Yay meyvələrindən salat

İçindəkilər:
  • 150 qr. çiyələk
  • 150 qr. ağ üzüm
  • 2 ədəd kivi
  • 1 ədəd banan
  • 1 ananas
  • 1 ədəd portağal
  • 1 x.q. bal

Hazırlanması:
1. Çiyələkləri yuyun, yaşıl hissəsini təmizləyin, 4 hissəyə bölün. Kivinin qabığını soyun, 4 hissəyə bölün.
Davamı →

Meyvə salatının faydaları

Hamıya məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu bildirirlər. Çünki meyvə salatına müxtəlif meyvələr əlavə edildiyi üçün orqanizmin vitamin və mineral çatışmazlığını ödəyir.

Bədənimiz gün ərzində bir çox vitamin və minerallara ehtiyac hiss edir. Əgər bir və ya iki meyvə növü ilə kifayətlənsək, bu vitamin çatışmazlığı ilə üzləşməyimizə səbəb olar.

Avropada insanlar meyvəni salat formasında yeməyi xoşlayırlar. Ancaq bizim ölkəmizdə demək olar ki, meyvə salatı sadəcə özəl günlərdə yeyilir.

Meyvə salatına əlavə edilən meyvələri də düzgün seçmək lazımdır. Elə etmək lazımdır ki, meyvə salatı müxtəlif vitamin qrupları ehtiva etsin. Xüsusilə də C, B, A vitaminləri ehtiva edilən meyvələr mütləq gün ərzində qəbul edilməlidir.

Meyvə salatlarına kivi, portağal, naringi, quru meyvələr, alma və armud əlavə etmək olar.

Sonda onu da qeyd edək ki, meyvə salatınını mövsum meyvələrindən hazırlamaq məsləhətlidir.
Davamı →

İmmuniteti gücləndirən meyvə salatı

İmmuniteti gücləndirmək üçün banan, portağal   qreyfrutu doğrayıb, qarışdırıb yemək lazımdır. Bu həm də bədəninC vitamini tələbini ödəyəcək.
C vitamini viruslarla rahat mübarizə aparır, iltihabı aradan qaldırır. Eyni zamanda, yarmalardan istifadə edilməlidir.
Tərəvəzlərdən isə gül kələm, bibər balqabaq tövsiyə edilir. Bibəri çiy formada qəbul etmək məsləhətdir.


Davamı →

Meyvə salatı

İçindəkilər:
meyvə salatı — İstədiyiniz mövsüm meyvələrindən seçin. Görüntüsü gözəl bir meyvə salatı üçün təqribən 4 növ meyvə istifadə edin. 
— Meyvələrin müxtəlif rənglərdə olması salatınızı daha iştahaçıcı edər. Məsələn; alma, armud və banan kimi hamısı eyni rəngdə olan meyvələri istifadə etsəniz salatınız tək bir rəng olacaq. Görünüşü daha da canlı etmək üçün müxtəlif rəngli meyvələrdən istifadə edin. Məsələn; çiyələk və kivi bir yerdə və yaxud qırmızı albalı və ərik və s. 

Hazırlanması:
— Seçdiyiniz meyvələri yuyun, qabıqlı meyvədirsə qabığını soyun və kub şəklində doğrayın. 
— Alma, heyva kimi qaralacaq meyvə çeşidlərini istifadə edəcəksinizsə, o zaman limon suyunu hazırlayın və seçtiyiniz meyvələri limon suyunun olduğu bir qabda saxlayın. 
Ardı →