Uşaqların əlilliyi olan insanlar barədə maarifləndirilməsi

Əvvəla onu qeyd edim ki, bu bir neçə mərhələli prosesdir.

1. Öncə uşaqlara fərqliliklərdən danışın. İnsanların bir-birindən fərqli olmasını nümunələrlə izah edin. Məsələn: sarı və ya qara saç, uzun və ya qısa boy, dolu və ya arıq, əsmər və ya ağbəniz, zarafatçıl və ya ciddi. Sonra bacarıqların da fərqli ola biləcəyindən. Biri rəsm çəkməyi sevirsə, digəri rəqs etməyi sevir. Biri yemək bişirməyi çox yaxşı bacarırsa digəri gözəl yazılar yazmağı və s.


Davamı →

Yaşayan ölülər

yaşayan olulərƏtrafınızdakı insanları müşahidə edirsinizmi? Kim nə işlə məşğuldur, nələr edir, nələr düşünür və s. Bəlkə bir çoxunuz düşünər ki, başqaları məni niyə maraqlandırsın ki. Amma təfəkkür etmək üçün ətrafımızdakı insanlar çox gözəl mövzudur. Bir ticarət mərkəzinə gedəndə sağınızda, solunuzda gəzən, fərqli söhbətlər edən, fərqli düşüncələri və ya hərəkətləri olan insanlara yəqin ki, diqqət edirsiniz.

Ümumiyyətlə diqqət etməmək mümkün deyil. İstər-istəməz gözünüz sataşır, baxırsınız. Bəziləri çox nəzəri cəlb edən, gözəl geyimlərdə. Bəziləri çox sevincli, şən söhbətə başı qarışıb. Bəziləri tələsir, harasa nəyisə çatdırmağa çalışır. Bəziləri telefonla danışır, ətrafında nələr baş verir, heç görmür də. Baxan kimi də heç tanımadağınız bu insanlar haqqında ağlınızda çox sürətli fikirlər yaranır. Bir anlıq baxışla, əxlaqı, şəxsiyyəti, yaşadığı həyat tərzi haqqında beyninizdə dərhal şəkil çəkirsiniz.

Bəzən bir əyləncə mərkəzindəki insanlar, böyük izdiham halında, sevinc içində, yüksək səslə danışaraq, hər biri diqqət çəkən, bahalı maşınlarına minib ordan uzaqlaşırlar.


Ardı →

Ömür bitmiş fikir deyil | Səhər Əhməd

Necə xoşbəxt görünür hər kəs öz tələsində.Son damla goz yaşı da kirpiklərin ucundan ozunu atar mənfi sonsuzluga...

Öldürmək də ölmək qədər asanmış, yaşatmaq da yaşamaq kimi çətin.

Gerçəkliklə romantika arasından sərhədlər götürülsə  aydın olar ki, əsl gerçək – ən dərində hiss etdiyindi, ən asan yaşadığın yox.

… Heç bir ömür bitmiş fikir deyil, onsuz da, çünki heç bir fikir bitmir, əslində.

Bu dünyada ölümlər belə təkrardı, ölümlərin belə surəti çıxarılmış.

Bizə zamanı tanıtmadılar, əbədiyyət barədə nağıllar yanlış.

Piyadalar ən yaxşı halda vəzirə çevrilər,  şaha yox.

Gecikmiş məğlubiyyət qocalıqdakı ölüm kimidir, adamı elə də incitmir.

Bir ovuc Vətən torpağı satılır, bir udum qürbət havasına…


Ardı →

Bəzi insanlar, bəzən insanlar....

İnsanlar çox qəribədir. Əslində hər şeyi qarşılıqlı düşünsək, həyat çox mənasız və maraqsız olar. Qarşılıqlı dedikdə, sevgi və dəyəri nəzərdə tuturam. Bəzən çox dəyər verdiyiniz insandan zərbə görə bilərsiniz və ya çox itirməkdən qorxduğunuz insan əslində sizin üçün sadəcə dəyərli ola bilər. İnsanların başa düşmələri müxtəlifdir. Həyata baxışları daha da müxtəlif… Bir şeyi yaşamadan, bilmədən, kədərini duymadan onun nə olduğunu bilə bilmərik. Anam həmişə düşmənlərimdən deyil, dostlarımdan qorxmağımı deyərdi və yanılmır. Bəzən dua edirəmki, Allahım sən məni dostlarımdan qoru, mən özüm özümü düşmənlərimdən xilas edə bilərəm. Nəisə, verdiyiniz dəyər qarşılıqlı olmayada bilər. Məsələn dünən, çox ama çox istədiyim, çox dəyər verdiyim insanın hərəkətinə görə ondan incidim. O qədər əsəbi idim ki, ona bir daha «nə sən məni narahat elə, nə də mən səni narahat edəcəyəm» — dedim. Mən fikirləşirdim ki, əsəbi olduğuma görə fikrimdən döndərməyə çalışar və oturub müzakirə edər. Amma mənə "Özün bil!" cavabını verəndə həqiqətən pis oldum. Çünki, ətrafımda mənimlə dost olmağı istəyən bu qədər insan var ikən mən kimə dəyər vermişəm...
Hərənin özünə görə müəyyən doğrusu və yanlışı var. Mən məsləhət verməyi ona görə də sevmirəm, nə də mübahisə və müzakirə eləməyi… Çünki debat bitəndən sonra başa düşürsənki, həqiqətən bu qədər danışıq sadəcə vaxt itkisidir… Tərifləməyi sevmirəm. Kimisə nümunə göstərmək məncə mənasızdır. Çünki insanlar fərqlidir...
Davamı →

Seçim

Gərək əvvəl özünü seçməyi bacarasan. Özünü seçə bilməyən insan Allahını da, dinini də, ailəsini də, partiyasını da seçə bilməz. Doğrudan da Ağalar Məmmədov düz deyir. Bu barədə Az-da problem böyükdür. Məsələn bizdə bir çox insanlar ancaq kütlə arxasınca qaçır! Əgər Əlikrama camaat çoox qulaq asırsa gərək məndə qulaq asam. Kimsə kütlədən fərqli bir adam çıxsa ki: mən başqa müğənni xoşluyuram o saat onu qınayacaqlar! 14 yaşım olanda mən Roka qulaq asmağa başlamışdım. Sinifdə yalnız 1-4 uşaq bu janrı özü üçün kəşf etmişdi. Hamı bizə dəli kimi baxırdı. Niyə? Çünkü biz kütlədən fərqli idik. Az-da kütlədən fərqli olmaq  pis şey sayılır. Kütlədə desələr ki, filankəs dahidir hə sən  də razılaşmalısan. Fərdi insan fikri bizim cəmiyyyətdə tapdalanır. Əsas bizdə «Kütlə» fikri hakimdir. Yəni biz şəxsiyyət olaraq özümüz-özümüzü seçə bilimirik! Ya da bilirik amma seçmək istəmirik. İnsan heç vaxt öz fikrini deməkdən çəkinməməlidir. Zövqümüzü düşdüyümüz mühitdəkinə uyğunlaşdırmaq məcbur deyilik. Bəlkə ola bilsin ki, bu Şərq adamın xüsusiyyətidir deyə beləyik. Şərqli insan seçim etmir! Şərqli insan daima nəyisə yamsılayır! Bizlər  mentalitetə çoox sadiq millətik! Ancaq bununda yeri yooxdur! Əgər o qaydalar(mentalitet) bizim firrimizi, istədiyimiz şeylə məşğul olmağı məhv edirsə, onda Az-da kefiyyətli şəxslər daima az olacaq! Məncə biz insanlar bundan qorxmamalıyıq. Ay nə bilim bunu etsəm filankəs nə deyəcək, camaatın içində biabır olacam! Həmin insanlara sual vermək istəyirəm siz kimin üçün yaşayırsız? Əksəriyyəti savadsız olan cəmiyyət üçün? Yoxsa özünüz üçün?


mənbə: http://fikir18.posterous.com/ (bu mənim bloqumdur)


Davamı →

Relevant mətn

Allah ağıl versin
Çoxdandır boğazımda düyünlənib qalan sözləri nə qədər ki, hıçqırığa çevrilməyib yazmaq qərarına gəldim.
Xahiş edirəm, «niyə demədin, səsini bəs niyə çatdırmadın?» və.s suallar verməyin.
Demədim, çünki dinləməyi bacarmırsınız. Bəli. Bir çox şeyi bacarırmış kimi göstərib bacarmadığınız kimi.
Odur ki, yazmağı daha üstün tutdum. Bəlkə, hansısa axtarış saytında «lüt şəkillər» yazıb axtaranda bu yazı qarşınıza çıxar.
Həmişə özümü inandırardım ki, insanlar mərhəmətlidir, qayğıkeşdir, sevgi doludur. "İnandırmaq" felinin daha çox «yalan yeritmək» metodu olduğunu anlayanda özümü aldatdığımı dərk etmişdim. Bəli. Biz hamımız aldadırıq. Hamımız kələk gəlirik. Ancaq, nə yazıq ki, özümüzə.
Ardı →