Uşağa neçə yaşında telefon vermək düzgündür?
Mobil telefon mövzusunda valideynlər övladlarına yaxşı nümunə olmalıdırlar.
Türkiyəli psixoloq Öznur Simavın uşaqları mobil telefondan uzaq tutmaq üçün təkliflərini təqdim edirik
Sirr deyil ki, uşaqlarda texnologiyanın mənfi təsirləri fiziki və psixoloji baxımdan mütləq özünü göstərir. Onların mənfi təsirlərindən qorunmaq üçün əvvəlcə ana və ata bu mövzuda yaxşı nümunə olmalıdırlar. İşdən evə gəldikdən sonra mütəmadi olaraq telefon əlindən düşməyən, bütün günü uşağının onu gözləməsinə baxmayaraq gözlərini telefondan, barmaqlarını ekrandan çəkməyən valideynlər övladları üçün pis nümunədir: “Texnoloji vasitələr uşaq dayəsi deyil. Uşaqların valideynləri ilə birbaşa ünsiyyətə ehtiyacları var. Müasir uşaqlar məhz buna çox ehtiyac duyurlar. Ona görə də uşaqlarınızla keçirdiyiniz az vaxtı yaxşı dəyərləndirmək lazımdır”.
Davamı →