Dünyanın ən sirrli 5 fotoşəkli - fotolar və video

Freddy Jacksonun Fotoşəkli – 1919

1919-cu ildə çəkilmiş bu fotoşəkil 1-ci Dünya Müharibəsi dövründə xidmət etmiş hava donanmasına aiddir. Diqqətli baxdıqda ən arxadakı pilotların arxasında sirli bir insan üzü olduğu görülməkdədir. Bu üzün sahibi bütün donanma tərəfindən həmin dəqiqə tanındı və maşinist Freddy Jackson olaraq təsdiqləndi. İşin qəribə tərəfi ondan ibarətdir ki, Freddy Jackson bu fotoşəkil çəkilməmişdən iki gün əvvəl təyyarənin pərvanəsinin bədəninə vurması nəticəsində həyatını itirmişdi. Torpağa verildikdən bir neçə saat sonra Freddy Jacksonun üzünün bu fotoşəkildə necə peyda olması isə indiyənə kimi açıqlanmamışdır.


Ardı →

Britaniyalı rəssamdan qeyri-adi art-layihə

Britaniyalı rəssam Kris Labroyun işlərindən ibarət seriyada pikaplar uzanır, düyünlənir və fırlanır.

Krisin işləri onun böyük obyektin müstəvidə mümkün davranışlarına olan baxışlarını əks etdirir. O, maşınları, təyyarələri və digər texnikanı memarlıqla birləşdirir və bütün bunları mürəkkəb heykəllərə çevirir.

Avtomobil tematikasına müəllif ilk dəfə deyil müraciət edir: bir il öncə Kris «Avtoaerobika» adlı rəqəmsal işlər seriyasını təqdim edib. Burada avtomobil sənayesi klassikası düyünlənirdi. İndi isə rəssam rəngli pikapları onların müxtəlif formalar aldığı, daha çox plastilinlə işi xatırladan müxtəlif situasiyalara salır.


Ardı →

Nağıllar şəhəri "Praqa"

  • Turizm

Praqa - Tarixi, təbiəti və romantizmi birləşdirməsi ilə məşhurluq qazanan bir şəhər. Bu şəhər özünün Stare Mesto, Nove Mesto, Karl körpüsü kimi tarixi məkanları, bexerovka içkisi, əsrarəngiz iqlimi ilə məşhurdur.

 Köhnə şəhər (Stare Mesto) - Çex dilində mesto şəhər deməkdir. Köhnə Şəhər Praqanın düz mərkəzində yerləşən qədim və heyrətamiz arxitektura ilə zəngin olan iri meydandan ibarətdir. Köhnə şəhərdəki unikal abidələr və binalar Çexiya tarixinin şahidləridir. Qədim sənədlər Köhnə şəhərdə hələ orta əsrlərdən məskunlaşmanın olduğu bildirir. Köhnə şəhər Praqaqrad ilə Vışeqrad qəsrləri arasında yaranıb. Əvvəlcə bir neçə taxta ev və kilsə inşa edilib. Burada nəinki çexlər, almanlar, avstriyalılar, hətta yəhudilər də yaşayıb.Yeri gəlmişkən Köhnə şəhərin mərkəzində qədim yəhudi qəbiristanlığı və sinaqoq var. Əhalinin alman hissəsi Porjiç qəsəbəsində yaşayır. Sonradan bütün qəsəbələr birləşdirilib və həmin məkana Praqaqrad adı verildi. Şəhərin təzə hissəsi tikiləndə Praqaqrada-Köhnə şəhərə çex dili ilə desək Stare Mesto adı verilir. Stare Mesto meydanına ilk dəfə daxil olan adam özünü nağıladakı kimi hiss edir.Meydanın əzəməti ətrafdakı binaların və kilsələrin gözəlliyi, möhtəşəmliyi insanı valeh edir. 


Ardı →

Türk qəhvəsi

 kofeTürk qəhvəsi yalnız Türklər tərəfindən hazırlanan, özünəxas bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyilincə ağla ilk gələnlər köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə telve deyirlər), cezve (qəhvədan) və fincandır.

Tarixinə nəzər salsaq görərik ki, Türk Qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan İstanbula gətirilmiş və zamanla Osmanlılardan Avropaya keçmişdir. Avropada qəhvə uzun müddət Türk Qəhvəsi olaraq təqdim edilmişdir. Türk mədəniyyətinə xas güğüm(səhəng) və qəhvədanlarda bişirildiyi üçün Türk qəhvəsi olaraq xatırlanmağa başlanmışdır. O dövrdə açılan qəhvəxanalar sayəsində Türk xalqı qəhvə ilə tanış olmuşdur. Qəhvəxanalar söhbət edilən, oyun oynanan ictimai yerlərdir və Türk mədəniyyətində əhəmiyyətli bir yer tutmaqdadırlar.

Hazırlanması da olduqca maraqlıdı. Türk qəhvəsi istəyə görə sadə, az şəkərli, orta şəkərli və çox şəkərli olaraq təqdim edilə bilər. Qəhvəni bişirmədən öncə təqdim olunacaq fincan qədər su götürülür və həmin su qəhvədana tökülür. Bu çox qısa bir müddətdə olur və dərhal bu qarışıq qarışdırılır. Məsələn, bir adama orta şəkərli qəhvə bişirmək üçün, bir fincan soyuq su, iki dolu çay qaşığı qəhvə və iki çay qaşığı şəkər qəhvədana qoyulur. Qəhvədan az atəşli ocağa alınır və suyun üstündəki qəhvənin tamamilə çökməsi gözlənilir. Yaxşıca qarışdırılan qəhvə az atəşdə ağır-ağır bişirilir. Qısa bir müddətdə qəhvənin üzərində köpük meydana gəlməyə başlayır. Bu köpük və qəhvənin bir qismi soyuq olmayan fincana boşaldılır. Daha sonra qəhvədandakı qəhvə təkrar köpürənə qədər ocaqda tutulur və sonra qalan qisim də fincana boşaldılır.


Ardı →

Saç tökülməsinin qarşısı almağın yolları

1. Qan dövranını sürətləndirmək və saç köklərini canlandırmaq üçün zeytun yağı və ya hindistan qozu yağı ilə saç dərinizi masaj edin. Saçlarınızı duruladıqdan sonra ilıq su ilə masaj etmək saç dökülməsinin qarşısını almaq və saçlarınızın uzanması üçün olduqca faydalıdır.

2. Saç dökülməsinin müalicəsində istifadə olunan əsas üsullardan biri də alma püresi ilə hindistan qozunun yağından hazırlanmış qarışıqdır. Bu qarışıq saçların uzanması, quru və qaşınan saç dərisinin müalicəsi üçün istifadə edilir. Qarışımı saçınıza vurduqdan sonra başınızı bağlayın və sabaha qədər gözləyin. Səhər yüngül bir şapun ilə saçlarınızı yuyun və soyuq su ilə durulayın. Bu işi hər həftə təkrarlayın və nəticəni öz gözlərinizlə görəcəksiniz.

3. Gücsüz və tez-tez qırılan saçların müalicəsində ən çox sardinya bitkisinin yarpaqlarından istifadə edilir. Sardinya bitkisinin yarpaqlarını 15-30 dəqiqə qaynar suyun altında ağarana qədər saxlayın. Sardinya yarpağının suyunu süzün və bu su ilə həftədə ən azı iki dəfə saçlarınızı şampun ilə yuduqdan sonra durulayın.


Ardı →