Neft haqqında bilmədiklərimiz

Xam neftin tərkibinə təxminən 1000 komponent daxildir.

Bir damcı neft 25 litr içməli suyu yararsız hala sala bilər.

Hər 1 barrel çıxarılan neftin ancaq yarısı benzinə çevrilir, qalan yarısı isə bir çox müxtəlif məhsulların istehsalında istifadə olunur.

Yaxın keçmişdə benzinin qiyməti çox ucuz olub, çünki o yararsız məhsul hesab edilirdi.

Təxminən 150 il bundan əvvəl benzin neftin işlənməsindən alınan ən yararsız məhsul sayılırdı. O zamanlar neftayırma əsasən kerosinin əldə olunmasına xidmət edirdi. Benzin isə tullantı hesab edilir, ən yaxşı halda ləkə əleyhinə maddə kimi məişətdə istifadə olunurdu. Bir çox neftayırma şirkətləri benzin satılmadığından onu yararsız bir maddə kimi çaya axıdırdılar.
Davamı →

Bakı neft səltənətidir

Bakını bütün Şərq ölkələrində, habelə Avropada, bir sözlə, bütün dünyada tanıtdıran onun nefti və yanar torpaqları olmuşdur. Bakıda neft hələ qədim zamanlardan çıxarılırdı. Çox dayaz quyulardan əllə çıxarılan neft həm şəhərin özündə yanacaq və müxtəlif xəstəliklərə qarşı dərman kimi istifadə edilir və həm də tuluqlara doldurularaq, karvan-karvan uzaq ölkələrə aparılırdı. Sonrakı əsrlərdə, xüsusilə xanlıqlar dövründə neft şəhərin iqtisadiyyatında böyük rol oynamağa başlamışdı. Bakı xanlarının iki əsas gəlir mənbələri vardı: neft və duz yataqları. Neft, əlbəttə, çox ibtidai üsulla çıxarılırdı: əllə və dolamaçarxla. Quyular çox dayaz idilər. Balaxana neft quyularından birində tapılmış daş parçasının üzərindəki yazıdan məlum olmuşdur ki, quyu hələ 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən qazılmışdır. Şəhərdə evlər içərisinə neft doldurulmuş qara çıraqlarla işıqlandırılırdı. 1733-cü ildə Bakıda olmuş rus akademiki İ. J. Lerx Bakıda 52 neft quyusu olduğunu gözləri ilə görmüşdu. 1771-ci ildə Bakıda olmuş akademik S. Q. Qmelin isə neft quyularının necə qazılmasını təsvir etmişdir.
Davamı →

Şotlandiya haqqında ən maraqlı bilgilər

Ümumiyyətlə Şotlandiya haqqında məlumatlar yəqin ki çoxlarını maraqlandırır. Müasir dövrdə də öz fərqliliyini qoruyub saxlayan bir əyalətdir. XVIII əsrin əvvəlinə qədər Şotlandiya müstəqil dövlət idi. Ölkənin İngiltərəyə birləşməsi 1707-ci ilin 1 mayında baş verir. Məhz bu zaman Birləşmiş Krallıq yaradılır.

1970-ci ildə Şotlandiyada Şimal dənizinin şelfində neft emalına başlanılır. Məhz bu ərazilərdə neftin kəşf edilməsi şotlandiyalıların azadlıq meyllərini gücləndirdi. Böyük Britaniyadan azad olmaq üçün növbəti referendum 2014-cü ildə keçirilmişdi.

Ölkədə 5 milyona yaxın şotlandiyalı yaşayır. Maraqlıdır ki, ABŞ və Kanada da yaşayan şotlandiyalıların da sayı məhz bu qədərdir.


Ardı →

Ən çox neft ehtiyatı haradadır?

ABŞ Enerji Nazirliyinə bağlı Enerji İnformasiya İdarəsinin (EIA) və İngilis neft şirkəti BP-nin məlumatlarına görə  dünyada təsdiq edilmiş neft ehtiyatları 1 trilyon 333 milyard barel təşkil edir. Bu ehtiyatların yüzdə 56,6-sı (754.2 milyard barel) Yaxın Şərqin, yüzdə 14,9-u (198.9 milyard barel) Cənubi və Mərkəzi Amerikanın, yüzdə 10,3-ü (136.9 milyard barel) Avropa və Avrasiyanın, yüzdə 9,6-sı (127.7 milyard barel) Afrikanın, yüzdə 5,5-i (73,3 milyard barel) Şimali Amerikanın və yüzdə 3,2-si (42,2 milyard barel) Asiya-Sakit okean bölgəsinin payına düşür.

Təsdiq edilmiş neft ehtiyatlarına görə ilk sırada 266,7 milyard ( yüzdə 19,8) barellə Səudiyyə Ərəbistanı dayanır. Bu ölkəni 178,1 milyard barellə Kanada, 136,2 milyard barellə İran, 115 milyard barellə İraq və 104 milyard barellə Küveyt təqib edir. Dünyanın ən böyük iqtisadiyyatı ABŞ 19,1 milyard barel təsdiq edilmiş neft rezerv ilə bu göstəriciyə görə 12-ci, ikinci böyük iqtisadiyyatı Çin isə 16 milyard barellə 13-cü sırada yer alır.

Neft istehsalında Rusiya gündəlik 11 milyon barellə ilk sırada olarkən, Rusiyanı 9,9 milyon barellə Səudiyyə Ərəbistanı və 8,5 milyon barellə ABŞ izləyir. Bu ölkələrdən sonra gündəlik 4,1 milyonlu istehsal ilə Çin, gündəlik 3,8 milyon barellə Kanada və gündəlik 3,6 milyon barel istehsal ilə İran gəlir. Azərbaycan 0,9 milyon barellə 22-ci yerdə dayanır.

Dünyanın ən çox neft istehlak edən ölkəsi sıralamasında dünyanın ən böyük iqtisadiyyatı ABŞ gündəlik 18,8 milyon barellə ilk sırada yer alır. ABŞ-dan sonra Çin gündəlik 8,3 milyon barel neft və Yaponiya isə gündəlik 4,4 milyon barel neft istehlak edir. Səudiyyə Ərəbistanı gündəlik 6,4 milyon barellə dünyanın ən çox neft ixrac edən ölkəsi olarkən, Rusiya gündəlik 5,4 milyon barellə və İran gündəlik 2,2 milyon barellə Səudiyyə Ərəbistanını təqib edir.


Ardı →

Eşq və neft | Məhəmməd Əsədbəy

Povestin əsəs mövzuları: neft və beynəlxalq kapitalizm, dünya siyasətində onun rolu və hiylələri, emiqrasiya və qəriblikdə yaşamaq, adlı-sanlı gürcü ailəsindən çıxmış, inqilabi krizis nəticəsində Avropaya düşmüş bir qızın taleyi.


Əsərdən seçilmiş hissələr


Gözlərini yumdu və heç bir inqilabın ondan ala bilməyəcəyi yeganə şey — gəncliyi barədə fikrə daldı.


Pipinsonun açıq ağzından isə sakit donqultu eşidilirdi. Bu onda yüksək təəccüb əlaməti idi.


Deyirlər, sürgün çörəyi acı olur. Düz deyil. Sürgün çörəyi nə acı olur, nə şirin. Sürgün ölkəsində onlar üçün, ümumiyyətlə, çörək olmur.


Ardı →

Neft strategiyası

Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda «qara qızılın» sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.


XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.


Ardı →

Bakının dünya neft sənayesinin mərkəzi kimi təşəkkül tapması (XIX əsrin son rübü)

Qədim dövrlərdən bəri neft Azərbaycanın təbii sərvətləri arasında birinci yeri tutmuşdur. Hələ X əsrin axırlarında Bakı Yaxın Şərqin, demək olar ki, hər yerində tanınırdı — buradan Şərq ölkələrinə neft göndərilirdi. O dövrlərdə neftdən yaşayış yerlərini işıqlandırmaq, müalicə məqsədləri üçün, yanacaq kimi, həmçininn hərbi əməliyyatlarda güclü silah kimi istifadə olunurdu. Yalnız XIX əsrin son rübündən etibarən neft öz simasını dəyişməyə, daha çox sənaye əhəmiyyəti kəsb etməyə başladı, daş kömür tədricən sıxışdırılaraq dünya iqtisadiyyatında əsas energetika yanacağına çevrildi.


Ardı →

Azərbaycan neftinin tarixi

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra respublikanın iqtisadi siyasəti də yeni rejimin qanunlarına uyğun aparılmağa başladı. Azərbaycanın zəngin neft yataqları milliləşdirildi. Neft və qaz emalı sənayemizin ikinci mərhələsi hesab edilən 1922-1946-cı illərdə bu sahədə bir sıra həlli vacib məsələlər var idi. Yeni sahələr yaranır, texnika inkişaf edir, çeşidli neft məhsullarına tələbat artırdı. Avtomobil nəqliyyatının, aviasiyanın inkişafı emalda benzin istehsalını və keyfiyyətini yüksəltməyi tələb edirdi. Bunun üçün 1924-26-cı illərdə Bakıda S.Kvitkonun sistemi üzrə ilk sınaq qurğusu tikilib istifadəyə verildi. 
Davamı →

Azərbaycanda neft sənayesinin tarixi

Neftin distilləsi üçün qədim zamanlarda sadə üsullardan istifadə olunurdu.  I əsrdə romalı həkim Kassiy Feliks qara nefti qaynatmaqla ondan ağ neft alındığını qeyd edirdi. XIII əsrdə Abşeronda olan ərəb tarixçisi Məhəmməd ibn Nəcib Bekran əl-Həmdani yazırdı ki, burada neft emalı XII əsrin əvvəllərindən mövcuddur. Digər ərəb və fars mənbələrində, eləcə də Həmdulla M.Qəzvininin «Nüzhət əl-qulub» əsərində XIII əsrdə Abşeronda neftin distilləsi üzrə təcrübələr aparıldığı bildirilib.
1733-cü ildə Bakı neft rayonunda olan rus səfirliyinin İrandakı nümayəndəsi doktor İ.Lerxe yazırdı:«Neft tez yanmır, o, tünd-boz rəngdədir, distillə edəndə açıq sarı rəngə çalır. Ağ neft bir az tutqundur, amma tətbiqdən sonra spirt kimi şəffaf olur və tez yanır».
1771-ci ildə Bakıda olan akademik Samuil Qmelin Suraxanıda ağ nefti (kerosini) əldə etmək məqsədilə neftin distilləsi (emalı) faktını təsdiqləyir.
1823-cü ildə Mozdokda Vasili, Gerasim və Makar Dubinin qardaşları ağır Voznesenski neftini emal etmək üçün ilk sənaye kubunu (ənbiqəni) düzəldib istehsala buraxdıqdan sonra Azərbaycanda neft emalı sənayesi də inkişaf etməyə başladı. Neft emalı sənayemizin bu günə qədərki inkişaf yolları müxtəlif dövrlərdən keçdi. Onu mərhələlərə ayırarkən 1834-1922-ci illəri ilk mərhələ hesab edirlər.
Davamı →