Ərin xəyanətini qəbul etmək

Ərinizin xəyanətini necə qarşılamalısınız?
Etibarlı həyat yoldaşına bəzi məsləhətlər:

Əgər siz ağıllı, təmkinli xanımsınızsa, aşağıda göstərilən məsləhətlər yaşadığınız böhran vəziyyətindən çıxmağa Sizə kömək edəcəklər. Amma egər Siz dəlisov, qısqanc qadınsınızsa — onda oxuduqlarınızın mənası olmayacaq. Çünki qısqanclıq dağıdıcı bir hissdir, və çoxları onu idarə edə bilmirlər. 

Psixoloqlar ailə psixoterapiyası zamanı xəyanət faktları ilə tez-tez rastlaşır. Qısqanclıq zəminində xanımlar intihar cəhdi edirlər və ya ağır depressiya yaşayırlar. 

Bir məqamı nəzərə almaq lazımdır ki, heç bir zaman qadın ərini nə gündəlik isterikaları ilə, nə də ki dava-dalaşla qaytara bilməz. Siz özünüzü üzəcəksiz, sonda bir xəstəlik tapıb yataq xəstəsi olacaqsız. Əriniz isə bu cür gərgin şəraitdə çox qalmayacaq bir gün həmişəlik çıxıb gedəcək. 

Bezi ailələrdə bu səhnələrin şahidləri günahsız uşaqlar olur. ən çox əziyyət çəkəndə onlardı. Ola bilsin nə vaxtsa böyüklər aralarındakı problemləri həll edəcəklər, onlar kiçik dünyası isə artıq çat verdi. Bu zaman bir çox uşaqlar hətta psixi travma keçirir. Sonra valideynlər həkimlərdən övladlarını xilas etməyə yalvarırlar. Halbuki özləri günahkardılar.


Davamı →

Ovqatımın iqlimi

 
Gün kimi gah çıxıb, gah batanımsan,
Mənim mühitimi yaradanımsan.


Gün kimi çıxdınsa, dönərəm günə,
Batdınsa, bataram zülmət gölünə.


Sən varsan, dünyamda hər şey var mənim,
Yoxluğun dünyamı boşaldar mənim.


Sən varsan, baxaram dost tək düşmənə,
Sənin rəqibin də əzizdir mənə.


Sən varsan,
                dünya var
                        orda varam mən.
Sən yoxsan, varlıqla barışmaram mən.


Varsansa, daşlar da açar gül-çiçək,
Yoxsansa,
               çiçək də daşa dönəcək.


Sən varsan, özümə möçüzəyəm mən,
Sən yoxsan, özümlə üzbəüzəm mən.


Qəlbindən asmışam mən öz qəlbimi
Sən gözə görünməz bir ətir kimi
Ruhuma, könlümə səpələnənsən,
Mənim ovqatımın iqlimi sənsən.

B. Vahabzadə



Davamı →