isə oğul gəlin və qayınana arasında qalmalı olur.

Bəs, gəlin və qayınana davasına  “dur” deməyin bir yolu yoxdurmu? Ancaq qarşınızdakı insanın sizdən böyük birisi olduğunu zehninizə yeritməli və ona hörmətlə yanaşmalısınız. Unutmayın ki, o qadın sizin sevdiyiniz insanı dünyaya gətirib. Oğul üçün anası qədər əziz və dəyərli heç nə yoxdur. Qayınana istəsə, hər an gəlini oğlundan boşatdıra bilər.
Davamı →

A qayınana, qayınana...

«Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır!»
Qadın böyük qüvvədir. Bəs görəsən, bu «böyük qüvvə»lər maraqları toqquşanda güzəştə getməyi bacarırlarmı? Söhbət əsrlər boyu gündəmdən düşməyən gəlin-qayınana münasibətlərindən gedir.

Müasirlik ənənəviliyə qarşı


Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı deyir ki, bu məsələ keçmişdən günümüzə qədər bütün cəmiyyətlərdə və ictimai quruluşlarda mövcud olmuş problemdir. Sadəcə, hər dövrdə daha da gərginləşən bu problemə dövrün tələblərinə uyğun yeni çalarlar əlavə olunur. Bu gün də məsələnin bir neçə yeni amili ortaya çıxmaqdadır ki, onlardan da ən başlıcası Azərbaycan ailəsində müasirlik və ənənəviliyin toqquşmasıdır.
Davamı →

Azərbaycanlılar niyə boşanır?

Bizim ailələrin bir nömrəli problemi: gəlin-qayınana davası...

Qayınana haqlıdır, yoxsa gəlin? Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda cox acınacaqlı bir nəticə verir. Əksərən, boşanmalara gətirib çıxardır. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur. Gəlin-qaynana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlərdən danışan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bildirdi ki, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar.
Davamı →

Ailə psixologiyası | Yaxşı qayınana necə olmaq olar

İnsan qısqanclığı çoxüzlü və çoxşəkillidir. Biz qısqanırıq, bizi qısqanırlar. Səbəbin nə olduğunu bəzən anlamırıq. Ancaq bununla bərabər hər bir insan gözəl başa düşür ki, qısqanclıq sevgi münasibətlərini, ailə həyatını zəhərə çevirə bilər. Adətən qısqanclıq kişi və qadın arasındakı münasibətlərə şamil edilir. Bəs bunu daha geniş müstəvidə düşünsək necə? Bu zaman isə, ailədə ərlə arvad arasındakı münasibətlərdə zaman-zaman gərginlik yaradan, övladı seçim qarşısında qoyan ana qısqanclığı özünü göstərir.
Davamı →

Qaynana və gəlin | Qarşılıqlı səbr və anlaşma

Ailə həyatının qurulması əlbətdəki həyatınızda böyük dəyişikliklərə aparan böyük vasitədir. Ən birincisi sosial statusunuz dəyişir. Böyük ehtimal yaşayış yeriniz də həmçinin dətişir dəyişir, yoldaşınızın yanına köçürsünüz. Sonrakı həyatı qurmaqda yeni qohumların fikirlərini nəzərə almaq lazım olur, birinci növbədə isə qaynananın. Bəzən gəlin ilə qaynana arasında münasibətlər yaxşı olanda bunu qeyri adi hal kimi də qiymətləndirirlər. Gəlin qaynana münasibətləri tez-tez düyünə düşür. Bəs bu daimi mübahisələrin səbəbi nədir? Əlbətdə «Kimdir günahkar» sualını vermək yersizdi. Hər iki tərəf günahkar olur.
Davamı →

Qaynana ilə münasibət!

Əlinizi ürəyinizin üstünə qoyub and içsəniz belə hamiya məlumdur ki qaynana ilə gəlin arasında heç vaxt ideal münasibətlər olmayıb və ola da bilməz. Bu həqiqət dunyanın özü kimi köhnə bir həqiqətdir.Sadəcə ona görə ki, iki qadın bir evdə sahibə rolunda heç vaxt ola bilməzlər necə ki, iki qadın bir kişinin ürüyində eyni zirvəni fəth edə bilməz .İki qadin kişini özünə cəlb etmək üçün həmişə rəqabətdə olub və olacaq da. Ümumiyyətlə iki qadın bir yerdə həmişə biri birinə rəqibdirlər. 
Bütün bunlara rəğmən həmişə kompromiss variantlar axtarmaq lazım gəlir.Qeyd etmək lazımdır ki, belə hallarda çox vaxt gəlin ğüzəştə getməli olur.Sadəcə ona görə ki, gəlinə yeni yerdə möhkəmlənmək üçün vaxt lazımdır.Bu cəhətdən qaynana daha güclü və daha üstün görünür.Bununla belə qaynanaya da evdə yeni bir gücün yetişməsi ilə barışmaqadan başqa çarə qalmır ( onun fikrincə məhz gəlin illərdən bəri formalaşmış ana oğul münasibətlərinin arasına girir).
Davamı →

Gəlin və qaynana

O bu evə yeni gəlin gəlmiş, elə ilk gündən qaynanası ilə bir yerdə yaşamağa başlamışdı.Ancaq çox keçmədi ki, qaynanası ilə aralarında dava-dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi.Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına getdi və dərdini açıb danışdı.
Loğman ona bitkilərdən bir zəhər hazırladı və bunu hər gün az-az qaynanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şübhələnməsin deyə, qaynanası ilə xoş davranmağı da tapşırdı.Evə qayıdan gəlin tələsik “işə başladı”. Hər gün qaynanası üçün cürbəcür yeməklər bişirir, təbii ki, bu yeməklərə zəhər qatmağı unutmurdu. Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar etməyə başlamışdı. Artıq qaynanasının da ona münasibəti dəyişmişdi.Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi.
Bir gün yenə Loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasını ölümdən xilas etmək idi.Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
— Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər isə sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.

Davamı →