Ruslan Mollayev "Qoca müdrik və kənd əhli "



            
                Bütün kənd əhli susuzluqdan əziyyət çəkdiyi üçün, yığışıb  yamacda yaşayan qoca müdrikin evinə məsləhətə gəlirlər.
— Salam olsun, ay ev yiyəsi… — kənd əhlindən bir nəfər səslənir.
-   ...çaylarımız quruyub, tarlalarımız yanır, heyvan-qara,   uşaq — qadın, hamımız susuzluqdan əziyyət çəkirik, bilmirik köç edək, nə edək, bəlkə  bizim üçün dua edəsən və ya bir çıxış yolu göstərəsən?! 
Qoca müdrik qapıdan çölə çıxıb hamının bir bir üzünə baxır, sonra şaxələnən dağı göstərib,  dağlara qalxmalarını tövsiyyə edir: Çayların mənbəyi dağlardı, başınız yaşam tərzinizə o qədər qarışıb, dağlara qalxmağı unutmusunuz,  odur ki, axan çayların qarşısını nə kəsdiyindən bixəbərsiniz. İnsan da elədir, iman da… — deyərək qoca müdrik bildirdi.

Ruslan Mollaye 16.08.2019


audio - https://www.youtube.com/watch?v=QlT41BUjH0s&t=5s
Davamı →

Hər birimizin gizli silahı

2011-ci il noyabr. Anamı 5 ay əvvəl itirmişdim. Bütün günü yataqda uzanıb ağlamamaqdan məni xilas edən yeganə şey işim idi. İclasda qapını çırpıb işdən çıxan rəfiqəmə ‘dəstək’ olmaq üçün ərizəmi yazıb mən də çıxdım. Çətin vaxtlarda boş qalmaq pis şeydir. Daha sonra ondan daha cəsarətli olduğumu başa düşən kimi boyfriendimdən də ayrıldım.

Asan deyildi.

Növbəti gün bulvara getdim. Boz, soyuq bulvar, sürüşkən mərmərlər, rəngi qaçmış heykəllər, paltarsız ağaclar və mən. Bütün dünya boş idi, hər şey mənasız gəlirdi, ilk dəfə idi ki, diqqətimi çəkmək üçün min oyundan çıxan qara geyimlilərə reaksiya vermirdim, bu o demək idi ki, təslim olmuşdum.

Düşündüm ki, kimsə avtomatla mənim üstümə gəlsə heç qaçmaram, qışqırmaram da, yaşamaq istəmirdim.

Evə qayıtdım. Evdə mama olmayanda qəribə səssizlik çökür divarlara, rəngli şeylər də ağ-qara görünür. Kimisə lap ürəkdən qucaqlamaq, öpmək istəyəndə və bunun daha heç vaxt mümkün olmadığını biləndə qəribə hisslər yaranır – ağrı, suallar, təəssüf, üsyan – hamısı bir-birinə qarışır.


Ardı →

heyat

 

01. Ən asan həyat — ölmək, ən çətini isə yaşamaqdır.

А. Azad.

02. İnsan həyatı bir kibrit qutusuna bənzəyir. Onunla ciddi davranmaq gülməli gələr. Ciddi davranmarsan təhlükəli olar.
A. Ryunoske.

03. Doğulmaq – bədbəxtlik, yaşamaq — əzab, ölmək – kədərdir
Bernar Klervoski.

04. Həyat yolunda nə qədər çox getsən yolunu azdığını görəcəksən.
P. Buast.

05. Həyatı düzgün yaşamağı onu əldən buraxdıqda anlayırıq.
М. Monten.

06. Həyat yanlız başqalarından söhbət getdikdə asan görsənir.
J. Norman.

07. Həyat – cənnətin sığortasıdır.
K. Veber.

08. Həyat ötən günlər deyil, yadda qalan günlərdir.

 P. Pavlenko. 

09. Həyat özü boş məfhumdur; onu dəyərli edən istifadə qaydasıdır.
J.J. Russo.

10. iki dəfə yaşamaq mümkün deyil, amma elələri var ki, onlar heç bir dəfə belə yaşaya bilmirlər.
F. Ryukkert.

11. Həyatdan heç zaman küsməyin, axı onun fərqli olacağını sizə heç kəs vəd etməmişdi.
E. Sevrus.

12. Həyatın böyük bir qismi səhvlərdən ibarətdir, yerdə qalanı isə bu səhvləri düzəltmə cəhdindən.
E. Sevrus.

13. Həyatın sonu kədərli, ortası işə yaramayan əvvəli isə gülməlidir.
F. Volter.

14. Həyat qısa, görüləcək işlər isə çoxdur. Həyatı da ləziz edən məhz budur.
Stendal. 


Davamı →

1 addım irəli, 2 addım geri

XXI əsrdə yaşayırıq amma bu sözü belə yanlış anlayanlar var.XXI əsr,müasirlik insandan əxlaqsızlıq tələb etmir.Müasirlik qocalara hörmət etməmək,Avropadakı kimi istədiyini etmək,narkomaniyaya qurşanmaq,içki,zina deyil.Bəzi insanlar azadlıq deyəndə rahat gəzim,valideynlər qarışmasın,istədiyimi edim düşüncəsi gəlir ağlına.Azadlıq bu demək deyil.Azadlıq insan düşüncələrinə verilən azadlıqdır.XXI əsr deyib istədiyimiz kimi açıq-saçıq geyinmək də demək deyil.

Müasirlik elmdə, texnologiyada,təhsildə ümumiyyətlə götürdükdə dünyamızda baş verən yeniliklərdən xəbər tutmaqdır.Bəziləri elə geyinirlər ki, səbəbini soruşanda insan verdiyi sualdan utanır.çünki aldığın cavab «bu ilin dəbi budur» cavabı olur.Düşüncə tərzi o qədər dar olan insanları görəndə bəzən də özünə bu qədər geniş dünyada yer tapa bilmirsən.
Ardı →