Patoloji qısqanclıq

Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır. Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır. Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var. Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq.


Davamı →

Uşaqlarda autizmin 9 erkən əlamətləri

Autistlərdə xarici dünyanın qavramanılması və kommunikasiya pozuntuları qeyd olunur. Valideynlər erkən yaşlarından bu patologiyanı ehtimal etmək üçün diqqətli olmalı və uşaqlarının inkişafını yaxından izləməlidirlər. Gün ərzində insan beyni analizatorlar vasitəsiylə ətraf mühitlə ünsiyətdədir. Autist uşaqlar ətraf mühitdən alan informasiyaya başqa cür reaksiya verir, öz “kicik dünyalarına” qapanmış olurlar.

Necə aşkara çıxartmaq və nəyə diqqət yetirmək lazımdır?
Bu patologiyanın ilk əlamətlərini hətta ilk aylardan görmək mümkündür:
Davamı →

Uşaqlarda kriptorxizm

Kriptorxizm — uşaqlarda xayaların xayalığa enməməsi ilə bağlı olan patologiyadır.

Bu patologiya yenidoğulmuş uşaqlarda doğulduqdan sonra aşkar edilir. Müayinə zamanı məlum olur ki, xayalıqda bir və ya hər iki xaya yoxdur («boş xayalıq»).

Oğlanlarda bətndaxili inkişafı zamanı xayalar xayalıqda deyil, qarın boşluğunda böyrəklərin yanında yerləşir. Uşaq inkişaf etdikcə xayalar tədricən aşağı düşür və hamiləliyin təxminən 37-ci-40-cı həftələrində xayalığa enir. Kriptorxizm zamanı xayalar xayalığa düşmür, qarın boşluğunda və ya qasıq nahiyəsində qalır.

Kriptorxizmin dəqiq səbəbləri məlum deyil. Lakin bəzi risk faktorları müəyyən edilir:

— doğulan uşağın çəkisinin az olması. Belə hesab olunur ki, 2500 qr və daha az çəkisi ilə doğulan uşaqlarda kriptorxizm riski daha çoxdur;


Ardı →

Uşaqlarda onurğa sütununun əyrilikləri

5-6 yaşlarında onurğa sütununun bütün fizioloji əyrilikləri artıq əmələ gəlir və insanın qaməti formalaşmış olur.

Həkimlər qeyd etdiyinə görə, hal-hazırda 50-80% uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9% uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyiaşkar edilir.

Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin (tənəffüs sistemi orqanları, ürək, böyrəklərin) fəaliyyətinə də mənfi təsir göstərir. Məhz buna görə ortoped həkimlər əksər hallarda boş yerə — “sağlam onurğa — sağlam insan deməkdir” ifadəsini işlətmirlər. Profilaktik olaraq uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır.


Ardı →

Uşaqlarda yastıpəncəlik

Yastıpəncəlik uşaqlarda dayaq-hərəkət aparatı xəstəlikləri arasında ən geniş yayılan patologiyadır. Yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir.

Uşaqda yastıpəncəlik olub-olmadığını yalnız 5-6 yaşlarında dəqiq bilmək olar. Niyə?

Birincisi, bu yaşa qədər uşaqlarda pəncə sümükləri hələ tam bərkiməmiş və onların müəyyən hissəsi isə qığırdaq toxumasından ibarət olur; bağlar və əzələlər də zəif olaraq asanlıqla dartılırlar. Dayaq-hərəkət aparatın normal inkişafı zəminində 5-6 yaşlarında pəncə qövsu düzgün formasını alır. Lakin bəzi hallarda pəncənin inkişafında normadan kənar dəyişikliklər baş verir və nəticədə yastıpəncəlik əmələ gəlir.

uşaqlarda yastıpəncəlik


Ardı →