Sərxoş insanlar niyə fərqli davranırlar?

İçki şəxsiyyəti dəyişmir, sən demə, əslində olanı ortaya qoyurmuş. Britaniya mətbuatında bu haqda maraqlı bir fakt dərc olunub. “The Telegraph”ın yazdığına görə, alimlər araşdırıb ki, alkoqol sərxoş olanların şəxsiyyətini əsaslı şəkildə dəyişmir. Bir çox adamlar qeyri-adi hərəkətlərinin içkiyə görə baş verdiyini söyləsələr də, yeni elmi-tədqiqat işi sərxoşluq və ayıqlıq zamanı xarakterdə radikal dəyişikliyin baş vermədiyini qeydə alıb. Yeganə fərq bundadır ki, sərxoş adamlar daha ekstravert — yəni çılğınlıq və coşqunluq vəziyyətində olurlar. Yazıda həmçinin qeyd edilir ki, sərxoşluq əslində adamların şəxsiyyətinin “ucadan ifadə olunmuş” versiyasıdır. Beləliklə də insan sərxoş olarkən başqa adama çevrilməsinə dair inam əsassızdır.

Bunun səbəbi

Davamı →

Patoloji sərxoşluq

Alkoqolizm, sırf  tibbi mənada etil spirtinə (alkoqola) aludəçiliklə şərtlənən ən geniş yayılmış toksikomaniyadır. İctimai mənada isə alkoqolizm bir sıra davranış, əmək fəaliyyəti və digər pozuntularla müşayiət edilən, bəzi cinayət əməllərinin törənməsinə şərait yaradan spirtli içkilərdən sui istifadədir. Alkoqolizmin əhali arasında yayılması haqqında dəqiq məlumat əldə etmək bir sıra çətinliklərlə əlaqədardır.
Çünki spirtli içkiləri müntəzəm qəbul edənlərin, hətta ondan sui istifadə edənlərin əksəri tibb müəssisələrinə müraciət etmirlər. Alko-qolizmin yayılması barədə təxmini məlumat ölkədə-respublikada, şəhərdə, adam başına satılan və ya istehsal olunan spirtli içkilərin miqdarına, tibbi müəssisələrinə müraciət edənlərin sayına görə müəyyən edilir.


Davamı →

İçki düşkünü yazarlar

İçkiyə alüdə olan bir çox məşhurlardan yazmaq olar. Amma bu dəfə sizə yazıçılardan danışacağıq. Sizə içki aludəçisi olan 8 dünya şöhrətli yazıçıları təqdim edirik:

Bukovski 8. Truman Kapot ― o, yazarlığa və içkiyə çox erkən yaşlarından başlamışdır. Ən sevdiyi içki martini idi. İçkidən asılılığını tərgitmək üçün xəstəxanada müalicə alsa da, xeyri olmayıb.

 7. Dilan Tomas ― sevdiyi içkilər arasında viski ön planda idi. Tomas 39 yaşında 18 stəkan viskidən sonra həyatını itirmişdir.

 6. Skot Fitscerald ― XX əsrin ən böyük Amerikan yazıçılarındandır. Məktəb yaşından içkiyə qurşanan yazıçı 44 yaşında həyatını itirdi. Ən sevdiyi içki tünd alkoqol içki sayılan “cin riki”  idi.  

 5. Çarlz Bukovski ― alkol koması ilə dəfələrlə xəstəxanaya düşən şair bu vərdişini tərgidə bilmədi. Atası tərəfindən tez-tez döyülən yazıçı 13 yaşında içməyə başlayıb. Ən çox sevdiyi içkilər: pivə, vodka, viski…


Ardı →