Reflüks-ezofagitli xəstələrin qidalanması.

· Yatmazdan 2 saat öncə qida qəbulunu dayandırın.
· Yeməkdən sonra 2 saat müddətinə uzanmayın.
· Gündə 3-4 dəfə kiçik porsiyalarla qidalanın və gündə 3 dəfə Teastomin çayı için.
· Alkoqolun qəbulunu dayandırın.
· Qida borusunun divarına qıcıqlandırıcı təsir göstərən acı, qaynar və çox soyuq qidaları yeməyin.
· Mədədaxili təzyiqi artıran qazlaşlaşdırılmış içkiləri qəbul etməyin.
· Mədənin hərəki aktivliyini azaldan yağlı qidalardan uzaq durun.
· Kofe, şokolad, yaşıl soğan və sarımsaq, tomat və sitrusların qəbulunu dayandırın.
Davamı →

Qəbizlik

Bir çox insanlar və əfsuslar olsun ki, hətta bəzi həkimlər hesab edirlər ki, əgər insanda gündəlik nəciz ifrazı olmazsa, bu, qəbizliyin göstəricisidir. Həqiqətdə isə bü heç də belə deyil. 
Orqanizmdən «zibilin» xaric edilməsi hər bir insan üçün fərdi olan bir xüsusiyyətdir. Elə insanlar vardır ki, onlarda defekasiya (nəcis ifrazı) həftə ərzində 3 dəfə, digərlərində isə gün ərzində 2 dəfə olmaqla baş verir. Bu halda, belə insanlar mütləq şəkildə sağlamdırlar və özlərində heç bir diskomfort (narahatlıq) da hiss etmirlər!
Ardı →

Spru xəstəliyi

Spru xəstəliyi bağırsaqlarda qida maddələrinin həzm olunmasının və sorulmasının pozulmasına gətirib çıxaran xəstəlikdir. Bu xəstəliyi olan insanlar buğda, arpa, çovdar və yulafda rast gəlinən qluten zülalına qarşı həssaslıq göstərir. Qluten tərkibli qidalarla qidalandıqda nazik bağırsaqdakı immunoloji reaksiyalar nəticəsində iltihab ocaqları yaranır. Əmələ gələn bu zədələnmiş ocaqda qida maddələrinin həzmi və sorulması pozulur, ishal və zamanla orqanizmdə bəzi maddələrin çatışmazlığı meydana çıxır.


Bu xəstəlik zamanı nazik bağırsağın selikli qişasının funksiyası qida qluteni ilə kontaktdan sonra dəyişilir. Seliakiyaya adətən uşaqlarda rast gəlinir. Spru buğda proteini qlutenin qliadin fraksiyasının tərkibində olan turş peptidlərin bağırsağın selikli qişasına təsirindən yaranır. Əgər spru xəstəliyi böyük insanlarda rast gəlinərsə, onda idiopatik steatoreya da adlana bilər.


Ardı →