Üzgüçülük

Üzgüçülük, beynəlxalq standartlarda ölçüsü olan (50 metr, 8 cığır) hovuzlarda bədənin kulac və ayaq hərəkətlərindən başqa bir kömək almadan, hər yarışçının öz cığırında, sərbəst, arxa üstə, kəpənək və qurbağa stillərinin hər birində və ya dördü birdən qarışıq olaraq, 50, 100, 200, 400, 800, 1500 metrlərdə fərdi və ya qrup olaraq etdikləri yarışmaya deyilir.


Ardı →

OxAtan = >

darts oyunuBaşlığı görən kimi elə bildiniz ki, bürclərdən yazmışam..,??? )))) Bax burda
yanılırsınız.İndi isə yaxın əyləşin və əgər həvəsiniz varsa mənim məlumatımı sonuna qədər oxuyun.birdən lazım olar.
Sözün düzü bu mövzu haqqında yazmaq heç fikrimdən keçməmişdi.Sadəcə olaraq son vaxtlar «darts» sözüylə yaman tez-tez rastlaşırdım.Maraqlandım ki, bu söz nə ifadə edir.Əslində bir idman növü olduğunu bilirdim.Amma konkret hansı idman növüdür?? bax onu bilmirdim. Və bir az araşdırma aparandan sonra sizə bu idman növü haqqında məlumatları çatdırmağı qərara aldım.Yəqin ki, çoxunuz bu haqda bilirsiniz.Amma bilməyənlər də az deyil.Mən öyrəndim.İndi də yazım ki,qoy bilməyənlər də bilsin.Beləliklə…
Ardı →

Fiziki hərəkətlər və sağlamlıq

Bizim bədənimizdə 600 müxtəlif əzələ vardır və əzələ liflərini təşkil edən ən əsas hissə isə zülaldır. Əzələ kütləsi yalnız yıgılma və boşalma zamanı saxlanıla və arta bilər, sakit vəziyyətdə isə əzələlər atrofiyalaşır. İnsan yaşlaşdıqca əzələ və piy toxmasının nisbəti potoloji olaraq, hətta qamətli insanlarda belə piy toxumasının artmasına yönəlir. Herontoloqlar əzələ kutləsinin itirilməsini qocalıq əlaməti hesab edirlər, lakin hal-hazırda gənclərin 30%-ə qədərinin əzələ kütləsinin çatışmamazlığı faktdır. Əzələlər təbiyətin unikal təzahürüdür: onlara ehtiyac olmadıqda onlar dərhal atrofiyalaşır. Lakin ən maraqlısı odur ki, onlar fiziki yük və qida alan kimi bərpa olmaq qabiliyyətinə malikdirlər.
Ardı →

İncə məxluq, yoxsa «Haydı,vur!»

Dövr, zaman fırlandıqca həyat özünün «diktəsinə» çatır və məqsədinə nail olur. Bəşər tarixinin ilkinindən başlasaq istədiyimiz sayda idman oyunlarına rast gələrik. Bu oyunlar əsrlərin tələbində və yönümündə daha da cilalanmış, təkmilləşmişdir. Və bu günümüzə gəlib çatmışdır. İndi biz XX əsrin nəsli hətta dünyanın idman meydanlarında azarkeşlərini öz ətrafına toplayan neçə-neçə yarışın şahidiyik. Bunlar arasında təbii rəqabət davam eləyir. Lakin bəşər zövqünün «finalına» vəsiqə alan idman növləri bir o qədər də çox deyil: Futbol, basketbol, voleybol, xokkey, güləşmə, boks… Bu oyun növləri həqiqi pərəstişkarlarını qazanmışlar və o maraqdan doğmuşdur ki, əvvəllər kişilər tərəfindən oynalınan bu oyunlar vaxt ötdükcə o qədər kütləviləşmişdir ki, incə xilqətli və zərif vücudlu qızlarımız da kişi oyundaşlarıyla rəqabətə qoşulmuşlar. Və qələbə qazanmışlar. Əlbəttə, futboldan, güləşdən savayı! Görünür, futbolun meydana gəlmə tarixindən üzübəri qızlar da bu oyuna əhəmiyyət verməmişlər, ya da ürəklərindən keçsə də cəsarət göstərməmişlər. Yaşıl meydançanı Göyçay narına bənzədib ikiyə bölsək, onun qıpqırmızı nar dənələriylə — azarkeşlərlə əhatə olunduğuna yalnız heyrətlənərik. Belə azarkeş məhəbbətindən hansı idmançı özünü məhrum eləmək arzusundan yan keçər?! Azarkeş məhəbbəti, alqışı hər bir idmançının qürurudur, emosiyaların təntənəsidir, nəhayət vətəndaşlıq inadıdır. Belə müqəddəs hissləri yaşayan kişi, ömürlərini əbədi bağladıqları məxluqlara yalnız tamaşa etmək arzulamışlar.
Bir qadının söhbətindən: «Mən idmançı olmağı arzulamışam. Məktəbli illərində idmanla münasibətim yaxşıydı. Amma etiraf eləyim ki, arzulamışdım gələcək ərim idmançı, xüsusilə futbolçu olsun. Sonralar idmançı kişilərin taleyinə biganəliyin şahidi olanda bu arzumdan yan keçdim. Futbola, güləşə, samboya, karateyə, boksa qızlarımızın qoşulduğunu görəndə pis qarşıladım. Qızı, qadını tale ayrı biçimdə, görkəmdə yaradıb. Bu zərifliyi, kövrəkliyi, konkret desək, futbola, özü də qadın ayaqlarını zərbə gücünə qurban vermək. Nəsə, pis peşədir.


Ardı →