Gülüş psixologiyası

Hər kəsin özünə məxsus jestləri və hərəkətləri vardır. Buna gülüş də daxildir. Sizin necə gülümsəmənizdən asılı olmayaraq sizin gülüşünüzdə xarakterinizin də rolu var.

Siz gülərkən çənənizdən tutursuz?
Bu o deməkdir ki, sizin yaşınız neçə olursa olsun sizin xarakteriniz gənclik cizgilərini özündə qoruyur. Bəlkə də bu səbəbdən bəzən çox düşünmədən addım atıb, qərar qəbul edirsiniz.

Siz gülərkən əlinizlə ağzınızı tutursunuz?
Əgər belədirsə o zaman siz özünüzə inanmırsınız. Tez-tez utanırsız, kənarda qalmağı üstün tutursunuz. Sizə məsləhət: özünüzü aciz, aşağı səviyyədən analiz etməyin və ifrat dərəcədə özünüzü tənqid etməyin.
Ardı →

Psixoloji faktlar

6-7 saat yatan insanlar vaxtından tez ölümə daha çox məruz qalır, nəinki 8 saat yatan insanlar. 5 saatdan az yatan insanlarda 8- 9 saat  yatan insanlardan fərqli olaraq gecələr üç dəfə çox psixi problem yaşanır.
    
Bir insan üçün ən xoş səs onun adının  səslənməsidir. Kiminləsə tanış olduğunuz zaman çalışın onun adını yadda  saxlayın. Vəzifəsini, ixtisasını deyil, adını yadda saxlayın. Bu yaxşı   münasibətlərin qurulmasının əsas qaydasıdır.
    
Tez yatmaq üçün kürəyi üstünə uzanın.  Gözlərinizi bağlayın və göz bəbəylərinizi yuxarı qaldırın. Bu yuxu zamanı  gözlərin normal halıdır. Bu vəziyyətdə yatarkən insan tez, asan və bərk yatır.
Davamı →

Panik atak

Panik atak- qorxu və narahatlıq hissləri ilə qəflətənən başlayıb, narahatçılığın 10 dəqiqə ərzində ən pik səviyyəyə çatdığı və 13 cür fiziki və ya psixi əlamətdən ən az 4-ü ilə müşahidə olunan psixoloji narahatçılıqdır. Bu 13 əlamət aşağıdakılardır:


Ardı →

Psixasteniya

Psixasteniya – (psychasthenia yunan sözü olub, mənası psyche – ruh və asthenia-zəiflik mənasını verir.) sinir sisteminin patoloji pozulmasından əmələ gələn nevroza deyilir. Bu, birinci siqnal sisteminin zəifliyi və ikinci siqnal sisteminin həddən artıq üstünlüyü ilə xarakterizə olunur.

İ.P.Pavlov ali sinir fəaliyyətində siqnal sisteminin üstünlüyü ilə xarakterizə olunan xüsusi tipinin psixasteniya üçün spesifik olmasını göstərir.


Ardı →

Histeriya

hysteriaHisteriya (yunan sözündən  götürülb mənası “hystera” – uşaqlıq deməkdir) müxtəlif psixiki amillərlə əlaqədar olaraq meydana çıxan və çox vaxt hərəki, hissi pozulmalar şəklində təzahür edən nevrozdur.

İ.P.Pavlovun fikrinə görə, histeriya, siqnal sistemlərinin fəaliyyəti kifayət dərəcədə səlis olmayan adamlarda ali sinir fəaliyyətinin pozulması, birinci siqnal sistemi fəaliyyətinin ikinci siqnal sisteminin fəaliyyətindən üstün olması nəticəsində baş verir. Histerik simptomların özləri emotivliyi və təlqinə həssaslığın artması nəticəsi hesab olunmalıdır. İ.P.Pavlov histeriyanın əmələ gəlməsində bu iki amilin əhəmiyyətini qeyd edir.

Simptomları: Bütün histerik simptomların ruhi iztirabla aydın əlaqəsi olub, kəskin surətdə baş verməsi və xüsusilə birmomentli təlqin təsirindən qəflətən keçib getməsi, onların fərqləndirici cəhətidir.


Ardı →

Katatonik sindromlar

Katatonik oyanma sindromu, səbəbsiz, məntiqsiz və pərakəndə (bəzən stereotip) formada meydana çıxan, təhrif olunmuş hərəkətlərlə ifadə olunan oyanma halına deyilir. Xəstənin xarici görünüşü qeyri-təbii, yöndəmsiz, nitqi isə anlaşılmaz olur. Hər şeyi əksinə etmək-neqativlik qeyd olunur. Məsələn: xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur. Hamının gözü qarşısında çılpaq dayanır.

Oyanma halı bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər şəklində təzahür edir. Bəzən isə yersiz və gülünc formada meydana çıxır. Buna kataton-hebefrenik oyanma deyilir. Xəstələr mənasız gülür, sifətlərini gülünc vəziyyətə salırlar. Yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr cəmiyyətdən təcrid olunmalı və nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə ətrafdakılara xəsarət yetirər, qapı-pəncərəni sındıra bilərlər.


Ardı →

Tiklər

Tiklər uşaqlarda tez-tez rast gəlinən nevroloji dəyişikliklərdən biri olub, mürəkkəb hərəki pozğunluqları özündə birləşdirir və çox vaxt psixi xəstəliklə birlikdə  rast gəlinir. Xarici ədəbiyyatda bütün təkrarlanan stereotip vərdişlər tikə aid olunur. Yerli nevrologiya və psixiatriyada isə stereotiplər tiklə əlaqəli olmayaraq ayrı qiymətləndirilir və hərəki pozğunluq hesab olunur.

Tiklər təkrar miqrasiyalı hərəkət olub aqonist və antoqanist eninəzolaqlı əzələlərin eyni vaxtda aktivləşməsi ilə təzahür edən qeyri-iradi, qəfləti xarakterli, variasiyalı hərəkətlərdir. Tikin qarşısının şüurlu surətdə alınması pis hissiyat yaradır və onun daha da sürətlənməsinə səbəb olur. Tik haqqında ilk tibbi təsvir XIX əsrin əvvəlinə aiddir. Belə ki bu vaxt Bouteille “üz qrimasları”nı xoreyadan ayırmış və onları “yalançı xoreya” adlandırmışdır. Qədim alman dilində “tiklər” qəfləti qeyri-adi möcüzə mənasını verir. Tikin öyrənilməsində əsas mərhələ sindrom de la Tourettanın təsviri ilə başlamışdır və haloperidolun terapevtik effektinin kəşf olunması ilə başa çatmışdır.


Ardı →

Hentinqton xoreyası

Xəstəlik 1872-ci ildə G.S.Hentinqton tərəfindən təsvir edilmiş və onun adı ilə adlandırılmışdır. Beynin atrofiyası nəticəsində əmələ gələn bu xəstəliyin irsi amillərlə bağlılığı artıq sübut olunmuşdur. Xəstəliyin irsi təbiətini sübut edən tutarlı faktlardan biri onun tək yumurtalı əkizlər arasında 100% rast gəlinməsidir.

Hentinqton xoreyası, adətən, 45-47 yaşlarda, lakin bir sıra hallarda daha tez (hətta 10-12 yaşlarda) meydana çıxa bilər. Xəstəliyin daha gec, məsələn, 60 yaşlarda da ilk dəfə təsadüf etməsi mümkündür. Kişilər və qadınlar bu xəstəliyə eyni bərabərdə tutulurlar.


Ardı →

Pik xəstəliyi

Xəstəliyi ilk dəfə 1892-ci ildə Praqa psixiatrı A.Pik təsvir etmiş və bunu qocalıq ağıl zəifliyinin atipik bir variantı olduğunu göstərmişdir. Hazırda Pik xəstəliyinin beynin atrofiyası nəticəsində meydana çıxan müstəqil xəstəlik olması kliniki və morfoloji tədqiqatlarla təsdiq olunmuşdur. Xəstəlik 50-55 yaşlarda, ən çox qadınlar arasında təsadüf edilir.


Ardı →

Emosional (affektiv) sindromlar

emosional sindromlarManiakal sindrom əhvalın səbəbsiz yüksəlməsi, fəaliyyətin və təfəkkürün (nitqin) sürətlənməsi ilə xarakterizə olunan haldır. Bu tip insanlar özlərini çox şən və çevik aparırlar. Müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir sıra hallarda maniakal sindrom özünüböyütmə ideyaları ilə birlikdə müşahidə olunur. Onlar özlərini güclü, istedadlı adamlar kimi qələmə verir. Lakin onların hərəkətlərində məqsədəuyğunluq, ardıcıllıq olmur, müxtəlif yersiz, mənasız tələblər irəli sürürlər. Yerinə yetirilmədikdə qəzəblənirlər (qəzəbli maniya).

Maniakal sindrom MDP (Maniakal Depressiv Psixoz)-nin maniakal fazasında və dövri (sirkulyar) psixozda, bəzən isə toksik hallarla əlaqədar meydana çıxa bilər.

Depressiv sindrom maniakal sindromun əksinə olan əlamətlərlə; fəaliyyətin enməsi, hərəkətlərin və nitqin tormozlanması ilə xarakterizə olunur. Xəstələr bütün günü qəmgin halda başlarını aşağı dikərək çarpayıda oturur. Ətraf mühitdə olan əşyalar solğun, adamlar məyus görünür.


Ardı →