Zamanı qabaqlayan ixtiraçı: Nikola Tesla

Teslaİndiki zaman onların ola bilər, amma uğrunda çalışdığım gələcək mənimdir”.
                                                                    Nikola Tesla

Serb əsilli Amerika alimi Nikola Tesla elektrik və elektromaqnetizmə olan anadangəlmə istedadı ilə həm yaşadığı dövrdəki elmə, həm də gündəlik həyatımıza damğasını vurub. Teslanın bir çox icad və inkişaf etdirdiyi prinsiplər indi də istifadə edilməkdədir. 

1856-cı il iyulun 10-da Avstriya İmperiyasının Smiljan qəsəbəsində dünyaya gələn Teslanın təhsil həyatı təbəddülatlı keçib. Keşiş olan və oğlunun da keşiş olmağını istəyən atasının əksinə gedərək Avstriya İmperiyasındakı müxtəlif şəhərlərdə məktəbə gedib, müxtəlif universitetlərdə dərs alıb, işlərdə çalışıb. Bu illərdə əldə etdiyi texniki biliklər və iş təcrübəsi gələcəkdə karyerasına və ən əsası, xəyallarına yön verəcəkdi.
Davamı →

Dizel mühərrikinin yaradıcısı

Rudolf Diesel (18 mart 1858 – 29 sentyabr 1913) alman mühəndis və onun öz adı ilə adlandırılmış daxili yanma mühərrikinin yaradıcısıdır (1897-ci il).

O daha sonradan Fransaya köçmüş alman ailəsində dünyaya gəlib. 1870-ci ildə başlayan Fransa-Prussiya müharibəsi səbəbindən bütün ailə İngiltərəyə köçür. Buradan isə Rudolf valideynləri tərəfindən təhsilini başa çatdırmaq üçün Almaniyaya göndərilir.

O ilk olaraq Auqsburq, sonra isə Münhenin Ali Texniki məktəbində təhsil alır və buranı fərqlənmə ilə bitirir. Məşhur mühəndis olan Karl fon Linde-nin himayəsi Rudolf üçün böyük uğur idi və o gələcəyin məşhur mühəndisini 1880-ci ildə öz şirkətinin Parisdəki bölməsinə işə düzəldir.
Davamı →

Franz Leppich — macərapərəst yaxud dahi?

1811-ci ildə alman mexanik Franz Leppich fransız imperatoru Napoleonun qəbuluna düşməyə nail olur. Burada o Napoleona mərmiləri havaya qaldıraraq oradan düşmən üzərinə atmaq imkanı verən dirijablın yaradılması ideyasını təklif edir. Lakin mexanikin ideyası fransız imperatorunun marağına səbəb olmur və “səma fatehi” rədd cavabı alır. Lakin alman dahi öz planından imtina etmək niyyətində deyildi. Bu səbəbdən də ideyasını Ştutqartdakı rus səfirinə təklif edir. O da öz növbəsində dərhal olaraq I Aleksandra məktub göndərir. Bu dəfə Leppichin bəxti gətirir və tezliklə Rusiyaya getməsi üçün dəvət əldə edir.

1812-ci ilin may ayının sonlarında Leppich Moskvaya gəlib çatır. Onun buraya gəlişi gizli saxlanılırdı və hətta sənədlərdə ona Şmidt soyadı verilmişdi. Ona burada rahat işləməsi üçün emalatxana yaradılır və xüsusi mühafizə ilə təmin edilir. Qeyd edək ki, onun bu ideyasının həyata keçirilməsi üçün 150 işçi zəhmət çəkirdi.

Davamı →

Kassa apparatlarının yaranma tarixi

Hazırda istənilən müəssisə kassa-nəzarət apparatlarından istifadə edir. Lakin çox az sahibkar ilk kassa apparatının məhz bir tacir tərəfindən yaradıldığını bilir. Bu tacir isə öz növbəsində yaratdığı ixtira ilə satıcılarından ondan pul oğurlamasına son qoymuş və öz biznesini gəlirli etmişdi.

Tacirlər uzun əsrlər boyu öz gəlirlərini dəqiqliyi ilə təyin edə bilmirdilər. Müəssisə sahibi heç bir halda öz satıcılarını dürüst olmağa məcbur edə bilmirdi. Bu isə satıcılar tərəfindən gəlirin mənimsənilməsinə gətirib çıxarırdı.

Davamı →

Lui Reno

Luinin məktəb illərində böyük uğurlar qazandığını söyləmək olmaz, belə ki, onun gündəliyində “qeyri-kafi” qiymətlərinə heç də az-az təsadüf olunmurdu. Amma texniki sahədə o, çoxsaylı bacarıqlarını nümayiş etdirə bilirdi. Adətən Luini texniki işlərlə məşğul olmağa… tənbəllik vadar edirdi. Məsələn, o, kerosin lampasını yandırmaq üçün yatağından qalxmağa ərinirdi. Bina görə də qalvanik batareya düzəltmişdi. İndi yatağından qalxmadan ipi dartmaq kifayət idi ki, plastinlər turşu məhluluna daxil olsun və 4 şamlı lampa otağı işıqlandırmağa başlasın.
15 yaşında ikən Lui bir həftə dərsə getmədiyinə görə direktor onu bərk danladı, amma bu onu məyus etmədi. O, həmin müddəti Ruana yollanaraq tanışı olan ocaqçının köşkündə lokomotiv düzəltməyə sərf etmişdi. Bu, Luinin ocaqçılıq elmini mənimsəməsinə və buxar maşının iş prinsipini dərk etməsinə kifayət etdi.
Davamı →

Nikolaus Avqust Otto

İnsanların avtomobildən istifadə etdiyi yüz il ərzində praktiki olaraq hər şey dəyişib: dizayn dəyişikliklərə məruz qalıb, avtomobil istehsalçılarının bir qismi fəaliyyətinə son qoyub, digər bir qismi fəaliyyətə başlayıb, avtomobil dəbi də dəyişikliklərdən kənarda qalmayıb. Demək olar ki, hər şey dəyişib… Amma… yox. Hər halda dəyişməyən bir şey var. 1876-cı ildən bəri bütün bu dövr ərzində mühərriklərin taktları dəyişməz olaraq qalır. Bu, avtomobil ustalığını öz praktiki təcrübəsi əsasında öyrənmiş ixtiraçı Ottonun sayəsində mümkün olub.
Nikolaus Avqust Otto 10 iyun 1832-ci ildə Taunus çayının sahilində yerləşən kiçik Holtshauzen kəndində anadan olub. Bir neçə ildən sonra o, atasını itirib və ailəni dolandırmaq üçün təhsilini buraxaraq işləməyə məcbur olub.
Davamı →

Henri Ford

Dünyada ilk avtomobilin yaradıcısı Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-da, Miçiqan ştatında anadan olmuşdur. Atası Uilyam Ford İrlandiyalı emiqrantlardan idi. Henri Ford ilk təhsilini adi kənd məktəbində almışdır. Henri Fordun atası fermer idi. Lakin küçik Henrinin fermer işinə həvəsi yox idi. O daha çox texnika ilə maraqlanırdı. Atası Henrini öz davamçısı kimi görürdü. Henri Ford özünün «mənim həyatım və nəaliyyətlərim» kitabında xatırlayır: «Mən fermer işi ilə maraqlanmırdım, atam isə mənim texnikaya olan həvəsimi görsə də, bu fikirləri yaxın buraxmaq istəmirdi. 17 yaşımda məktəbi qurtarıb Draydok adlı qəsəbədə mexaniki emalatxanada usta yanında şagird kimi işə başladım».
Davamı →