Azərbaycanın ən qədim məscidi | Şamaxı cümə məscidi

Respublikamızın ərazisindəki ən qədim məscid Şamaxı Cümə məscididir. 743-cü ildə inşa edilib. Cənubi Qafqazda, Yaxın Şərqdə 734-cü ildə tikilən Dərbənd Cümə məscidindən sonra ən qədim dini ocaqdır.
Şamaxı Cümə məscidi memarlıq üslubu baxımından orijinallığı ilə də seçilir. İnşa olunduğu vaxtdan buraya müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqət göstərilib, qorunub saxlanılıb.


Davamı →

Allahın evləri

«Cin və insanları Mənə ibadət etmələri üçün yaratdım» buyuran Rəbbimiz, həmin məxluqların ibadətləri üçün hər şey yaradıb. Belə ki, göndərdiyi peyğəmbərlər Onun təyin etdiyi müəllimləri; nazil etdiyi səmavi kitablar yazdığı dərsliklər; yaratdığı kainat auditoriyası; xəlq etdiyi insanlar isə onun «necə ibadət etməli» fənnini öyrənən qullarıdır.

İnsanı xəlq etməzdən əvvəl onun yaşayacağı məkanı — Yer kürəsini yaradan Rəbb, həm də o planeti bəşər üçün bir ibadətxana edib ki, insan özünü Allahın Yerdəki xəlifəsi kimi dərk edib, Onu tanısın. Bu planetin ən qüdsü, hərəkətli, əminamanlı, özünü dərk və Rəbbi tanıma yeri isə Allahın evləri sayılan məscidlərdir. Zira Rəbbimiz buyurub: «Yer üzündə Mənim evlərim məscidlərdir. Məni ziyarət edənlər həmin məscidləri inşa və təmir edərək, orada ibadət edənlərdir».
Davamı →

Dünyanın gözəl məscidləri

İranlı tələbə Məhəmməd Gənci dünyanın müxtəlif ölkələrindəki məscidlərin interyerləri və tavanlarının fotolarını çəkir.
Şəkillərdə Yaxın Şərq memarlığına xas eleqant tağları və spiral şəkilli sütunları aydın görmək mümkündür.
Məscidlərin daxili divarlarındakı bənzərsiz naxışlar, eləcə də parlaq vitrajlar və həndəsi mozaika isə heç kəsi laqeyd qoymur.
Bir çox məscidlərdə foto çəkmək qadağan olunduğu üçün bu layihə qeyri-adi interyerləri incələmək baxımından unikaldır.


Ardı →

Dünya ölkələrindəki ən gözəl məscidlər

Məscid — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisidir. Məscid namaz qılınan məkanı ifadə edir.  Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur.Hər bir Allah evi Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur. Mehrabdan sağda bir qədər yüksəkdə minbər qurulur, oradan vaiz dindarlara xütbə oxuyur, yaxud müraciət edir. Bəzi ölkələrdə məscid yanında mədrəsə də fəaliyyət göstərir.


Ardı →