Alma ilə ətirli oladi

Alma ilə oladi çox dadlı alınır. Xəmirə darçın əlavə etmək olar. Bu halda oladi daha da ətirli olur. Darçın xoşlamırsınızsa, vanil əlavə edə bilərsiniz.
Tərkib:
  • 1 stəkan qatıq
  • 1,5 stəkan (1 stəkan + yarım stəkan) un1 çimdik duz
  • yarım ç.q. darçın
  • yarım ç.q. soda
  • 1 orta ölçüdə alma
  • 4 x.q. şəkər tozu

Davamı →

Pendirli oladi

İnqridientlər:
300-400 qram brokkoli
2 yumurta
2 dolu xörək qaşığı un
150 qram rəndələnmiş bərk pendir
100 qram suluquni pendiri (kiçik kubiklərə doğramaq)
duz, əzilmiş qara bibər (zövqə görə)
un halına salınmış suxarilər
bitki yağı.

Hazırlanma qaydası:
Bu resept sizin brokkoli haqqında fikrinizi qətiyyən dəyişdirəcək!
Belə ki, brokkolini qaynadın (5 dəqiqə kifayətdir, əks halda onu öldürə bilərsiniz). Soyuduqdan sonra tikələrə bölün. İndi əldə olan inqredientləri qarışdırın. Yastıladıb (yastı formaya salıb), suxarilərə batırın və hər iki tərəfini qızardın. Siz təsəvvür belə edə bilməzsiniz bu necə dadlıdır!
Davamı →

Bananlı oladi

Ərzaqlar:
2 ədəd banan
1/2 st süd
1/2 st şəkər tozu
1 ədəd yumurta
1 st un
Qızartmaq üçün zeytun yağı

Hazırlanması:
Bütün ərzaqları mikserlə ya da blender ilə qarışdırırıq. Əvvəlcə bananı əzirik.
Sonra südü, yumurtanı və şəkər tozunu əlavə edib qarışdırırıq.
Unu əlavə edib qarışdırdıqdan sonra qarışığı qaba tökürük.
Tavada yağı qızdırıb xəmirdən 1 x.q dolu götürüb aralı-aralı tökürük.
Bilinçiklərin hər iki üzünü qızardırıq.
Nuş olsun!
Davamı →