Tərləmənin insan sağlamlığına faydaları

İsti havalarda ən çox narahatlıq yaradan problemlərdən biri olan tərləmənin əslində insan sağlamlığı üçün faydalı olduğu müəyyən olunmuşdur. Tər vəziləri qanı təmizləyir və bədənin hərarətini normal saxlayır.

Tər vəzilərinin işləmə funksiyasının böyrəyin işləmə funksiyası ilə oxşar olduğu və orqanizmdəki bəzi ziyanlı maddələrin tər vəziləri vasitəsi ilə xaric olunduğu bildirilir.

Normal bir insanın orqanizmində bir milyona yaxın tər vəzisi vardır ki, bəzən bu vəzilərin hamısı orqanizmdəki ziyanlı maddələrin xaric olunmasında aktiv olurlar.

Həkimlər tərləmənin sağlamlıq üçün olduqca faydalı bir proses olduğunu və bunun qarşısının alınması yerinə tərləmə zamanı yaranan xoşagəlməz qoxunun qarşısının alınmasına üstünlük verməyin daha faydalı ola biləcəyini bildirirlər.

Tərlədikdən sonra tərin buxarlanması isə orqanizmdə hərarət balansını nizamlayır.

 


Davamı →

Tarixdə ilk qan köçürmə

 xəstəyə bir heyvanın qanı verilmişdi. Xəstə  qısa müddət sonraöldü və səbəbini heç kim anlamadı. Müxtəlif heyvanların qanları da işə yaramadıqda, insandan insana qan köçürməyi düşündülər. Qana ehtiyac olduqda qanının bol olduğunu düşündükləri və kortəbii seçilən bir neçə insandan qan köçürdülər. Ancaq bu sınaqların da çoxu uğursuzluqla nəticələndi. Qanköçürmə ilə məşğul olan həkimlər bu həyati əhəmiyyətə malik mayeni iki xüsusiyyətinə görə təhlil edib öyrənə bilmirdilər: qanın bədəndən kənarda laxtalanması və qan verilən insanın ölmə ehtimalı. Deməli, qanda həkimlərin bilmədiyi fərqli maddələr var idi. Biokimya adlı elm sahəsinin təşəkkülünə qədər bu fərqli maddələrin nə olduğu məlum deyildi.

XX əsrin əvvəllərində məlum oldu ki, qan adi qırmızı maye deyil. Hər insanın qanında onu digər insanlardan fərqləndirən müxtəlif faktorlar var. Ona görə, qanköçürmənin baş tutması üçün hər iki şəxsdə bu faktorlar uyğun olmalıdır. Qan qrupu insana məxsus xüsusi faktorların müəyyən edilməsidir. Qan qrupunu müəyyən edən 300-dən çox faktor var. Bu faktorların hər biri sizi digər insanlardan fərqləndirir.


Ardı →

Qan nədir?

Sanqvis (yunanca — haima) maye toxumadır və qan cisimciklərindən və plazmadan təşkil olunmuşdur. Qan cisimcikləri qırmızı qan cisimciklərindən (eritrositlərdən), ağ qan cisimciklərindən (leykositlərdən) və trombositlərdən və ya lövhəciklərindən ibarətdir. Qanın reaksiyası qələvidir və xüsusi çəkisi 1050-1060-dır. Qan embrional həyatın 3-4 həftəliyində, qan damarları kimi, mezenximdən inkişaf edir. Böyüklərdə qanın miqdarı 5-6 litrdir, yəni bədənin ümumi vəzninin 7-8 %-i təşkil edir.
Qana al rəng verən onu təşkil edən eritrositə görədir. Həcmi 1 mm (kub) olan qan damlasında təxminən 4 milyon eritrosit var. Qanın analizi üçün ayrılmış blankda 1 litr üçün hesablanmış norma hüdudları qeyd olunmuşdur: kişilər üçün bu, 4-5x10, qadınlar üçün isə 3,9-4,7x10 eritrosit təşkil edir.
Davamı →

Qan və limfa sistemi

Qan, limfa, toxuma və beyin-onurğa beyni mayesi ilə birlikdə orqanizmin daxili mühitini təşkil edir. Qan damarlar daxilində cərəyan edir və bir sıra funksiyaları yerinə yetirir: nəqliyyat, tənəffüs, trofik, ekskretor, bədən hərarətinin tənzimi, müdafiə və s.
1. nəqliyyat funksiyası – qan vasitəsilə qazlar, qida maddələri, mübadilə məhsulları, hormonlar, mediatorlar, elektrolitlər, fermentlər və s. daşınır.
2. tənəffüs funksiyası – eritrositdə olan hemoqlobin hesabına oksigen ağciyərlərdən toxumalara, karbon qazı isə toxumalardan ağciyərlərə daşınır.
3. trofik funksiya – qana keçmiş qida maddələri toxumalara daşınır.
4. ekskretor funksiya – mübadilənin son məhsulları (sidik cövhəri, sidik turşusu, kreatinin, karbon qazı və s.) qan vasitəsilə böyrəklərə, tər vəzilərinə, ağciyərlərə, bağırsaqlara daşınır və oradan da orqanizmdən xaric edilir.
5. termorequlyasiya funksiya – bir çox fizioloci mexanizmlər hesabına qanın damarlardan müxtəlif nahiyələrə ötürülməsi ilə baş verir; belə ki, qanın dəri kapillyarlarına daha çox toplanması istiliyin itməsinə səbəb olur. Daxili orqanlara qan toplandıqda isə əksinə istilik az itirilir.


Ardı →

Hemofiliya

Qanda Faktor 8 və faktor 9 adlı iki zülal olur. Hemofiliya vəziyyətində bunlar qanda əskikdir. Bu iki zülalın qanda olmaması, miqdarının azalması ya da funksiyasının pozulması vəziyyətində, qan laxtalana bilməz və qanamağa səbəb olar.
İlk olaraq 1920-ci ildə təyin olunan hemofiliya, irsi faktorlara (soyaçekim) bağlı olaraq inkişaf edən ciddi qanamalara yolaçan bir xəstəlikdir. Lakin Hemofiliya xəstələrinin təxminən %30 unun ailəsində Hemofiliya yoxdur. Çünki genlərdə meydana gələn mutasiyalardan qaynaqlanar. Hemofilide problem qanamada deyil qanama müddətinin uzanmasında yəni qanın daha keç laxtalanmasındadır.
Davamı →