Nanənin faydaları

Nanə ən faydalı bitkilərdən biridir. Bu ətirli bitki hələ qədim zamanlardan təbabətdə istifadə olunur.

Hippokrat, İbn Sina, Avisenna kimi dahilər nanənin müalicəvi xüsusiyyətlərindən xəbərdar olub və yüksək qiymətləndiriblər.

Nanə günümüzün tibbindədə aktiv istifadə olunur. Nanə və nanə məhsulları müxtəlif dərmanların tərkibinə daxil edilir.

Davamı →

Nanə çayı

Nanə bitkisi təzə dərilmiş halda istehlak edildiyi kimi quru olaraq da istifadə edilə bilər. Təzə olaraq xüsusilə yeməklərin yanında, ya da yeməklərdə olduqca faydalıdır. Amma çox dözümlü deyil, bu səbəbdən də qısa müddət ərzində istehlak edilməsi lazımdır. Quru nanə isə təzə qurudulmuş yarpaqlarqlar xırdalanaraq əldə edilir.

Nanə çayının faydaları olduqca çoxdur. Ürək döyüntüsündən astmaya qədər bir çox xəstəlikdən xilas edən nanə çayı eyni zamanda cib telefonu, kompyuter kimi elektron alətlərin yaydığı radiasiyanın orqanizmə zərər verməsinin də qarşısını alır.
Davamı →

Nanənin müalicəvi xüsusiyyətləri

Bioloji aktiv maddələrlə zəngin olan nanə ən faydalı müalicəvi bitkilərdən biri sayılır. Nanə qədim zamanlardan tanınır və təbabətdə istifadə olunur. Nanə yarpaqları faraon məqbərələrində tapılıb, bu bitkinin adı Tövratda çəkilir.

Hələ dahi Hippokrat, İbn Sina, Avisenna bu ətirli otun müalicəvi xüsusiyyətlərini bilir və çox yüksək qiymətləndirirdi.

Müasir tibb də nanənin müalicəvi xüsusiyyətlərini tanıyır. Nanə və nanə efir yağı müxtəlif dərmanların və məlhəmlərin tərkibinə daxil edilir.
Davamı →

Nanənin kosmetik faydaları

Xoş rayihəli nanənin faydaları çoxdur. Nanədən təkcə ədviyyat kimi yox, kosmetik vasitə kimi də istifadə edirlər.

— Dəmlənmiş təzə nanəyə pambığı batırıb, 2-3 dəqiqə gözünüzün üzərində saxlayın. Bu kompres gözlərin yorğunluğunu götürür, dəridəki qırışıqların qarşısını alır.

— Yarpaqlarında olan mentol qan dövranını artırır və qan damarlarını gücləndirir.

— Dəriyə qulluq zamanı nanədən istifadə etmək olduqca mühüm əhəmiyyət daşıyır. Nanə losyonu yağlı dərini təmizləyir.
2-3 xörək qaşığı təzə və ya quru nanə yarpaqları üzərinə 200 milliqram isti su əlavə edin. Üstünü örtüb yarım saatdan sonra süzün və hər gün bu losyonla dərinizi silin.

— Dərinin təzələnməsində də nanə losyonu əvəzsizdir. 2 xörək qaşığı nanə üzərinə 400 milliqram soyuq su töküb, 10 dəqiqə qaynadın. Soyuduqdan sonra üzərinə bir neçə damcı limon əlavə edin və bununla hər gecə yatmazdan əvvəl dərinizi təmizləyin.

— Nanə suyu ayaqlarda göbələk kimi infeksion xəstəliklərin də qarşısını alır.
Davamı →