Uşaqlarda hərarətin ölçülməsi

Hərarətin ölçülməsi ən sadə tibbi manipulyasiya olsa da bir çox valideynlər bunu düzgün etmir.
Tanınmış ukraynalı pediatr Evgeniy Komarovskiy öz verlişlərinin birində bu haqda çox geniş məlumat verib.

— Hansı nahiyədə ölçmək daha yaxşıdır – qoltuq altında, duz bağırsaqda, dəridə, qulaqda? Qoltuğaltı nahiyəsində ölçmək daha yaxşıdır.

— Hansı termometr daha dəqiqdir?
Belə hesab olunur ki, civəli termometr ən dəqiqdir. Lakin bütün dünya civəli termometrlərdən imtina edir.
Davamı →

Nə üçün 1 yaşına qədər uşaqlara bal vermək olmaz?

Pediatrlar 1 yaşına qədər olan uşaqlara bal verməyi qəti şəkildə tövsiyə etmirlər.
Məsələ burasındadır ki, balda çikroskopik miqdarda olsa da Clostridium botulinum bakteriyasının sporları ola bilər.

Bu bakteriya botulizmin inkişafına səbəb ola bilər. Çox ağır xəstəlik olan botulizm nəfəsalmanın çətinləşməsi, iflic və hətta ölümə gətirib çıxarda bilər.

Daha böyük yaşda uşaqların və böyüklərin orqanizminə baldan düşən sporlar orqanizm tərəfindən zərərsizləşdirir və onların sonrakı inkişafının qarşısı alınır.

Lakin 1 yaşına qədər olan uşaqların immun sistemi hələ çox zəif olur ki, onların orqanizminə düşən sporlar inkişaf edə və çoxala bilər. Bu isə botulizmin inkişafına səbəb olacaq. 
Davamı →

Körpələrdə bişməcə

«Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir». Bu barədə pediatr Gülnar Abdullayeva bildirib.

«Dəridə yanma tərzində qızarıqlıq, bəzən dəridən qabarıq olan, azacıq qaşıntılı, təzyiq olanda solan ləkələrdir. Daha çox göbələk infeksiyasına bağlıdır.

Bəzən isə bu alt bezlərinə bağlı allergik reaksiya və ya həmin nahiyənin nəm olması, sidik yolu infeksiyası, tez-tez nəcis ifrazı, antibiotiklərin istifadəsi da bu problemə gətirib çıxara bilir. Dəri uzun müddət nəm olduqda və bez ilə təmas etdiyi dövrdə dərinin tamlığı pozulur və beləliklə də uşaqda dermatit inkişaf edir.
Davamı →

Körpənin yatağı necə olmalıdır?

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil.

Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir. Çarpayının hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir.

Dünyaya yeni gələn körpə üçün seçilən mebel funksiyalı olmaqla yanaşı, körpələrin rahatlıq və əqli inkişafını da təmin etməlidir. Körpə otağındakı ən vacib yer onun yatağıdır. Əksər valideynlər yeni doğulmuş uşaq üçün ortopedik yatağın vacib olduğunu bilmirlər.
Davamı →

Körpədə tonus

Bəzən analar pediatr və ya nevroloqlardan başa düşülməyən diaqnozlar eşidir. «Uşaqda tonus var» diaqnozu — belə müəmmalı diaqnozlardan biridir.

«Tonus» nə deməkdir? İlk növbədə söhbət əzələ tonusundan gedir. Əzələ tonusu bütün insanlarda var — böyüklərdə də, uşaqlarda da. Bu tonus insana ayaq üstə dayanmaq, hərəkət etmək üçün lazımdır. Əzələ tonusunun pozulması (normadan daha gərgin və ya zəif olması) böyüklərdə bir çox xəstəliklərinin əlaməti ola bilər.
Davamı →

Uşaqların gözlərinin altı niyə qaralır?

Çox insanlar düşünür ki, gözlərin altının torbalanması, qaralması, tünd halqalar ya yaşla bağlı olur, ya da böyrək və qanazlığı problemində. Uşaqların gözlərinin altı isə qarala bilməz. Amma pediatrlar uşaqların da gözlərinin altınnı batıq və tünd olmasının öz səbəbləri olduğunu açıqlayıb.

Hətta 5 yaşlı uşağın belə gözlərinin altının rənginin dəyişməsi 2 səbəbdən ola bilər: uşağın fizioloji özəlliyi və normal halı- uşaqlarda gözaltı dəri çox nazikdir, kapilyarlarla zəngindir. Elə uşaq var ki, damarları çox üzdə olur, dərisi də açıqdır, sarıdır. Xüsusən mavi, açıq gözlü uşaqlarda gözaltı tünd, görə çalar olur. Bu halda heç bir müalicə tələb olunmur.
Davamı →

Ayaqyalın gəzmək faydalıdır

Bəşəriyyət milyonlarla il ayaqyalın keçinib və yalnız son bir neçə əsrdə ayaqqabı geyinməyə başlayıb.
Tədqiqatçı alimlərin sözlərinə görə, ayaqyalın gəzəndə daban fərqli şəkildə formalaşır. Ayaqabının yaratdığı təzyiq nəticəsində daban böyüyür, pəncə isə daralır. Ayaqqabısız çox gəzənlərin isə ayağı daha genişlənir, dolayısı ilə təzyiq dabana yox, pəncə və ayaq barmarlarına daha çox yayılır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çox sayda bioloji aktiv nöqtələrin ayaqda cəmləşdiyi çoxlarına məlumdur. Pəncə və dabanın masajla müntəzəm stimullaşdırılması daxili orqanların fəaliyyətini yaxşılaşdırır, immun sistemini artırmağa kömək edir və yastıayaqlığın qarşısını alır.
Davamı →

Pediatrdan 7 qızıl qayda

Uşaqların immun sistemi tədricən formalaşdığı üçün onlar böyüklərlə müqayisədə daha tez-tez xəstələnir. Bu təbiidir. Lakin uşaq xəstəliklərdən çıxmırsa, həddindən artıq tez-tez xəstələnirsə bu artıq onun orqanizmini zəiflədir, uşağın sağlam və möhkəm böyüməsinə mane olur.

Tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin uşaqların daha gec-gec xəstələnməsi üçün 7 qızıl qaydasına əməl etməklə daha sağlam uşaqlar böyüdün.
Davamı →

Körpələrdə böyrək genişlənməsi

Hidronefroz — böyrəyin maye ilə dolaraq genişlənməsi körpələrdə tez-tez rast gəlinən bir vəziyyətdir. Uroloq-androloq, uzman həkim Ülviyyə Əliyeva bildirib ki, buna hətta antenatal (doğumdan əvvəl) dövrdə belə rast gəlinir.

Hamiləliyin ilk həftələrində aparılan ultrasəs müayinəsi (USM) zamanı körpədə bu problem aşkarlana bilir. Oğlan uşaqlarının 1%-də, qız uşaqlarının isə 0.5%-də təsadüf olunur.
Davamı →

Apqar şkalası

Uşaq dünyaya gəldikdən dərhal sonra onun vəziyyəti 0-dan 10-a kimi xüsusi Apqar şkalası üzrə qiymətləndirilir. Bu şkala keçən əsrin 50-ci illərində mamalıqda fəaliyyət göstərən amerikalı professor anestezioloq Virginiya Apqar tərəfindən tətbiq edilmişdir. Bu metodun əsas məqsədi reanimasiya tədbirlərinə ehtiyacı olan körpələrin tez aşkar edilməsidir. İndiyə kimi bu metod bütün ölkələrdə istifadə olunur və yenidoğulmuşun vəziyyətinin ilkin qiymətləndirilməsi üçün ən sadə və etibarlı metod sayılır.

Apqar şklalası üzrə yenidoğulmuşun hər bir əsas göstəricisi ballarla (0-dan 2-yə kimi) qiymətləndirilir. 2 bal (ən yüksək qiymət) — göstərici yaxşı ifadə olunub, 1 bal — göstərici orta səviyyədə ifadə olunub, 0 — göstərici ifadə olunmayıb. Uşağın vəziyyəti doğulduqdan sonra 1-ci və 5-ci dəqiqələrində qiymətləndirilir, bu səbəbdən 2 qiymət göstərilir — məsələn, 8/9.
Davamı →