Exnaton dövrü incəsənəti

Exnaton dövrü mədəniyyəti

Ehtimala görə, IV Amenxotep hakimiyyətinin altıncı ili (təxminən e.ə. 1360-cı il) yeni ibadət mərkəzi yaratdı. O, Amon məbədi güclü olan paytaxtı Fiv şəhərini tərk etməli oldu. Misirin orta hissəsində (indiki əl-Amarna) Nilin sağ sahilində yeni paytaxt saldırdı. Adını yeni ibadətin  şərəfinə Axetaton, yəni «Günəş üfüqü» qoydu. Belə təsəvvür yaradılmışdı ki, Axetaton, ən qədim dövrlərdən guya günəşin məskəni olmuşdur. Şəhər  ətrafı əhalisi, torpağı, suyu, çölü və dağları ilə birlikdə Günəşin mülkü elan edildi. Eyni zamanda, firon Amenxotep (yəni «Amon

məmnundur») adını dəyişdirib Exnaton («Günəşə sərfəli») qoydu. Digər şəxsi adlarda Amon Aton ilə əvəz edildi. Exnatonun ailə üzvləri, onu  əhatə edən  əyanlar buna uyğun olaraq adlarını dəyişdirməli oldular. Digər yerli allahlara ibadət sıxışdırıldı. Exnatonun dini islahatı  təkallahlığa doğru atılmış ilk addım idi. Exnaton ömrünün son ilini Axetatonda yaşadı.


Ardı →

Fotoqrafiya incə sənətdir

İnformasiya aləminin bugünkü qaynar çağında məlumatı daha dolğun çatdıran, insanlara emosional təsir edən və bununla yanaşı yaradıcılıq nümunəsi kimi diqqət çəkən, estetik zövq formalaşdıran sənətlərdən biri də fotoqrafiyadır. Bədii, sənədli, elmi, texniki, peyzaj və s. janrları ilə yanaşı, foto məişətə də daxil olaraq sevimli məşğuliyyətlərdən birinə çevrilib.
Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) heç də asanlıqla kəşf edilməyib. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırıb. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. XIII əsrdə eynəyin ixtirası, optik cihazların icadı foto-obyektivin yaranmasına təkan verdi, lakin fotoaparatın yaranması, yəni əşyanın kağıza köçürülməsi kimya elminin inkişafını zəruri edirdi. Kimya elmində bu imkan XVIII əsrdə meydana çıxdı.


Ardı →

İncəsənət, ölüm və sevgi

Bir rəssam olur. Bu rəssamın gözünün qabağında ən yaxın dostunu öldürürlər. Rəssam dostunun ölümüylə barışa bilmir. Ağlayaraq bir əsər çəkməyə başlayır. Əsəri dostuna həsr eliyir. Istiyir ki, bu əsəri hamı görsün. Əsəri sərgiyə çıxarır. Varlı bir şəxs əsərə sahib olmaq istəyir. Rəssama küllü miqdarda pul təklif eliyir. Ama ressam onunla razı olmur. Əsəri dostuma həsr eləmişəm. Bu əsərin qiyməti yoxdu deyir. Sərgi bitir. Rəssam sevgilisinə zəng edir. Öyrənirki sevgilisi sərgiyə gələrkən, onu maşın vurub. Tez xəstəxanaya gedir. Həkimdən soruşurki, qızın səhhəti necədir? Həkim deyir… Bu qızı ancaq bir nəfər əməliyyat edib sağalda bilər. Yaşlı professor.


Ardı →

Azadlığı göstərən kino

  • Kino
Kino və diktatura mövzusunu araşdırarkən maraqlı bir ziddiyyət üzə çıxdı. Diktatura bəzi ölkələrdə kinonun bir sənət növü kimi az qala məhvinə rəvac versə də, bəzi ölkələrdə, əksinə, totalitar rejim kinonun inkişafına səbəb olub. Əsasən Afrika, Asiya, Kuba da daxil olmaqla Latın Amerikası və Mərkəzi Amerikanın bir sıra ölkələrində siyasi senzura kinonun inkişafı yolunda ciddi əngəldir.
Amma bu tendensiyanın əks qütbündə faşist diktaturası zamanı kino sənətində inqilab etmiş italyan neorealizmi, sərt dini rejimin qılıncı altında bütün dünya kinematoqrafiyası üçün hadisə sayılası filmlər ortaya çıxaran, dahilər yetişdirən İran kinosu dayanır.
Diktatura ilə kino sənətinin ilk toqquşduğu dövr isə İkinci Dünya müharibəsinə təsadüf edir.
Ardı →

Kinoda insan

  • Kino

Yaponlar belə hesab edirlər ki, yaxşı və ya pis adam məfhumu yoxdur. Müxtəlif situasiyalar var və bu situasiyalara fərqli adamların adekvat reaksiyaları mövcuddur. Bu, doğrudan da, belədir. Heç kim öz imkanlarının, bacarığının sərhəddini, hara qədər gedə biləcəyini, hansı şəraitdə konkret situasiyaya necə reaksiya göstərəcəyini qabaqcadan bilə bilməz. İvan Qroznının, Adolf Hitlerin, İosif Stalinin taleyi buna ən yaxşı misaldır. Hitler rəssam olmaq istəyirdi, ancaq aydın olanda ki, təsviri sənət üçün istedadı yoxdur, o, siyasətə girişdi və nəticədə II Dünya müharibəsi başladı, qaz kameraları kəşf edildi.
Digər tərəfdən, qəhrəmanlıq və antiqəhrəmanlıq da hər dəqiqə hamıya nəsib olacaq qismət deyil. Çünki biz insanlar əksər hallarda çox sabit, monoton həyat sürürük. Heç kimə pislik etmədən yaşamaq hələ bizim yaxşı adam olmağımıza dəlalət eləmir. Həmçinin, zənnimcə, pis adamlar daha maraqlıdır. Uzağa getməyək, elə gündəlik həyatımızın, məişətimizin ayrılmaz hissəsinə çevrilmiş seriallara fikir verək: mənfi qəhrəmanlar həm fantaziya, həm mübarizlik, hətta ideyalarına, məqsədlərinə sadiqlik baxımından daha zəngindirlər. Yeganə işi göz yaşı tökməkdən ibarət olan müsbət qəhrəmanlardan fərqli olaraq, onlar daima məqsədlərinə çatmağın cürbəcür üsullarını saf-çürük etməkdədirlər. Müharibədə və sevgidə isə bütün vasitələr yaxşıdır.


Ardı →

“Art House”- müəllif filmi

  • Kino
Adətən, belə filmlər bütünlüklə rejissorun zəhməti hesabına ərsəyə gəlib özündə müəllifin ideya və arzularını əks etdirdiyindən tamaşaçı tərəfindən o qədər də asanlıqla həzm olunmur. Bəzən tamaşaçı tərəfindən səhv anlaşılan, qəliz məzmunla xarakterizə edilən bu filmlərin ideyası, kinoya gətirdiyi yeniliklər əslində təqdirəlayiq haldır. Müəllif filmlərinin Azərbaycan kinosunda azlığını nəzərə alıb bunun səbəblərini araşdırmaq məqsədi ilə bir neçə mütəxəssisə müraciət etdik. Suallarımız isə belə oldu:
1. Müəllif filmlərinin çəkilməməsinə səbəb nədir və bunun üçün hansı şərait yaradılmalıdır?
2. Azərbaycan kinosu və tamaşaçısı belə filmlərə nə dərəcədə hazırdır?
3. Dünya kino bazarında müəllif filmlərinin yeri.
Ardı →

Kino tarixi

  • Kino

Bu kino ki var, çox qəliz məsələdir...
Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki yeniliklərdən daha çox bəşəriyyətin diqqətini çəkdi. Buna qədər kinoya yaxınlaşan müxtəlif komponentlər (fonoqraf, fotoqraf, kinetoskop — Tomas Alva Edison, Dikson tərəfindən) kəşf edilsə də, onların cəmindən yaranan sinematoqraf Oqüst və Lümyer qardaşlarının adı ilə bağlıdır. Sinematoqraf bütün dünyanı təəccübləndirdi.

1895-ci il martın 22-də Lui Lümyer “Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin çıxması” kadrını tamaşaçılara göstərdi. Bu kiçik kadr tamaşaçıları maraqlandırdığından həmin ilin yayında Lümyer 10-dan artıq qısa süjetlər çəkdi. Dekabrın 28-də isə kinonun nadir və maraqlı tapıntı olduğunu tamaşaçılarına sübut etmək məqsədilə qardaşı Oqüstlə birlikdə Parisin Kapusinov bulvarında ictimai baxış təşkil etdi. Bu kino seansı tamaşaçıların bəşər tarixində gördüyü təəccüblü və sensasiyalı bir baxış idi. Həmin gün dünya kinosunun yaranması kimi tarixə düşdü. Beləliklə, kino XIX əsr imperialist epoxasında, kapitalist cəmiyyətində yaranan burjua mühitinin yeni bir əyləncə vasitəsi kimi qəbul edildi.


Ardı →

Gürcüstan incəsənəti (XIX-XX əsrlər)

1801-ci ildə Gürcüstanla Rusiya arasında müqavilə bağlanması, və Şərqi Gürcüstanında Rusiyaya ilhaq olunması Gürcülərin umumilikdə rus mədəniyyət ilə tanışlıqlara gətirib çıxarmışdır.Bir çox rus memarlığına aid incəsənətə aid elementlər gürcüstan sənətkarları tərəfindən mənimsənilmişdir.
XIX əsrin əvvələrindən başlayaraq Gürcüstan incəsənətində və memarlığında klassik rus memarlıq uslubları hiss edilməyə başlamışdır.Memarıq baxımlnda fərqlənən Tiflis şəhəri idi.XIX əsri I yarasında gürcu rəngkarlığında Qərbi Avaropa rus rəngarlığın təsiri özünü göstərirdi.Bu dövrdə gürcüstanda görkəmli rəssamlar, heykəltəraşlar fəaliyyət göstərirdi.Milli mövzulara müraciət etməklə realistcəsinə fəaliyyət göstərən rəssamların işləri göz oxşayırdı.
Ardı →

Azərbaycan İncəsənət Tarixi

Dini səciyyəsi olduğu güman ehtimal edilən qədim daş tikililər və ya meqalitlər (yunan dilindən tərcümədə meqas — iri və lithos — daş deməkdir) — tarixəqədərki abidələrdir. Onlar təbii və ya bir qədər yonulmuş iri daş qayalardan ibarətdir. Meqalitlət dolmenlərə, mengirlərə və kromlexlərə bölünür. Dünyanın müxtəlif yerlərində, xüsusən də Qafqazda, Qara dəniz sahillərində, Qərbi Avropada və Şimali Afrikada meqalitlərə təsadüf olunur. Son zamanlar Bohem adalarının 40 kilometrliyində, Atlantik okeanın dərinliyində meqalit tikililərin tapılması onlara marağı yenidən artırıb.


Ardı →

Qrafika ustası

Xalq rəssamı Cəmil Müfidzadənin 75 yaşı tamam olur...

Hər bir rəssamın özünün sevimli, qəlbinə hakim kəsilən mövzusu, bədii həllini axtardığı məsələlər vardır ki, o, bunları həyat müşahidəsinə və təcrübəsinə əsaslanaraq həyata keçirir. Doğma yurdun uzaq-yaxın keçmişi, maddi-mədəniyyət abidələri, sərvəti və təbiəti xalq rəssamı Cəmil Müfidzadə üçün belə mövzulardan olub. Yarım əsrdən çoxdur ki, Azərbaycan mövzusu onun qrafik lövhələrinin leytmotivinə çevrilib.
Ardı →