Yapon qızın insanlığa ümid mirası buraxan hekayəsi

Sadako SasakiII. Dünya Müharibəsini sona çatdırmaq məqsədiylə, Amerika Birləşmiş Ştatları tərəfindən Xirosimaya atom bombası atılanda, Sadako Sasaki bu şəhərdə yaşayırdı. Milyonlarla uşaq kimi o da bu faciəyə şahid oldu. Dağıdıcı təsirlərini dərindən hiss etdi. Sadako'nun mübarizə dolu hekayəsi, onu sülhün və nüvə silahsızlaşmasının rəmzinə çevirdi. Haqqında filmlər çəkildi, kitablar yazıldı.

Kiçik yapon qızın insanlığa ümid mirası buraxan hekayəsi;
Sadako Sasaki 1943-1945 illəri arasında Yaponiyanın Xirosima şəhərində yaşamış kiçik bir Yapon qız idi. Sasakinin 12 illik ömrü, ümid və yaşama bağlılığa dair dərin izlər buraxıb.
Davamı →

Sadako və kağızdan min durna quşu

Yaponiyaya atom bombası atıldığında 2 yaşında olan bir qız, 12 yaşına gəldiyində məruz qaldığı radiasiya səbəbiylə xərçəngə tutulmuş və xəstəxanaya yatırdılmışdı. Amma vəziyyəti ümidsiz idi. Xəstəxanadakı bütün həkimlər, kiçik qızın ölümü üçün gün sayarkən, kiçik Yapon qızı həyat doluymuş. koridorlarda qaçır, oynayır və digər xəstələrə kömək edirmiş. Xəstələrin arasında ən sevdiyi adam isə 80 yaşında, özü kimi xərçəng olan yaşlı bir qadın idi.
Ardı →

İnsanlıq dərsi...

Vyetnamda bir Amerikan generalı «təmizlik» hərəkatı zamanı alması lazım olan bir kəndi daş daş üstündə qalmayana qədər bombalatdırır.
Xüsusi birliklər kəndi mühasirəyə alar və tək-tək evləri axtarıb «təmiz» hesabatını verib, «alındı» siyahısına bir yenisini əlavə edib elə kənddən ayrılarkən, arxalarından tək bir əl atəş edilər.
Yenə inanılmaz bir bombardman başlar. Göbələk kimi yüksələn alov topları, maşınlıların sinir pozucu səsi və arxasından qorxunc bir ölüm səssizliyi…
Ardı →

Azərbaycan müharibə illərində

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı «Qafqazın idarə olunması planı»na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.
Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin «Böyük Türküstan» dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin «Edelveys» adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri «Vilvet» planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi.
Davamı →