Büdcə


Büdcə prosesində aşağıdakı dövlət qurumları iştirak edir:


  • Nazirlər Kabineti

  • Maliyyə Nazirliyi

  • Statistika Komitəsi

  • Milli Məclis

  • Vergilər Nazirliyi

  • İqtisadi İnkişaf Nazirliyi

  • Gömrük Komitəsi

  • Bələdiyyələr

  • Hesablama Palatası və s.

Ardı →

Büdcə proqnozlaşdırılması

BÜDCƏ PROQNOZLAŞDIRILMASININ HÜQUQİ İQTİSADİ ƏSASI VƏ VƏZİFƏLƏRİ


İstənilən dövlətdə büdcə prosesləri büdcə qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasında büdcə qanunvericiliyi dedikdə Azərbaycan Respublikasının Konstitusiyası, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunu, “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq qəbul edilən dövlət büdcəsi haqqında qanunlar və digər normativ-hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərdə tutulur.


Ardı →

Büdcə prosesi

BÜDCƏ PROSESİ VƏ ONUN MƏRHƏLƏLƏRİNİN XARAKTERİSTİKASİ
İlk növbədə büdcə prosesləri ilə büdcə ili anlayışlarına bir qədər aydınlıq gətirmək lazımdır. Çünki bu terminlər çox tez-tez eyni bir mənaya malik müddəalar kimi qəbul edilir. Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” qanunun 1.1.3 maddəsinə görə büdcə ili yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövrdür.
Ardı →

Dövlət və bələdiyyə maliyyəsinin əsasları

Dövlət maliyyəsi (public finance) – dövlətin vergiqoyma, borclanma və xərc siyasətini analiz edən iqtisadiyyatın bir sahəsidir. Dövlət maliyyəsi dövlətin yaşamasının və onun fəaliyyət göstərməsinin maddi cəhətdən təmin edilməsinə xidmət göstərən dövlət pul vasitələri fondlarının yaranması, bölgüsü və istifadə edilməsində cəmiyyətin iqtisadi münasibətləri məcmusu. Dövlət maliyyəsi iqtisadi münasibətlərin məcmusudur. Bunun əsasında pul resursları fondu yaradılır və geniş təkrar istehsal prosesi üçün istifadə olunur. “Dövlət maliyyəsi – dövlətin öz funksiyalarını gerçəkləşdirməsi üçün zəruri olan fondların yaranması və istifadəsi üzrə pul münasibətləri sistemidir.”


Ardı →

1.1.1.Maliyyə sistemi: anlayışı və elementləri

«Maliyyə sistemi» anlayışı «maliyyə» anlayışının mən­ti­qi davamıdır. Maliyyə təmiz gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə və dövlət funksiyalarının, geniş­lən­­di­ril­miş tək­­rar istehsalın yerinə yetirilməsi üçün istifadə olunan mər­kəz­ləş­diril­miş və mərkəzdənqaçan fondların formalaşdırılması ilə bağlı pul münasibətlərini əks etdirir. Maliyyənin aşağıdakı əlamətləri var:


  • maliyyənin yaranmasının zəruri şərti əmtəə-pul müna­sibətlərinin mövcudluğudur;

  • maliyyənin amiranə xarakteri. Bu əlamət maliyyə­nin mahiyyəti ilə bağlı mübahisəli məsələlərə aid edilir və maliyyə münasibətlərinə mütləq xarakter verən dövlətin aktiv iştirakını əks etdirir;

  • bölüşdürücü proseslərin vasitəli ifadəsi.

Ardı →