5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. Bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur, lakin onlar ətrafında baş verən hadisələrə “daha parlaq” və daha güclü reaksiya verir və xarakter xüsusiyyətləri göstərirlər.

5 aylıq uşağın özəllikləri:
— 5 aylıq uşaq, boyda orta hesabla 2- 3 sm, çəkidə isə 500-1000 qr-a kimi artırır. Bəzən bu aydan körpə yeni yemlərə başlayır və mədə-bağırsaq traktının işi yenidən qurulur, iştaha dəyişir. Bunun nəticəsində çəki yığımı fərqli ola bilər.

— Bu ayda uşağın baş dövrü 42,5 – 43,5 sm, döş qəfəsi isə 43,5 – 45 sm təşkil edir.

— Əgər hər hansı bir problem yoxsa, körpənizi ana südü ilə bəsləməyi davam edin.
Davamı →

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. Körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrənir və daha az yatır.

4 aylıq uşağın özəllikləri:
— Gün ərzində üç dəfə yatır. Gecə yuxusu 10 – 12 saat arası təşkil edər. Bəzən o, gecə yemək üçün oyana bilər.

— Sutka ərzində azı altı dəfə qidalanır.

— Başını inamla saxlayıb, hər tərəfə fırlada bilir. Arxa üstə uzanan uşaq, başını azca qaldıraraq öz ayaqlarına baxa bilir.

— Əşyaları 3 – 5 metr məsafədə fərqləndirə və yerdəyişməsini gözləri ilə izləyə bilir.

— Səsləri aydın eşidir.
Davamı →

Uşağa yumurtanı neçə aydan vermək olar?

Yumurta çox qiymətli məhsuldur. Yumurta bir çox vitamin və minerallar, əvəzolunmaz amin turşuları və digər faydalı maddələrlə zəngindir. Yumurta orqanizm tərəfindən demək olar tam mənimsənilir.

Əvvəllər belə hesab olunurdu ki, yumurta orqanizmdə xolesterinin səviyyəsini qaldırır. Lakin son araşdırmalar bunun doğru olmadığını təsdiq edib.

Müasir pediatrlar yumurtanı uşağa 6 aydan sonra verməyə icazə verir. Əvvəl yumurtanın sarısı, 1 yaşa yaxın isə yumurtanın ağı verilə bilər. Yumurta sarısının 1/4 hissəsindən başlayın, sonra yarısını, sonra bütöv şəkildə verin.
Davamı →

Körpələrin göbək bağını gec kəsməyin faydaları


Körpələrin göbək bağının gec kəsilməsinin nə qədər faydalı olduğunu bilirsinizmi? Körpələr doğulduqdan sonra göbək bağı büzüşməyə başlayır və qan yığılır.

Göbək bağı nə vaxt kəsilməlidir?
Doğuşdan bir neçə dəqiqə sonra öz-özünə əriyir. Bağdakı atış bitdikdən sonra təmizlənib kəsilir və 30 saniyə ilə 5 dəqiqə arasında gözlənildikdə bağdakı bütün qan körpəyə keçir. Bunun uşağa bir çox faydası var.
Davamı →

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. Bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur.

— 9 aylıq körpənin təxmini çəkisi 9,5 – 10 kq, boyu 70 – 73 sm olmalıdır.
— Dəstək olmadan uzun müddət otura bilir.
— İməkləyə bilir.
— Dəstəyə söykənərək, ayaq üstə durur və bir müddət müstəqil dayana bilir.
— Böyüklərin əllərindən tutarkən, gəzməyə çalışır.
— Yavaş-yavaş əşyalar arasındakı əlaqəni başa düşür. Kiçik predmeti böyük predmetin üzərinə qoyaraq, kiçik ev inşa edə bilir.
— Otaqda bir müddət sərbəst oynaya bilir, lakin bəzən gözünə görünmək lazımdır.
Davamı →

Birinci ayda körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur.

Yeni doğulmuş körpələrin özəllikləri:
— Yeni doğulmuş körpənin çəkisi ümumilikdə 2,5 – 4,5 kq arasında dəyişir. Aylıq minimum 500-600 qr kilo almaları normaldır.

— 1 aylıq körpələr gündə orta hesabla 16-19 saat arası yatarlar ancaq oyaq qaldıqları müddət zamanla artar.

— Əgər hər hansı bir problem yoxsa uşağınızı ilk ay mütləq ana südü ilə bəsləməlisiniz. Hər ananın südü öz körpə üçün əvəzsiz olaraq formula edilmişdir. Bu üzdən hər körpə ilk 6 aylıq dövrdə ana südü bütün qidalanma ehtiyacını ödəyir.
Davamı →

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil.

İki aylıq körpənin özəllikləri:
— İki aylıq körpələrin aylıq minimum 600 gr kilo almalıdır. Onun boyu 3 sm uzanır.

— İki aylıq körpə ortalama 15-17 saat arası yatır. Bunun 9-10 saatı gece yuxusudur. Gündüz yuxusu bir az azalır.

— Əgər hər hansı bir problem yoxsa körpənizi ana südü ilə bəsləməyə davam etməlisiniz və körpə hər istədiyində əmzdirilməlidir. Tez-tez emizdirmək südün artmasında ən böyük faktordur.
Davamı →

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. Körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmək üçün, 3 aylıq körpənin nələrin bacarmalı olduğunu bilmək lazımdır.

3 aylıq körpənin özəllikləri:
— 2 aydan 3 aya qədər körpə orta hesabla boyda 3 sm, çəkidə 600-800 qr artırır.

— Gün ərzində 3 dəfə yatır. Ümumilikdə yuxu saatı 15 – 17 saat arası təşkil edir. Sağlam körpə gecə oyanmadan ( və ya 1 dəfə yemək üçün oyanır) yatır. Narahat yuxu, daimi ağlamaq, şıltaqlıq ən müxtəlif xəstəliklərə görə müşahidə edilir.

Səbəb: virus infeksiyası, nevroloji pozuntular, davamlı sancılar, yemək uyğunsuzluğu və ya azlığı səbəb ola bilər. Bəzi uşaqlar havanın küləkli olmasına, pisləşməsinə həssas olur. Bu da onların əhvalına təsir edir.
Davamı →