Marketinq planının nümunəsi

Kiçik ixtisaslaşdırılmış mebel sexi

Bu misal, əlbəttə ki, ideal numunə deyil, sadəcə kiçik xüsusi şirkətlər üçün onların öz marketinq fəaliyyətini planlaşdırmağına köməklik göstərə bilən vasitədir.
Ağac üzrə həkkakın kiçik, lakin daimi biznesi var. Onun gözəl əl işi olan mebel istehsal edən sexi var. O, sənətkardır və yüksək keyfiyyətli mebel yaradıcısı və istehsalçısı olmaq isləyir.Öz təcrübəsinə əsaslanaraq, həkkak müəssisə qarşısında aşağıdaki marketinq məqsədlərini qoyur: O, öz məhsulunu Bakı şəhərində ofislərini yenidən tikən və təmir edən uğurlu fəaliyyət göstərən şirkətlərə və yaxşı zövqə malik olan dövlətli adamlara satmaq niyyətindədir. Gələn il ərzində o, Bakıda yüksək reputasiya qazanmaq, həmin alıcılardan cari istehsal səviyyəsinə bərabər olan, yəni ayda təqribən 1-2 dəst mebelə sifarişlər almağına ümüd edir. Gələcək beş il ərzindəisə istehsal gücünü iki dəfə artırmaq və biznesi Azərbaycanın digər şəhərlərinə genişləndirmək niyyətindədir.


Ardı →

Marketinqə nə qədər pul ayırmalı?

Malın tanıdılması üçün nə qədər vəsait sərf etmək lazım olduğunu dəqiq heç kim bilmir. Hamı üçün vahid bir düsturun çıxarılmasını mümkünsüz edən müxtəlif metodikalar, sahə xüsusiyyətləri və bir çox digər amillər mövcuddur. Pepsi, Coca-Cola, Puma, Adidas və digər bu kimi transmilli korporasiyaların brendləri ictimai miqyasda tanınsa da, onlar marketinqə milyardlarla dollar pul xərcləyir. Beləliklə, bu məqsədlərə nə qədər vəsait ayırmaq lazımdır?


İlk növbədə, qeyd edək ki, marketinq büdcəsi – şirkətin öz malını və ya xidmətini daha yaxşı tanıtmaq məqsədi ilə sərf etməyə hazır olduğu pul məbləğidir. Bu büdcədə reklamın da, təbii ki, öz yeri var, amma reklamdan əlavə, pul vəsaitlərinin qoyuluşu tələb olunan digər sahələrin də mövcud olduğunu başa düşmək lazımdır: buraya bazar tədqiqatı, məqsədli auditoriyanın axtarılması, rəqabətli təkliflərin öyrənilməsi və s. aiddir.


Ardı →

6.4 Resursların qiymətləndirilməsi

Korporativ səriştəlilik nölərinin başa düşülməsi və resurslara əsaslanmış firmaya baxış kontekstində təşkilatın güclü və zəif tərəflərini qiy­mətləndirməyə imkan verən daha spesifik struktur sxeminə keçə bilərik. Bizim məqsədimiz nəzəriyədən praktik metodlara keçməkdir.
Təşkilata xas üstünlüklər və çatışmazlıqlar nöqteyi-nəzərindən onun imkanlarının qiymətləndirilməsi bazarda istifadə edilə bilən resurs­ların dəqiq yoxlanılmasından başlanır. Belə qiymətləndirmə resursların sadə siyahısı çərçivəsindən kənara çıxmalıdır  — ancaq o resurslar seçil­məlidir ki, onlar strateji planda təşkilatı onun rəqiblərindən fərqləndirə bilsin.


Ardı →