"Edip kompleksi" nədir?

Psixoanalizin banisi hesab olunan Ziqmunt Freydin irəli sürdüyü fikirlərdən biri də uşağın qarşı cinsdən olan valideyninə cinsi istək duymasıdır. O bunu «Edip kompleksi» adlandırıb. Bu anlayış yunan miflərindən olan, Sofoklın «Edip tragediyası»ndan götürülüb. Mifə görə Debai şəhərinin kralı Laiosun övladı olmurmuş, narahat olan kral dərdini Apollona danışır. Apollon da ona, övladın olarsa, gələcəkdə səni öldürüb, anası ilə evlənəcəyini bildirir. Bunu eşidən Laios fikrindən imtina etməyə başlayır, lakin bir oğlu dünyaya gəlir. Gələcəkdə öldürülməsindən qorxan kral oğlunun öldürülməsini istəyir, ancaq Kraliça Lakosta buna imkan vermir və öldürmək əvəzinə uzaqlarda bir yerdə, tək başına buraxılmasını təklif edir. Onlar uşağı kimsəsiz bir yerdə ayağından ağaca asılmış vəziyyətdə ölümə məhkum halda buraxırlar. Lakin yoldan keçən başqa bir şəhərin çobanları uşağı görüb xilas edirlər və kralın yanına gətirirlər. Bu şəhərin kralının da övladı olmadığından bu uşağı böyütməyə qərar verirlər. Ayağı ağacdan asılı qaldığı üçün şişən uşağa "şiş" mənasını verən Edip adını verirlər.
Edip böyüdükdən sonra bunların onun həqiqi valideynləri olmadığını öyrənir və həqiqəti öyrənmək üçün Debai şəhərinə geri dönməyə qərar verir. Həqiqi valideynlərinin kim olduğunu öyrənmək üçün Apollonun yanına gedir. Apollon ona bütün əhvalatı danışır, atasını öldürmək istəməyən Edip uzaq bir şəhərə getmək üçün yola çıxır. Yolda baş verən bir qarşıdurmada bilmədən öz atası Laisosu öldürür. Edip doğulduğu şəhərə yola düşür və soruşduğu suallara cavab verməyənləri öldürən birinə «Sfinksə» rast gəlir. Sfinksin verdiyi suala cavab verən Edip, şəhərin kralı elan olunur. Şəhərin kralı öldüyü üçün onun dul arvadı ilə evlənir və 4 övladları olur.
Tanrılar bu hadisəyə münasibətlərini bildirmək üçün şəhərdə quraqlıq, aclıq yaranmasına şərait yaradırlar. Bu fəlakətin səbəbini öyrənmək istəyən Edip bir bilici yanına gedib bütün gerçəyi — atasını öldürdüyünü və anasıyla evləndiyini öyrənir. Bunu bilən kraliça Lokasto özünü öldürür, Edip isə özünü kor edir. Bunu eşidən şəhər camaatı isə Edipi alçaldıb şəhərdən qovurlar. Freyd nevrozların yaranma səbəbini araşdırarkən uşaqlarda baş verən cinsi xarakterli sarsıdıcı hadisələrin önəmli olduğununun fərqinə varmışdı. Kliniki və psixoanaltik tədqiqatlar sayəsində (uşaqlarda bəzi cinsi xəyalları və valideynlərə olan münasibət) normal insanların da buna bənzər hadisələr yaşadığı nəticəsinə gəlmişdir. Yəni hər bir insan uşaqlıqda bu dövrü keçir. Edip kompleksinə daha yaxından nəzər salmaq üçün Freydin inkişaf nəzəriyyəsinə baxarsaq; nəzəriyyənin psixikaya əsaslandığını, psixikanın inkişaf nöqtəsinin də libidonun keçdiyi müxtəlif mərhələlər olduğunu görərik. Bu mərhələlər libido investisiya formaları və obyektləri baxımından fərqlidir. Məsələn, oral dövrdə həssas bölgə ağız, anal dövrdə isə anusdur. Anal dövrdə libido inkişaf etməyə başlayır və bu dövr «fallik» dövr adlanır. Fallik dövrünün əsas xüsusiyyəti libidonun ağırlaşmasıdır.


Davamı →

Ailə qurmağa mane olan səbəblər

Ətrafda olan bütün yaşıdlarınız, sizdən kiçiklər, karyera, cazibə, bacarıq baxımından sizdən heç də öndə olmayanlar ailə həyatı qurub, sevdikləri ilə xoşbəxt ömür sürürlər?Bəs siz niyə tənhasınız? Çünki, beyninizdə aşağıdakı fikirlər hökm sürür.
«Valideynlərim kimi ailə həyatı qurmaq istəmirəm»
Deməli, hələ də öz uşaqlığınızın təsiri altındasınız. Evdə olan söz-söhbətlər sizi bezdirdiyi üçün evlilik təklifini rədd edirsiniz. Elə bilirsiniz ki, sizin də ailəniz öz valideynlərinizinki kimi olacaq. Digər tərəfdən isə azadlığınızı itirəcəyinizdən qorxursunuz. Əgər düzgün həmdəm seçsəniz, bütün bunlar baş verməz. 
Davamı →

Səhnə qorxusu

Toplum qarşısında danışmaqdan,özünü təqdim etməkdən və ya mahnı oxumaq, nümayiş etmək kimi müxtəlif performansları sərgiləməkdən qorxu yaşayan kəslər, «performans qayğısı» dediyimiz qorxuya sahibdirlər. Səhnə qorxusu adıyla da bilinən bu anlayışı idmançılar, musiqiçilər, aktyorlar da sıxlıqla yaşayırlar. Səhnə qorxusu adamın etdiyi işdən aldığı zövqü azaltmaqla qalmaz eyni zamanda onun karyerasına da mənfi istiqamətdə təsir edə bilər. Ayrıca adamda öz-kafilik və özünə inam ilə əlaqədar problemlərə də yol aça bilər.

Hansı işlə məşğul olursunuz olun, izdiham qarşısında bir performans sərgiləmək məcburedici bir təcrübədir. Səhnə qorxusu, dərhal hər peşə sahəsindəki adamda görülə bilər. Səhnəyə ilk çıxma təcrübələrində görülə biləcəyi kimi, uzun illərdir birlik qarşısında böyük bir rahatla performans sərgiləyən insanlarda da görülə bilər. Oyunçular, siyasətçilər, musiqiçilər, dərman mütəxəssisləri…
Davamı →

Aşağılıq və Üstünlük kompleksi

Aşağılıq kompleksi – insanın özünü digərlərindən yetərsiz olduğunu düşünməsi hissidir. Belə adamların çevrəsi ilə arası çox da yaxşı olmur. Onlar daim özlərini isbatlamağa, təsdiq etməyə çalışırlar. Ünsiyyətə girməkdə çətinlik çəkirlər, çox zaman özlərinə qapalı olurlar. Ailədə həddindən artıq sevgi görən uşaqlarda isə özünü digərlərindən üstün tutma hissi – üstünlük kompleksi yaranır.

Üstünlük kompleksi – özünün digərlərindən daha özəl, daha əlçatmaz, daha fərqli olduğunu aşırı dərəcədə düşünməsi hissidir. Bu tip insanlar özlərini cəmiyyətdən şüurlu şəkildə təcrid edir, tək olmağa meyilli olurlar. Çox insanlarla ünsiyyətə girmirlər. Çünki həmin insanları özlərinə uyğun bilmirlər. Digərlərindən üstün olduğunu həddindən artıq düşünmə hissi getdikcə eqoistliyə çevrilir, tənhalığa gətirib çıxarır və bəzəndə insanların depressiyaya düşməsinə səbəb olur. Bu kompleks bəzən ətrafdakıların həmin insanın müsbət xüsusiyyətlərini daim göz önünə gətirməsi, tərifləməsi nəticəsində də yarana bilər.
Davamı →

Komplekslərin kompleks analizi

Kompleks- mənfi emosiyalarla, yarımçıq xatirələrlə və dumanlı meyllərlə əks olunan bir qrup davranışlar sistemidir ki, qeyri-ixtiyari insan şəxsiyyətinin daxili strukturunu formalaşdırır. Xarici struktur ilə daxili struktur heç də hər zaman bir-birinə uyğun olmur.

Bizim alt şüurumuzda qorxu, cəza, günah hissi kimi hallar formalaşır. Onların formalaşması zamanı aldığımız yanlış təəssüratlar, psixoloji travmalar bu hallarla sonradan qarşılaşdığımız zaman bizdə kompleksli davranış reaksiyaları yaradır. Həmin reaksiyalar cəmiyyət tərəfindən birmənalı qarşılanmadıqda bizdə mənfi hisslər yaranır. Cəmiyyətdə bu cür insanları “komleksləri var” adı ilə xarakterizə edirlər. Erkən yuaşda formalaşan bu komplekslər xarakteri, şəxsiyyətlərarası münasibətləri, emosional və iradi sferanı müəyyən edir. Bu cür psixoloji elementlər isə narahatedici və ya xəstəliyə çevriləcək simptomlara çevrilir.
Ardı →

İş yerində utancaqlıq və komplekslərinizdən necə xilas olmalı

Utancaqlıq, özünə inamı baltalar və insanlarla əlaqənin iflasa uğramasına səbəb olur. Çox yaradıcı fikirləriniz olsa belə dilə gətirə bilmədiyinizdən iş yoldaşlarınızdan geri qala bilərsiniz.

Özünə inam çox əhəmiyyətlidir.
Utancaqlıq, özünüzə güvəninizin aşağı olduğunu göstərir. Səhv etməkdən qorxduğunuz üçün  irəliyə doğru addım atmırsınız. Niyə? Ətrafınızdakı insanlar səhv etmir mi?  Yenə də səhv etmək, fikir bəyan etməməkdən çox vaxt daha yaxşıdır. Özünüzə güvənin və fikrinizi rahatlıqla söyləyin. Ancaq fikirlərinizi bəyan etməklə önə gedə bilərsiz.


Ardı →

Əl çəkin, kompleksim var!

“Mənim bu məsələdə komplekslərim var...” Yəqin ki, tez-tez yaxın ətrafınızın və ya elə öz dilinizdən bu ifadələri eşitmək mümkündür. Hansısa işdə, məsələdə mövqesizlik və ya cəsarətsizlik, hətta deyərdim, aqressivlik “kompleks”lərin “boynuna qoyulur”. Baxmayaraq ki, çox vaxt bu sözün mənası, onun altındakı yük barədə çoxlarımız məlumatsızıq.

Xarici görünüşümüzmü ürəyimizi açmır, yoxsa insanları anlamaqda çətinlikmi çəkirik? Bəlkə onlara həddən artıq güvənib, kürəyimizi dayayırıq? Əmin ola bilərsiniz ki, bütün bu tərəddüdlərin kökündə hansısa kompleksin qırıntıları dayanır. Odur ki, başlayaq elə ilk sualdan: nədir bu məlum və naməlum komplekslər?

İnsan çox vaxt öz kompleksini dərk etmir
Öncə tibbi ədəbiyyatlar köməyimizə gəlir. Məlum olur ki, psixoloji komplekslər — insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqda səhv təsəvvürləri, onların şişirdilməsidir ki, bu da dərin və adətən kənar şəxslərdən gizlədilən narahatçılıqla müşayiət olunur. İnsanda olan komplekslərin əksəriyyəti adətən özü tərəfindən dərk olunmur. Komplekslər şüuraltı səviyyədə inkişaf edir və saxlanılır. Onların dərk olunması adətən çox xoşagəlməz hisslər yaşadır və bunun nəticəsində “senzura” bu məlumatın şüura ötürülməsinə mane olur. 


Ardı →