Xroniki empatiya

Düşüncə dedikdə ağıla ilk gələn aforizm “Düşünürəm, elə isə varam”dır. Müasir fəlsəfənin atası René Dekart, bu məşhur sitatla illər əvvəl düşünməyin insan üçün önəmini vurğulamışdır. Bir şey haqqında düşünmək beyin təlimi baxımından çox vaxt faydalıdır, amma düşüncələrimizi idarə etmək çətin ola bilər, səssiz olsaq da, bəzən beynimizdə düşüncələrin fırlanmasının qarşısını ala bilmirik, hər şey nəzarətdən çıxır, getdikcə daha gərgin oluruq və bu hal bir müddət sonra təbii olaraq müxtəlif növ psixoloji, eləcə də psixosomatik narahatlıqlara səbəb olur, psixosomatik narahatlıq dedikdə psixoloji narahatlıqların bir müddət sonra fizioloji narahatlıqlara səbəb olmağını nəzərdə tuturuq. «Overthinking»
Davamı →

Psixologiya ilə bağlı bilməli olduğumuz 6 qayda

1. Güzgülər qaydası
Məni əhatə edən insanlar – mənim aynamdır. Onlar mənim şəxsi kimliyimi əks etdirirlər, hansı ki, mən belə sezə bilmirəm. Məsələn, əgər kimsə mənə qarşı qanmazlıq edirsə, deməli, mən belə istəyirəm və buna icazə vermişəm. Əgər kimsə dəfələrlə məni aldadırsa, deməli, mənim istənilən kəsə inanmaq meyilliyim vardır. Buna görə də kiməsə acıqlanmağım yersizdir.

2. Seçim qaydası
Dərk edirəm ki, həyatımda bütün baş verənlər mənim şəxsi seçimimin nəticəsidir. Əgər bu gün mən darıxdırıcı bir insanla söhbət edirəmsə, bu mənim də sıxıcı və boğazayığıcı birisi olduğuma dəlalət edirmi? Pis insan yoxdur – bədbəxt insan vardır. Əgər mən onların problemlərini qazıyıramsa, deməli, bu mənim xoşuma gəlir. Buna görə də heç kimə qarşı iddia irəli sürmək lazım deyil. Mənimlə baş verənlərə baiskar elə özüməm. Taleyimizin müəllif və yaradıcısı özümüzük.

Davamı →