Qara magiya və ondan qorunmağın yolları

Qara magiya müxtəlif simvollardan, formulalardan müxtəlif əşyalardan istifadə etməklə başqasına ziyan vurmaqdır. Ağ magiya isə qara magiyanın təsirlərini zərərsizləşdirmək, açmaq üçün işlədilir.

Necə olur ki, qara magiya təsir göstərə bilir?
Qeyd etməliyəm ki, hər bir maddi varlıq müəyyən enerjinin daşıyıcısıdır. Bunlar insanın sağlamlığına uyğun olan və ya yad enerji də ola bilər. Qara magiyada istifadə olunan ünsürlər, əşyalar, o cümlədən qəbirsanlıq torpağı, ölü sümüyü, qıfıl, iynə, paslı mismar, nal və sair əşyalar güclü neqatif enerji yaratmaq üçün alətə çevrilə bilir. Ölü sümüyü ölünün enerjisini, neqativ enerjini daşıyır.
Davamı →

Evdə meditasiya

Həyatınızda güclü təsirə sahib olan meditasiya həyatınızın bir parçasına çevirmək əslində çox asandır. Hətta, sadəcə 10 dəqiqədir. Bəli sadəcə 10 dəqiqə! Səhərlər İnstagramda keçirdiyiniz zamandan da qısadır.

10 dəqiqəlik meditasiya əslində yuxu sisteminizi nizama salır, stressi azaldır. Günə 10 dəqiqəlik meditasiya ilə başlamaq isə sizi yenilənmiş hiss etdirəcək.

Meditasiya ortamı yaratmaq da əslində çox sadədir. Evinizin bir küncünü meditasiya ortamına çevirmək istəyirsinizsə xəbərin davamını oxuyun.
Davamı →

Şərqin bəşəri mədəniyyət sistemi

Qədim Şərq mədəniyyətinin ən böyük sirlərindən biri meditasiyadır. Şərqlilər uzun əsrlər bunu ilahi bir hal saydıqlarından onunla bağlı sirləri başqalarına verməkdən çəkiniblər. “Meditasiya” latınca “düşüncəyə dalma” mənasını verir. Ruh və bədənlə birbaşa bağlı olan meditasiyanın əsas məqsədi insanı əsl mahiyyətinə çatdırmaqla kamil bir duruma gətirməkdən ibarətdir.

Qədim Şərq dünyabaxışı insana ruh və bədənin birliyi kimi baxır, ancaq bütün hallarda ruhu birinci sayırdı. Deməli, gerçək təkmilləşmənin əsasında əslində mənəvi, idraki, ruhi təkmilləşmə durur. Bunları bir-birindən ayırmaq olmaz. Əgər insan öz sənətinin incəliklərinə yiyələnmək istəyirsə, hökmən ruhunu aşkarlamalı, onu eşitməlidir. Şərq meditasiya sistemi öyrədir ki, insanın gücü, onun fiziki təkmilləşməsindən az asılıdır, o, əsas ruhsal hala bağlıdır.
Davamı →