Neft necə yaranır?

  • Kimya

Təbiətin ən böyük sirlərindən biri də neftin və qazın yaranmasıdır. Hər gün milyardlarla insan bu təbii sərvətlərdən istifadə edir. Neft və təbii qaz bizim üçün yalnız işıq, istilik vasitəsi deyil, istifadə etdiyimiz hər bir əşyanın hazırlanmasında onların müəyyən rolu var. Ancaq həyatımız üçün bu qədər əhəmiyyətli olan neft və qaz sərvətlərinin əmələ gəlməsinin tam şəkildə elmi izahı hələ də tam başa çatmayıb. Alimlər əsrlərdən bəridir bu istiqamətdə araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla — heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranmasıdır.


Ardı →

Nobel qardaşları

NOBELLƏR KİM İDİ?

İsveçli idilər. İlk dəfə Rusiyaya gələn Nobel Emanuel Emanueloviç olub (1837-ci il). Vətənində ixtira etdiyi sualtı minalar Rusiya hökumətinin diqqətini çəkdiyindən, onu xüsusi dəvətlə çağırırlar. E.Emanueloviçin işləri Rusiyada yağ kimi gedir. Ta Krım müharibəsi (1853-56) qurtarana qədər rus ordusunu silahla, minayla təmin edir. Müharibədən sonra sifarişlər kəsilir və İsveçə qayıtmalı olur. Emanuel Nobel Peterburqa 4 oğlu ilə gəlmişdi. Uşaqlar böyüyüb bu şəhərə alışmışdılar. Ona görə də, ata Vətənə dönəndə, böyük oğul Lüdviq və Robert Peterburqda qalıb maşınqayırma işləri ilə məşğul olmağa başlayır. Atası kimi bacarıqlı olan Lüdviq hətta Vıborqda zavod alıb işlədir. O zavodu bir neçə ilin içində 1 nömrəli silah zavoduna çevirir. Hazırladığı top lülələri şöhrətlənir (Qılman İlkin). «Nobellər və Bakı nefti» kitabının təqdimatı Berdanka tipli silahlar da həmçinin. Elə bu Berdanka olmasaydı, Nobellər heç Bakı neftindən də xəbər tutmazdılar…
Davamı →

Əsrin müqaviləsi

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycana, onun zəngin yeraltı və yerüstü sərvətlərinə Amerika, Avropa və Asiyanın aparıcı dövlətlərinin marağı bir qədər də artdı. Xəzər dənizi və Xəzər hövzəsi rayonu Rusiya və İran kimi dövlətlərlə yanaşı digər ölkələrin də maraq obyektinə çevrildi. Burada əsas səbəb bölgənin geosiyasi və iqtisadi əhəmiyyətini, Xəzərin zəngin karbohidrogen ehtiyatları və digər sərvətləri idi. Bu baxımdan Azərbaycanın yürütdüyü xarici siyasət kursu mühüm əhəmiyyət daşıyırdı. 1993-cü ildən bəri yürüdülən xarici siyasət region ölkələri, Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları ilə hərtərəfli iqtisadi əlaqələrin qurulmasına, xüsusən enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək prioritet istiqamət təşkil edir. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biri kimi ölkəmizin milli maraqlarını və xarici dövlətlərin qarşılıqlı mənafelərini nəzərə almaqla, Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkəylə qarşılıqlı-faydalı əməkdaşlığa hazır olduğunu bəyan etdi. Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz ehtiyatlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində düzgün istifadə etmək idi. Bu yolda ilk uğur "Əsrin müqaviləsi" kimi tarixə düşmüş neft kontraktı oldu.


Ardı →