Menstrual ağrılardan necə qurtulmaq olar?

Ağrılı menstruasiya nədir?
Menstrual qanaxma, bədənin əsas cinsi hormonlarından biri olan progesteronun səviyyəsinin azalması ilə yanaşı, reproduktiv sistemdə progesteronun təsirinin zəifləməsi səbəbindən uterusun daxili divarının toxumalarının rədd edilməsidir. qadın fiziologiyasının bir hissəsi olan menstrual dövrü. Bəzi insanlarda bu proses menstrual qanaxmadan bir neçə gün əvvəl və ya qarın altındakı ağrı şikayətləri ilə qanaxma dövründə baş verə bilər. Bu hal ağrılı menstruasiya və ya dismenoreya adlanır. Aybaşı qanaxmalarının müəyyən dövrlərində dismenoreya təkrarlanan şəkildə meydana gəldiyi üçün xəstələrin gündəlik həyat keyfiyyətinə ciddi təsir edir.
Davamı →

Menstruasiya sancılarına faydalı 10 məsləhət

Xüsusi günlərdə özümüzü çox yorğun və həssas hiss edirik. Ağrılar və sancılar mensturasiya dövründə daha da enerjimizi aşağı salır və onsuz da həssas olan bədənimizi və duyğularımızı daha da tarıma çəkir. Bunun üçün də faydalı ola biləcək şeyləri sizin üçün araşdırdıq. Ağrı və sancılardan qurtulmaq istəyirsinizsə, aşağıdakıları tətbiq edə bilərsiniz.

1. İsti su torbası
İsti su torbasının sizə nə qədər faydalı olduğuna inana bilməyəcəksiniz. Torbanı qarnınızın üstünə qoyaraq qan axışını sürətləndirərək rahatlaşa bilər və ağrılarınızı yüngülləşdirə bilərsiniz. Alimlərin fikrinə görə bu metod ağrı kəsicilərlə eyni təsirə malikdir — 1 saata qədər.

2. Tünd şokolad yeyin
Mensturasiya dövründə ciddi miqdarda maqnezium itiririk. Bu səbəblə də 70%-i kakao olan bir qida itirdiyimiz mineralı geri qazanmağımıza kömək edər. Lakin kofein və digər şəkərli şokoladlardan uzaq durmalısınız!
Davamı →

Mensturasiya sancılarını yüngülləşdirən çaylar

  • Qadın
Mensturasiya sancıları bəziləri tərəfindən normal şiddətdə olan adi ağrı olsa da, bəziləri tərəfindən çox şiddətli və dözülməz ağrı kimi izah edilir. Bu period insandan insana görə dəyişkənlik göstərir. Bəs hansı bitkilər bu ağrıya yaxşı təsir edir? 

Zəncəfil çayı: aparılan araşdırmalara görə zəncəfilin ağrı kəsici xüsusiyyəti var. Digər araşdırmalar isə zəncəfil çayının mensturasiya ağrılarına yaxşı təsir göstərdiyini açıqlamışdır. Bu periodda zəncəfil çayını gündə maksimum 3 stəkan içməyiniz ürək bulantılarına və ağrıya təsir edir.

Çobanyastığı çayı: çobanyastığı çayının tərkibində antispazmik olduğu üçün o da zəncəfil çayı kimi ağrıların qarşısını alır. Gündəlik ən çox 3 stəkan çobanyastığı çayı içilə bilər.
Davamı →

Dismenoreya

Dismenoreya — ağrı və diskomfort ilə müşahidə olunan menstrual (aybaşı) funksiyaların pozulmasıdır.

60-75%-a qədər qadınlar menstruasiyadan əvvəl və menstruasiyalar zamanı xoşagəlməz hisslər keçirirlər. Ağrı ilə müşahidə olunan menstruasiyalar daha çox gənc qızlarda və doğuş keçirməmiş qadınlarda rast gəlinir. Doğuşdan sonra qadınlarda əsasən ümumi xarakterli təzahürlər müşahidə edilir. Adətən, bu vəziyyət nevroz və hormonal çatışmazlığı, çanaq orqanlarının qan ilə dolması (aktiv hiperemiyası) ilə bağlıdır.
Davamı →