Yuxudan tez qalxmaq

Səhər tez oyanan insan sağlam və gümrah olar. Səhər tez qalxa bilmək üçün gecə vaxtında yatmaq və yerimizə girən kimi yuxuya getməyə çalışmaq lazımıdır. Səhər anamız bizi səsləyib oyadan kimi yerimizdən durmağı bacarmalıyıq. Ən çətini əl-üzümüzü yuyana qədərdir. Ondan sonra əla bir gün başlayır. Yuxudan tez qalxmaq hər zaman faydalıdır. Dərs oxumaq üçün effektli saatlar qazanmağın ən birinci yoludur. Səhər tez qalxan insan heç vaxt zərərə uğramaz.

  Keçmiş dövrlərdə bir qoca hər gün səhər tezdən padşahı salamlamaq üçün onun sarayına gedərmiş. Və hərThief gün də eyn sözü deyərmiş: «Hədəfinə çatana qədər səhər tez qalx». Hökmdar isə bir az tənbəl olduğu üçün qocanın bu sözləri ilə heç vaxt razılaşmazdı. Çünki gecələr vaxtının çox hissəsini əyləncədə keçirdiyi üçün səhər tez qalxmaq ona ağır gələrmiş. Ancaq qocaya hörmət etdiyinə görə heç nə deyə bilmirmiş. Padşah qocaya səhər tez qalxmağın o qədər də faydalı olmadığını sübut etmək qərarına gəldi. Bunun üçün bir-iki adamına əmr edir ki, qoca səhər tezdən evindən çıxdığı zaman onu soysunlar. Bir səhər padşahın planladığı kimi evindən çıxan kimi iki nəfər yolunu kəsib hər şeyini alır. Qoca evinə qayıdıb başqa paltar geyinib, daha sonra həmişəki kimi padşahın hüzuruna çxır.


Ardı →

Qanuni oğrular və “oğru qanunları”

Qanuni oğru — dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu.
Oğrular 1930-cu illərdə, ağır repressiya illərində meydana gəliblər. Bu dünyanın yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. Onların iddialarına görə, ağır siyasi ortamda və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə “Oğru dünyası” çox lazım idi. Yaranan aləmdə, “oğrular” qanunları tanımamalı, heç bir zaman qulluq etməməli idilər.
Böyük Vətən müharibəsi illərində bəzi “qanuni oğrular” Vətəni müdafiə etmək üçün müharibəyə yollanıblar. Bu addımları onların “qanunpərəstlər” tərəfindən xəbərçi mənası verən “qancıq” adlandırılmasın səbəb olub. Beləliklə, oğru dünyası 2 hissəyə ayrılır və aralarında uzun sürən savaş başlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodsk şəhərində iki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasında mübarizə nisbətən səngiyir, lakin “qanuni oğrular” öz ənənələrini qoruyub saxlaya bilirlər.
Ardı →

Əmanət saxlamaq haqqında

Belə eşitmişəm ki,bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir:«Mənimlə hamama getmək istəyirsənmi?» Yoldaşı deyir:«Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm,lakin hamama gedə bilmərəm,işim var». Hamamın yaxınlığına qədər bir yerdə gedirlər.Yolayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb,başqa tərəfə gedir.Təsadüfən,bir oğru da həmin kişinin dalısınca öz oğurluq işləri üçün hamama gedirmiş.
Ardı →

Oğru bu idimi?

Ona gəmidə rast gəldim. Qan-tər içində idi.
— Bu nə sir-sifətdir? — deyə soruşdum.
— Başıma gələnlərdən xəbərin yoxdur?
— Yooox… Xeyir ola, nə olmuşdur?
— Daha nə olacaq? Dilə-dişə düşmüşük. Sənin isə xəbərin yoxdur. Neçə gündür ki, əldən-ayaqdan düşüb ev axtarırıq. Yaxşı bir ev tapa bilsəm də, işim düzəlməyəcək. Nə eləsəm də, izimi itirə bilməyəcəyəm. Ən yaxşısı Avropaya qaçmaqdır...
Düzü, əvvəl elə zənn etdim ki, başına bir iş gəldiyi üçün polislər onu axtarır. Onu gəminin bir tərəfinə çəkdim. Qulağına əyilib yavaşdan:
— Sənə kömək edə bilərəmmi? — deyə soruşdum.
— Sən olmayasan, lap Xızır əleyhüssəlam gələ, yenə mənə kömək edə bilməz.
— Bir cinayət eləmisən?
— Yox canım. Kaş ki, cinayət eləyəydim.
— Mən, bəlkə də qonşuları ilə qan davaları var, — deyə fikirləşdim.
— De görüm, səni kim təqib edir? Bəlkə səni gizlətmək üçün bir yer tapa bildik.
— Ömrün uzun olsun. Ancaq bu mümkün olan şey deyil.
— Bir məni başa sal görüm, nə olub!


Ardı →

“Oğrudan-oğruya halal…”

Baş vermiş bir xoşagəlməz hadisəni nəql edim: deməli oğul evlərinə evinə oğurluğa girərək, evdən müəyyən bir miqdarda pul oğurlayır. Bundan sonra ailə polisə müraciət edir ki, “bəs amanın günüdür, evimizi soyublar”. Polis bir sıra araşdırmalardan sonra oğrunun elə ailənin öz oğlu olduğunu tapıb və həbs edib. Belə olan halda da valideyn oğurluq sayəsində itirdiyi bir  o qədər də pul töküb oğlunu həbsdən xilas etməyə çalışır..


Bilmirsən belə hadisələri gülməli əhvalatlar, yoxsa ağlamalı əhvalatlar sırasına daxil edəsən. Oğurluq haram olan bir işdir. Hələ uşaq vaxtlarından bizi elə öyrtəmişdilər ki, oğurluq sözü gedəndə də qorxurduq. Yəni valideynlərimiz bizi öyrətmək və başa salmaqla bərabər həm də qorxudurdular ki, nə vaxtsa kiminsə malına göz dikib, oğurlu etsək əlimizi yandırarlar!  Düzü belə qorxuducu tərbiyə üsullarını dəstəkləməsəm də, amma, ən azından uşaq yaşından bilirim ki, bu çox pis bir şeydir.



Ardı →