Ən çox istifadə edilən pəhrizlər

Dukan pəhrizi
Professor Pierre Dukanın hazırladığı bu metod 2011-ci ilin ən məşhur və faydalı pəhrizi seçilib. Əsasən protein baxımından zəngin olan bu pəhriz dörd mərhələdən ibarətdir.

İlk 10 gün ərzində 100 fərqli qidadan istədiyiniz qədər yeyib beş kilo arıqlamağınız əsas hədəfdir. İkinci mərhələdə 68 fərqli, yüksək zülallı qida, üçüncü mərhələdə 32 müxtəlif növ tərəvəz qəbul edirsiniz. Son mərhələdə isə taxıl məhsulları və pendirlə qidalanırsınız. “The Academy of Nutrition and Dietetics” jurnalının məlumatına görə, bu dietin faydasını görmək üçün 2 ay kifayət edir.

Michael Phelps pəhrizi
2012-ci ilin haqqında ən çox danışılan pəhrizlərindən biridir. Həmin tarixdə keçirilən Olimpiada oyunlarında qızıl medal qazanan üzgüçü Phelps də bu pəhrizdən istifadə etdiyini bildirmişdi. Bu metodun digərlərindən əsas fərqi gündə 12.000 kalori almaq şansınızın olmasıdır. Bu proqramla gündə üç dənə yumurtalı buterbrod, üç şokoladlı şirniyyat və beş omlet yeyə bilərsiniz, amma Phelpsin bu pəhrizi hər kəsə uyğun deyil.

Paleo pəhrizi
2013-ci ilin ən çox istifadə olunan pəhrizi seçilən bu metodun əsas hədəfi ovçu babalarımız kimi bəslənərək xərçəng, diabet və ürək xəstəliklərindən qorunmaqdır. Bunun üçün süd məhsulları, kartof, taxıl və paxlalılardan uzaq dayanmağınız lazımdır. Babalarımız kimi ət, dəniz məhsulu, yumurta, meyvə, tərəvəz istifadə əsas, çərəzlər isə sərbəstdir. Zülal və yağ cəhətdən zəngin, karbonhidrat cəhətdən zəif olan bu pəhriz, amerikan qidalanma mütəxəssisləri tərəfindən tövsiyə edilir.


kishi.az


Davamı →

Kivi pəhrizi

· Pəhrizə iki həftə riayət etmək lazımdır.

· Pəhrizə iki ay ara verməklə yenidən saxlamaq olar.

· Təqdim olunan menyuya 2 həftə ərzində növbələşdirməklə davam etmək lazımdır.

· Gün ərzində sadəcə, 10 ədəd kivi yemək olar.

· Kivi pəhrizi təzyiqi yüksək olan insanlara xeyirli, aşağı olanlara isə ziyandır.

· Bu pəhriz zamanı spirtli içkilərdən, qazlı sulardan, fast-futdan və şirniyyatdan uzaq durmaq lazımdır.

· Pəhriz allergiyası olanlara qadağandır. 

. Onun vasitəsilə həftəyə 3 kiloqram arıqlamaq mümkündür.


Ardı →

Makaron pəhrizi

“Makaronla da adam arıqlayar?!", — deyə təəccüblənəcəksiz, ancaq bu pəhrizlə həftədə 3-4 kilo çəki ata biləcəksiz.Makaron pəhrizinin hədəfi həftədə 3-4 kilo arıqlamaqdır. 1100 Kcal makaron və karbohidrat ağırlıqlı bu pəhrizi 14 gün boyunca tətbiq edə bilərsiz. Axşam  yeməkləri üçün heç bir qadağa yoxdur, verilən ölçünü iki yerə ayıra bilərsiz.Ailem.az makaron pəhrizini təqdim edir.

1-ci günSəhər: Üzərinə kərəyağı, ya da marqarin çəkilmiş iki nazik dilim çörək, 2 naringi, çay, ya qəhvə
Günorta: 1 qab makaron, 1 kasa yağsız salat
Axşam: yarım toyuq, 1 kasa yağsız salat (kök, kəvər)

2-ci gün
Səhər: Üzərinə kərəyağı, ya da marqarin çəkilmiş iki nazik dilim çörək, 2 naringi, çay, ya qəhvə
Günorta: 1 qab makaron, 1 kasa yağsız salat
Axşam: yarım toyuq, 1 kasa yağsız saşlat ( limon, sirkə əlavə ed bilərsiz)

3-cü gün
Səhər: Üzərinə kərəyağı, ya da marqarin çəkilmiş iki nazik dilim çörək, 2 naringi, çay, ya qəhvə
Günorta: 1 qab makaron, 1 kasa yağsız salat
Axşam: 10 ədəd kotlet, çörəksiz yeyin və azyağlı qiymədən hazırlayın
Ardı →

Kök pəhrizi

Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma effekti verən tərəvəzdir. Üstəlik, onun kalorisi başqa tərəvəzlərdən daha azdir. Kök pəhrizinə riayət etməklə, həftə ərzində 4-5 kq. ariqlamaq mümkündür.

Hər gün
Səhər: 1 stəkan süd, 1 dilim qara çörək, 1 stəkan kök şirəsi

I gün:
Günorta: Köklə qovurulmuş düyü, 100 qr. ağ pendir, bir pay brokkoli
Axşam: Tərəvəz şorbası, közdə bişmiş toyuq, kök salatı

II gün:
Günorta: Pomidorlu düyü, salat, suda bişmiş bir pay toyuğun döş əti
Axşam: Kök qovurması, 1 tost çörək, 1 ədəd közdə bişmiş badımcan

III gün:
Günorta: Köklə bişmiş düyü, salat, 1 ədəd alma
Axşam: 150 qr. közdə bişmiş balıq, 2 dilim tost çörək, kök püresi

IV gün:
Günorta: Köklə bişmiş düyü, 2 pomidor, 1 qab meyvə salatı
Axşam: Toyuqlu kök qovurması, bir pay salat, 1 tost çörək

V gün:
Günorta: Pomidorlu düyü, salat, 1 dilim ananas
Axşam: Toyuğun döş ətinə sarılmış kök, 2 dilim tost, salat


Ardı →

Şokolad pəhrizi

Bildiyinizdən çox daha faydalı olan şokoladı qədərində yeməklə arıqlaya bilərsiz.

Son dərəcə qidalandırıcı bir qida olan şokolad protein, yağ və şəkər tərkiblidir. Mineral qaynağıdır. Dəmir, fosfor, maqnezium, kalsium tərkiblidir. Bu minerallar sümük toxumasını gücləndirir. Əzələ, sinir sistemlərinin də hərəkətini yaxşılaşdırır. Müəyyən miqdarda yeyilən şokolad artıq çəki qazandırmır, əksinə, arıqlada bilir.

Şokolad pəhrizi ilə 15 gündə rahatlıqla 3-4 kilo ata bilərsiz. Bu pəhrizi 3-4 həftə davam etmək olar.

Qeyd: Böyrək və şəkər xəstəsi olanlar bu pəhrizi saxlamasınlar.

1-ci gün
Səhər:  200 ml yağsız pəhriz süd, içinə bir qaşıq dolu corn flakes və 2 çay qaşığı bal. Şəkərsiz qəhvə və ya çay.


Ardı →

Toyuq pəhrizi və onun üstünlükləri

Bildiyimizə görə bir çox pəhrizlər ümumiyyətlə rasiondan ət məhsullarının qəbulunu minimuma çatdırmaqla həyata keçirilir.

Bu düzgün deyil, çünki bu artıq balanslaşdırılmış qida sayılmır.Həmçinin ətin tərkibində olan maddələr heç bir digər məhsulda yoxdur. Buna misal — zülalı qeyd etmək olar.

Toyuq ətini tərkibində bütün B qrup vitaminləri, amin turşuları və mineral maddələr(maqniy, fosfor, kalsiy, yod, mis, kaliy və s.) vardır. Həmçinin onun tərkibində olan turşular — insult, infarkt, ürəyin işemik xəstəliyi, hipertoniya və digər xəstəliklər haqda xəbər verir. Digər ət məhsullarından fərqli olaraq toyuq əti çox yağlı deyil, məhz bu səbəbdən onu az kalorili yeməklər sırasına aid edirlər.

Toyuq mono pəhrizinin mahiyyəti
Toyuq monopəhrizini 5-7 gün olmaqla 3 ayda bir dəfə saxlamaq məsləhət görülür. Gündəlik qida rasionu 1200-1300 kkal-dən yüksək olmamalıdır.

Mono pəhriz üçün ən münasib döş ətidir ki, onda yağın miqdarı ən aşağı dərəcədədir. Bu pəhriz zamanı şəkər duz,un məmularları, yağlı və qızardılmış yeməklərdən imtina etmək lazımdr. Yeməklər arası — yaşıl çay, müxtəli bitki çayları və ya adi su içmək lazımdır.
Ardı →

Portağalın xeyri və pəhrizi

Vitamin, mineral, mikroelement və digər maddələrlə zəngin olan portağal haqda yəqin ki çox məqalə oxumusunuz.
Amma, bu gün biz sizə onun ən xeyirli tərəflərindən və bu meyvənin köməyi ilə arıqlamaq üçün pəhrizdən söz edəcəyik.

Portağalın orqanizmə xeyri:
1. Xərçəng xəstəliyinin inkişafının qarşısını alır

2. Qan təzyiqini aşağı salır

3. Ürək-damar sisteminin işlək vəziyyətini qoruyub saxlayır

4. İmmun sistemi bərkdir

5. Xolestirinin səviyyəsini aşağı salır

6. İnfeksiyalardan qoruma, sümük və dişlərin sağlamlığını təmin etmək və bir sıra digər xeyirli xüsusiyyətlərini sadalamaq olar.
Ardı →

Kartof pəhrizi

Hədəf: Həftədə orta hesabla 5-6 kq arıqlaya bilərsiniz. Gündəlik kalori: 600 kkaldır. Bu pəhriz hər zaman istifadə olunmalıdır. Buyurun pəhrizin gündəlik menyusu ilə tanış olun.

1-ci gün
Səhər: 2 orta boy kartof (qaynadılmış)
Nahar: 2 orta boy kartof (qaynadılmış)
Axşam: 3 orta boy kartof (qaynadılmış)

2-ci gün
Səhər: 2 orta boy kartof (qaynadılmış)
Nahar: 2 orta boy kartof (qaynadılmış)
Axşam: 2 orta boy kartof (qaynadılmış)

3-cü gün
Səhər: 2 orta boy kartof (qaynadılmış)
Nahar: 2 orta boy kartof (qaynadılmış)
Axşam: 3 orta boy kartof (qaynadılmış)

4-cü gün
Səhər: 1 alma, 2 naringi
Nahar: 2 orta boy kartof (qaynadılmış)
Ardı →

Pomidor pəhrizi

Arıqlamaq üçün satılan dərmanların heç bir faydasının olmadığını yaxşı bilirik. Bu cür bütün dərmanlar qidalardan düzəldilib, kimyəvi reaksiyalara uğrayaraq qatı hala gətirilir. Halbuki, bunlara ehtiyacımız yoxdur. Arıqlamaq üçün təbii bitki və tərəvəzlərlə qidalanmaq lazımdır. Nəticəsinin necə olacağı naməlum olan üsullara əl atmaqdansa, təbii yollarla arıqlamaq yaxşıdır. Bu gün pomidor pəhrizinin reseptini verəcəyəm. 

Səhər yuxudan qalxan kimi bir stəkan suya 3 yemək qaşığı limon suyunu əlavə edin. Bu suyu içdikdən 1 saat sonra pomidor suyu içilir. Pomidorların çürük olmamasına fikir verin. 

1 saat sonra 1 ədəd orta boy qaynadılmış kartof yeyə bilərsiniz. 1 saat sonra yarım stəkan pomidor suyu içə bilərsiniz. Bundan sonra istədiyiniz meyvələrdən 2-3 ədəd yeyə bilərsiniz. Yay mövsümündə bir dilim qarpız da olar. 
Ardı →

Megan Fox | Ulduz pəhrizi

Megan Fox
Megan Foxun çox gözəl bədən quruluşu var. Onun kimi grünməyi arzulayırsınızsa, bu pəhrizə mütləq əməl edin. Qeyd edim ki, kələm ulduzun sevdiyi qidalardan biridir. 


Kələm pəhrizi
Bu pəhriz vasitəsilə 10 gündə 7-10 kq arıqlamaq olar, bir şərtlə ki, pəhrizə ciddi riayət edəsiniz. Pəhrizin şərtləri çox sadədir:

Ardı →